Rayon haqqında
İdman
Cəbrayıl Rayon Gənclər və İdman İdarəsinin gördüyü işlər haqqında məlumat
Gənclərin asudə vaxtlarının səmərəli təşkili üçün Cəbrayıl Rayon Gənclər və İdman İdarəsi ardıcıl tədbirlər həyata keçirir. Rayon gənclərin, o cümlədən; azyaşlıların, yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, onların kompüter biliklərinə yiyələnməsi üçün 3, 4, 6, 8, 10 və 11 saylı qəsəbələrdə Kompüter mərkəzləri yaradılmış, 4,9 və 11 saylı qəsəbələrdə yeni parklar salınaraq gənclərin və yeniyetmələrin istifadəsinə verilmişdir. 11 qəsəbənin hər birində fəaliyyət göstərən ümumtəhsil məktəblərində qapalı idman zalı və stadionlar gənclərini istifadəsindədir. Bununla yanaşı qəsəbələrdə həvəskar məşqçilər tərəfindən yaradılmış VKÇ karate, kikboks, sərbəst güləş, yüngül atletika, futbol, voleybol, basketbol üzrə qruplar fəaliyyət göstərir.
Birbaşa rayonun xidmət ərazisi olan qəsəbələrdə:
“VKÇ” (karate) idman növü üzrə məşqlər I-IV-VII-IX saylı qəsəbələrdə keçirilir. 30 idmançı məşqlərdə iştirak edir.
“BUDO” (kikboks) idman növü üzrə məşqlər I-IV qəsəbələrdə keçirilir. 15 idmançı məşqlərdə iştirak edir.
“Sərbəst güləş” idmanın növü üzrə məşqlər III qəsəbədə keçirilir. 80 idmançı məşqlərdə iştirak edir.
“Yüngül atletika” idman növü üzrə məşqlər 11 qəsəbədə keçirilir. 120 idmançı məşqlərdə iştirak edir.
Futbol, voleybol, basketbol idman növü üzrə məşqlər 11 qəsəbədə keçirilir. 180 idmançı məşqlərdə iştirak edir.
Bu məşqlərin keçirilməsi üçün futbol, voleybol, basketbol meydançaları yaradılmış 4 və 7-ci qəsəbələrdə isə Tennis və Bilyard qurğuları gənclərin ixtiyarına verilmişdir. Gələcəkdə qəsəbələrarası futbol, voleybol və bir sıra idman növləri üzrə yarışların təşkil edilməsi üçün 7-8, 10-11 saylı qəsəbələrin arasında futbol və voleybol meydançalarının tikilməsi məqsədi ilə torpaq sahəsi ayrılmışdır.
Cəbrayıl rayon şahmat məktəbi
Rayon Şahmat məktəbi 1982-ci ildən fəaliyyət göstərir. Məktəb fəaliyyətə başladıqdan sonra rayonda şahmata maraq artmışdır. Cəbrayıl rayon Şahmat məktəbində hazırda 52 qrup fəaliyyət göstərir ki, orada da 542 nəfər şagirdin təhsili ilə 48 məşqçi müəllim məşğul olur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2009-cu il 5 may tarixli 260 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2009 -2014-cü illərdə Azərbaycanda şahmatın inkişaf etdirməsi Dövlət Proqramı” Respublikamızda şahmatın daha da inkişaf etdirilməsinə və onun maddi-texniki bazasının möhkəmləndirilməsinə, şahmat mütəxəssislərinin hazırlanması və yenidən hazırlanması sisteminin təkmilləşdirilməsinə, əhalinin bütün təbəqələrinin şahmat məktəbləri və klublarından istifadəsinə şərait yaratmışdır. Görülən tədbirlər rayonda da şahmatın inkişafında böyük yüksəlişə səbəb olmuş və dərəcəli idmançıların hazırlanmasında öz bəhrəsini vermişdir.
Ardıcıl olaraq hər il may ayının 4-dən 10-na qədər Ulu Öndər Heydər Əliyevin anadan olma günü münasibəti ilə rayon Şahmat məktəbinin açıq birinciliyini keçirilir, 2011-ci ilin yanvar ayının 01 dən 12-nə kimi məktəbin yetirmələri Neftçala şəhərində 8, 10, 12, 14, və 16 yaşadək oğlan və qızlar arasında şahmat üzrə Azərbaycan birinciliyinin seçmə yarışları iştirak etmişlər. 12 iyuldan 21 iyula kimi isə İsmayıllı şəhərində keçirilən zona yarışında 16 nəfər idmançımız iştirak etmiş yüksək yerlər tutaraq diplomlarla təltif olmuşlar.
Şahmat kompozisiyalarının tərtib olmasında məktəbin məşqçisi müəllimi Nəcəfov Sahib hər il iştirak edir yüksək yerlər tutaraq diplomlarla təltif olunur. Rayon Şahmat məktəbi tərəfindən şahmatçıların fərdi inkişaf etdirilməsinə, Azərbaycan Respublikasının görkəmli şahmat ustalarının xatirəsinə və şərəfinə, əlamətdar günlərə həsr olunmuş turnirlərin keçirilməsinə, dərsdən kənar vaxtlarda əhalinin bütün yaş təbəqələrindən olan nümayəndələrinin fəaliyyət göstərmələrinə şərait yaradılır. Keçirilən şahmat turnirlərində müəllimlər, ziyalılar şagirdlər fəal iştirak edirlər.
Cəbrayıl rayonundan olan idmançı gənclərin nailiyyətləri
2012-ci ildə Bədən tərbiyəsi və idman sahəsi üzrə həyata keçirilmiş tədbirlər
2012-ci ilin yanvar ayında Bakı şəhərində 20 Yanvar Şəhidlərinin xatirəsinə həsr olunmuş şahmat turniri keçirilmişdir. Turnirdə 60 nəfər idmançı iştirak etmiş qaliblər mükafatlandırılmışdır.
Fevral ayında 13-14 yaşlı qızlar arasında basketbol üzrə rayon birinciliyi keçirilmişdir.
05 mart “Bədən tərbiyəsi və idman” günü münasibəti ilə rayon idmançılarının iştirakı ilə idman oyunları yüksək səviyyədə təşkil olunmuşdur.
Rayonda futbol idman növünün inkişaf etdirilməsi və istedadlı idmançıların aşkar edilməsi məqsədi ilə 2012-ci ilin mart ayında 11-12 yaşlı oğlanlar arasında futbol üzrə rayon birinciliyində 16 komanda iştirak etmiş və qalib komandanın zona yarışlarında iştirakı təmin edilmişdir.
Aprel ayında 1996-1997-ci il təvəllüdlü yeniyetmələr arasında atletika üzrə rayon birinciliyində 80 nəfər idmançı iştirak etmişdir.
Gənclərin hərbi çağırışa hazırlanması məqsədi ilə oktyabr ayında “Vətənin Müdafiəsinə hazıram” çoxnövçülüyü üzrə rayon birinciliyi keçirilmiş 1-ci yer tutmuş komandanın zona və Respublika mərhələlərində iştirakı təmin edilmişdir.
31 dekabr Dünya azərbaycanlılarının həmrəylik günü münasibəti ilə Sərbəst güləş üzrə Cəbrayıl rayon üzrə açıq birincilik keçirilmiş və birincilikdə 10 rayonun komandası iştirak etmişdir.
2013-cü ildə Bədən tərbiyəsi və idman sahəsi üzrə həyata keçirilmiş tədbirlər
25 yanvar 2013-cü il tarixdə Saatlı şəhərində 02 fevral “Azərbaycan gəncləri günü” münasibəti ilə keçirilmiş sərbəst güləş üzrə uşaq, yeniyetmə və gənclər zona birinciliyində idmançılarımız Fətullayev Hüseyn Arzu oğlu, Vəliyev Allahverdi Vəli oğlu və Allahverdiyev Osman Əfqan oğlu müxtəlif çəki dərəcələrində 2-ci yerlərə layiq görülmüşlər.
Göyçay şəhərində fevral ayında keçirilmiş uşaq və yeniyetmələr arasında DUDO döyüş növləri üzrə 5-ci Azərbaycan Çempionatında Vəliyev Anar Ağakişi oğlu 1-ci, Həsənzadə Xəyal Ənvər oğlu 2-ci və Fərhadov İsmayıl Zaur oğlu 3-cü yerlərə layiq görülərək mükafatlandırılmışlar.
2013-cü ilin mart ayında Göyçay rayonunda Taekvando idman növü üzrə açıq birincilikdə səkkiz idmançımız iştirak etmişdir. Birincilikdə Həsənov Rüstəm Əbülfət oğlu 1-ci, Həsənov Kənan Yaqub oğlu 2-ci və Fərzəliyev Elgün Vaqif oğlu 3-cü yerləri tutmuşlar.
May ayında Bakı şəhərində Sərbəst güləş üzrə Azərbaycan birinciliyində 3 idmançımız iştirak etmişdir. Hüseynov Mehman Güləli oğlu Azərbaycan birinciliyinin üçüncüsü olmuşdur.
İyul ayında Balakən şəhərində 16 yaşadək şahmatçıların şəxsi komanda hesabına Respublika Olimpiadasında Səfərzadə Nihat Vüsal oğlu 3-cü yerə layiq görülmüşdür.
“Müstəqillik günü” münasibəti ilə Qazax şəhərində VKC Azərbaycan açıq birinciliyində 10 nəfər idmançı iştirak etmiş, onlardan 4-ü yüksək yerlərə layiq görülmüşlər.
2014-cü ildə Bədən tərbiyəsi və idman sahəsi üzrə həyata keçirilmiş tədbirlər
Rayon Gənclər və İdman idarəsi 2014-cü ilin yanvar ayında İdarə və müəssisələr arasında tennis üzrə rayon birinciliyi keçirmişdir.
Birincilikdə ümumilikdə 75 nəfər iştirak etmişdir. Yarışın qalibləri idarə tərəfindən Fəxri fərman və Diplomlarla mükafatlandırılmışdır.
Fevral ayında gənclər arasında dama üzrə rayon birinciliyi keçirilmişdir ki, bu birincilikdə 50 nəfər gənc idmançı iştirak etmişdir.
2014-cü ilin mart ayında voleybol üzrə rayon birinciliyi keçirilmişdir. Birincilikdə 11 komanda iştirak etmişdir, qalib komandalar mükafatlandırılmışdır.
Orta məktəblərin oğlan və qızları arasında Kross yarışı aprel ayında keçirilmişdir. Yarışda 100 nəfər idmançı iştirak etmişdir.
Aprel ayında gənclərin çağırışa hazırlıq dövrü üçün böyük əhəmiyyəti olan “Vətənin müdafiəsinə hazıram” Poliatlon Çoxnövçülüyü üzrə rayon birinciliyi keçirilmişdir. Birincilikdə 16 komanda 80 nəfər idmançı iştirak etmiş, qalib komandalar mükafatlandırılmışdır.
Aprel ayında 12-13 yaslı qızlar arasında həndbol üzrə rayon birinciliyi keçirilmiş, birincilikdə 15 komanda iştirak etmişdir. Aprel ayında 1996-1997-ci il təvəllüdlü yeniyetmələr arasında sərbəst güləş üzrə Cəbrayıl rayon açıq birinciliyi keçirilmiş, yarışda 9 rayondan 80 idmançı iştirak etmişdir.
2014-cü ilin may ayında 13-14 yaşlı qızlar arasında basketbol üzrə rayon birinciliyi keçirilmiş, birincilikdə 16 komanda iştirak etmişdir.
İyun ayında isə 11-12 yaşlı oğlanlar arasında futbol üzrə rayon birinciliyində 15 komanda iştirak etmiş və qalib komandalar mükafata layiq görülmüşdür. 2014-cü ilin iyul ayında idarə müəssisə və təşkilatlar arasında voleybol üzrə rayon birinciliyi keçirilmişdir . Rayonda yaşlı nəslin idmana cəlb olunması məqsədi ilə avqust ayında kişilər arasında nərd üzrə rayon çempionatı keçirilmişdir.
Oktyabr ayında Vətənin Müdafiəsinə Hazıram Poliotlon Çoxnövçülüyü zona yarışının zona birinciliyi keçirilmiş, birincilikdə 11 komanda iştirak etmişdir.
Noyabr ayında 8, 10, 12, 14 və 16 yaşadək şahmatçıların rayon birinciliyində 66 nəfər idmançı iştirak etmiş və qaliblər mükafatlandırılmışdır.
2014-cü ilin dekabr ayında 13-14 yaşlı oğlanlar arasında Futzal üzrə rayon birinciliyi keçirilmişdir. Birincilikdə 14 komanda iştirak etmişdir. Qalib komandalar rayon Gənclər və İdman idarəsinin Fəxri fərman və Diplomları ilə mükafatlandırılmışdır
İdman sahəsi üzrə zona və Respublika yarışlarında rayon idmançılarının iştirakı haqqında
Rayon Gənclər və İdman idarəsi 2014-cü il ərzində rayondan kənarda zona və Respublika yarışlarında da idman növləri üzrə komandalarının iştirakını təmin etmişdir.
Belə ki, 31 yanvar - 02 fevral 2014-cü il tarixdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə razılaşdırılmış əsasnaməyə uyğun olaraq Saatlı rayonunda 02 fevral “Gənclər günü”nə həsr olunmuş Sərbəst güləş üzrə zona birinciliyində 14 nəfər idmançının iştirakı təmin edilmişdir.
08-09 fevral tarixdə Bakı şəhəri Hövsan qəsəbəsində Olimpiya Kompleksində VKC idman növləri üzrə Azərbaycan Çempionatında 12 nəfər idmançımız iştirak etmiş və layiqli yerlər qazanmışlar.
Mart ayında Azərbaycan Respublikası Gənclər və İdman nazirliyinin və AGF-nın təsdiq etdiyi əsasnaməyə əsasən Bakı şəhərində Yunan-Roma və Sərbəst güləş üzrə açıq Azərbaycan turnirində 3 nəfər idmançının iştirakı təmin edilmişdir.
05-06 mart 2014-cü il tarixdə BUDO döyüş növləri üzrə Bakı şəhər açıq birinciliyində 7 nəfər idmançımız iştirak etmişdir.
Mart ayında Hacıqabul rayonunda “Cəsurlar” hərbi idman və turizm oyunlarının zona mərhələsində komandamızın tam tərkibdə iştirakı təmin edilmişdir. Aprel ayında Cəlilabad rayonunda “Vətənin Müdafiəsinə hazıram” Poliatlan çoxnövçülüyü üzrə zona birinciliyində rayon idmançıları iştirak etmiş və komandamız 4-cü yerə layiq görülmüşdür.
16-21 may 2014-cü il tarixdə Xaçmaz şəhərində kişilər arasında voleybol üzrə Respublika çempionatında rayon komandası iştirak edilmişdir.
Sentyabr ayında Sabirabad şəhərində keçirilmiş sərbəst və Yunan-Roma güləşi üzdə zona birinciliyində rayon güləşçilərinin iştirakı təmin edilmişdir.
İyul ayında İsmayıllı şəhərində keçirilmiş Şahmat üzrə 16 yaşadək idmançıların şəxsi və komanda hesabında Azərbaycan Çempionatının seçmə yarışlarında rayondan 15 nəfər şahmatçını iştirakı təmin edilmişdir.
2015-ci ildə Bədən tərbiyəsi və idman sahəsi üzrə həyata keçirilmiş tədbirlər
Yanvar ayında ənənəvi olaraq 20 yanvar Şəhidlərinin xatirəsinə həsr olunmuş şahmat üzrə rayon birinciliyi keçirilmişdir. Birincilikdə 60 nəfər idmançı iştirak etmişdir.
Kişilər arasında nərd üzrə rayon birinciliyi 2015-ci ilin fevral ayında keçirilmişdir. Qaliblər idarənin Fəxri fərman və Diplomları ilə mükafatlandırılmışdır.
Uşaqların idmana olan maraqlarının artırılması məqsədi ilə mart ayında Məktəbəqədər uşaq müəssisələrində “Şən startlar” oyunu keçirilmişdir. Oyunlarda 11 uşaq bağçasından 77 uşaq iştirak etmişdir.
2015-ci ilin aprel ayında gənclərin yaz çağırışına həsr olunmuş VMH poliatlon çoxnövçülüyü üzrə rayon birinciliyi keçirilmişdir. Birincilikdə 11 komanda iştirak etmiş, qalıb komandalar idarənin diplom və fəxri fərmanları ilə mükafatlandırılmışdır.
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibəti ilə 11-12 yaşlı yeniyetmələr arasında futbol idman növü üzrə rayon birinciliyi keçirilmişdir. Birincilikdə 12 komanda iştirak etmiş qalib komandalar kubokla mükafatlandırılmışdır.
Rayonda voleybol idman növünün inkişafı və perspektivli idmançıların aşkar edilməsi məqsədi ilə iyun ayında gənclər arasında rayon birinciliyi keçirilmişdir. Birincilikdə 16 komanda iştirak etmiş, qalib komandalar mükafatlandırılmışdır.
2015-ci ilin iyul ayında keçirilmiş gənclər arasında dama üzrə rayon çempionatı 61 idmançı iştirak etmiş və qaliblər idarənin hədiyyələri ilə mükafatlandırılmışdır.
İyul ayında yay mövsümü ilə əlaqədar gənclər arasında voleybol üzrə rayon birinciliyi keçirilmişdir.
Yaşlı nəslin idmana olan marağının artırılması məqsədi ilə kişilər arasında sentyabr ayında keçirilmiş nərd üzrə rayon çempionatında 85 nəfər iştirak etmiş və qaliblər idarənin Fəxri fərman və diplomları ilə mükafatlandırılmışdır.
Payız çağırışı ilə əlaqədar olaraq oktyabr ayında VMH poliatlon çoxnövçülüyü üzrə rayon birinciliyi keçirilmiş və 80 nəfər idmançı iştirak etmiş, qaliblər mükafatlandırılmışdır.
2015-ci ilin noyabr ayında 2001-2002-ci il təvəllüdlü yeniyetmələr arasında sərbəst güləş üzrə rayon acıq birinciliyi keçirilmiş, birincilikdə 9 rayon komandası iştirak etmişdir.
İdman sahəsi üzrə rayondan kənarda keçirilmiş tədbirlər.
Yanvar ayında 02 fevral “Azərbaycan gəncləri” günü Saatlı şəhərində sərbəst güləş üzrə zona birinciliyində 12 nəfər idmançının iştirakı təmin edilmişdir.
Rayon Gənclər və İdman idarəsi mart ayında Astara şəhərində keçirilmiş “05 mart Bədən tərbiyəsi və idman günü” nə həsr olunmuş kişilər arasında ölkə turnirində rayon idmançılarının iştirakı təmin edilmişdir.
05 aprel tarixdə Bakı şəhərində Hövsan Olimpiya kompleksində keçirilmiş VKC idman növü üzrə uşaq, yeniyetmə və gənclər arasında Azərbaycan Çempionatında 13 nəfər idmançının iştirakı təmin edilmişdir.
19 aprel 2015-ci il tarixdə Horadiz şəhərində keçirilmiş “Şahin” hərbi-idman oyunlarının zona mərhələsində rayon “Şahin” komandasının iştirakı təmin edilmişdir.
02 may 2015-ci il tarixdə Salyan şəhərində sərbəst güləş üzrə region birinciliyində 10 nəfər güləşçinin iştirakı təmin edilmişdir.
May ayında Bakı şəhərində keçirilmiş sərbəst və Yunan-Roma güləşi üzrə yeniyetmələr arasında Azərbaycan birinciliyinə vəsiqə almış 2 nəfər idmançımız iştirak etmişdir.
İyul ayında Zaqatala şəhərində Şahmat üzrə 16 yaşadək idmançıların şəxsi-komanda hesabı Azərbaycan çempionatında 5 nəfər idmançının iştirakı təmin edilmişdir. Həmin ayda İsmayıllı şəhərində keçirilmiş VKC idman növü üzrə Azərbaycan Çempionatında 10 nəfər idmançının iştirakı təmin edilmişdir.
Oktyabr ayında Salyan şəhərində keçirilmiş Helsinki Olimpiya oyunlarının Gümüş mükafatçısı Rəşid Məmmədbəyovun xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə zona birinciliyində 8 idmançımız iştirak etmişdir.
2016-cı ildə Bədən tərbiyəsi və idman sahəsi üzrə həyata keçirilmiş tədbirlər
Yanvar ayında ənənəvi olaraq 20 yanvar Şəhidlərinin xatirəsinə həsr olunmuş şahmat üzrə rayon birinciliyi keçirilmiş, birincilikdə 55 nəfər idmançı iştirak etmişdir.
Mart ayında 11-12 yaşlı yeniyetmələr arasında futbol idman növü üzrə rayon birinciliyi keçirilmiş, birincilikdə 12 komanda iştirak etmiş, qalib komandalar mükafatlandırılmışdır.
İdman sahəsi üzrə rayondan kənarda keçirilmiş tədbirlər.
2016-cı ilin fevral ayında Bakı şəhərində keçirilmiş sərbəst güləş üzrə Azərbaycan birinciliyində rayon üçün ayrılmış idmançı sayına görə 1 məşqçi və 3 nəfər idmançının iştirakı təmin edilmişdir.
5 mart “Bədən tərbiyəsi və idman günü” münasibəti ilə ənənəvi tədbirlərin davamı olaraq 02-04 mart 2016-cı il tarixdə Saatlı şəhərində keçirilmiş 2000-2001-ci il təvəllüdlü yeniyetmələr arasında voleybol üzrə zona birinciliyində rayon komandasının iştirakı tam tərkibdə təmin edilmişdir.
Aprel ayında Cəlilabad səhərində keçirilmiş “Vətənin Müdafiəsinə hazıram” Poliatlan çoxnövçülüyü üzrə Azərbaycan Çempionatının zona yarışlarında rayon komandası 3-cü yerə layiq görülərək Çempionatın final mərhələsinə vəsiqə qazanmışdır.