Şriftin ölçüsü :

Saytın rəngi :

Səhiyyə

 

Səhiyyə

    “Cəbrayıl Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsi, tabeliyində 50 çarpayılıq şəhər xəstəxanası, 6 həkim məntəqəsi, 6 tibb məntəqəsi, 1 Ailə Sağlamlıq Mərkəzi olmaqla, Biləsuvar rayonu ərazisindəki Cəbrayıl qəsəbələrində, Saatlı rayonu ərazisindəki Əlisoltanlı, Sabirabad rayonu ərazisindəki Güdəcühür qəsəbələrində məskunlaşan, işgaldan azad edilmiş Cəbrayıl şəhərində və Cocuq Mərcanlı kəndində yaşayan rayon sakinlərinə tibbi xidmət göstərir.
    “Cəbrayıl Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsdə hazırda 23 həkim, 86 orta tibb heyəti və 109 digər işçi çalışır. Həkimlər rayon əhalisinə yüksək səviyyədə tibbi xidmət göstərirlər.
    Fəaliyyətdə olan bütün xəstəxana, həkim məntəqələrində cari təmir işləri aparılmışdır.
    Rayon üzrə imtiyazlı qrupa daxil olan 1828 xəstə vardır ki, bunlardan 890 nəfəri şəkərli diabet, 247 nəfəri isə Vərəm, XBC, Hemofiliya, Talassemiya, Bronxial astma, Onkoloji və digərləridir.
    Rayon əhalsinə 10 növ tibbi xidmət göstərilir ki, bunlar da terapevtik, cərrahi, pediatrik, oftomoloji, loborator, kardeoloji, nevroloji, pulmoloji, stomotoloji və endokrinoloji xidmətlərdir.
    2024-cü ilin altı ayı ərzində əhalinin dispanserizasiyası çərçivəsində rayon sakinləri tibbi müayinəyə cəlb olunmuşlar. Belə ki, 964 nəfər rayon sakini dispanserizasiya olunmuş, bunlardan 65 nəfər stasionara yerləşdirilmiş, 9 nəfər isə Bakı şəhərinə göndərilmişdir.
    2024-cü ilin altı ayı ərzində 5 sağlam uşaq doğulub. Edilən müraciətlər əsasında 31227 ambulator, 89 vətəndaşa isə stasionar şəraitdə tibbi xidmət göstərilib ki, bunlardan da 62-si cərrahi xəstələr olmuşdur.
    Vətəndaşlara İcbari Tibbi Sığorta ilə Xidmətlər Zərfinə daxil olan 696 dövlət, 263 özəl tibb müəssisəsinə olmaqla tibbi xidmətlərin göstərilməsi üçün ümumilikdə 959 ədəd göndəriş vərəqəsi verilmiş, ümumilikdə 1118 uşaq arasında profilaktik peyvənd işləri aparılmışdır.
    Təcili tibbi yardım briqadaları tərəfindən 986 çağrışa gedilmiş, 992 nəfərə yardım göstərilmişdir.
    İmtiyazlı qrupa daxil olan xəstələrin dərmanları tibb məntəqələrində paylanır ki, bu da əhaliyə dərmanların çatdırılmasını asanlaşdırır.
    “Cəbrayıl Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsi mütəmadi olaraq yerlərdə vətəndaşlarla görüşlər keçirir, maarifləndirici tibbi söhbətlər aparır və əhalini tibbi aksiyalara cəlb edir.

 

“Cəbrayıl Rayon Mərkəzi Xəstəxanası” PHŞ-in tabeliyində olan tibb  məntəqələri və həkim məntəqələri haqqında ümumi məlumat

 

“Cəbrayıl Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxs Biləsuvar rayonu ərazisində salınmış 3 saylı qəsəbədə yerləşir.

Hazırda Mərkəzi Xəstəxana 50 çarpayı yerlikdir.

  1. Terapiya şöbəsi - 40 çarpayı
  2. Ginekologiya və doğum şöbəsi- 10 çarpayı
  3. Poliklinika şöbəsi
  4. TTTYS şöbəsi

Mərkəzi Rayon Xəstəxanası Publik Hüquqi Şəxsin nəzdində Təcili-Tibbi Yardım Stansiyası fəaliyyət göstərir.

Cəbrayıl Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin yerlərdə 12 tibb müəssisəsi fəaliyyət göstərir.

Bunlardan həkim məntəqəsi- 6

Tibb məntəqəsi – 6

Cəbrayıl Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsdə 204 nəfər işçi çalışır.

Bunlardan həkim 23 nəfər, orta tibb işçisi 80 nəfər.

 

Əlaqə Telefonları:

Təcili Tibbi Yardım Stansiyası: 026 384 39 34

Terapiya şöbəsi: 026 384 35 02

 

Mərkəzi Xəstəxanaın Facebook səhifəsi

 

 

Keçidlər