Şriftin ölçüsü :

Saytın rəngi :

Qanunvericilik

 

Dövlət qulluqçularının etik davranış qaydaları haqqında

AZƏRBAYCAN RESPUBLIKASININ QANUNU

Bu qanun dövlət qulluqçuları üçün etik davranış qaydalarını və prinsiplərini və onlara əməl edilməsi ilə bağlı hüquqi mexanizmləri müəyyən edir.

Fəsil 1. Ümumi müddəalar

Maddə 1. Qanunun əhatə dairəsi

1.1. Bu qaydalar dövlət qulluqçusu statusuna malik olan bütün şəxslərə şamil edilir.
1.2. Hər bir dövlət qulluqçusu qanunun aliliyini, insan hüquqlarını, demokratik prinsipləri və yüksək etik davranış qaydalarını rəhbər tutaraq, bu qanunun müddəalarına əməl etməyə borcludur.

Maddə 2. Qanunun məqsədləri

2.0. Bu qanunun məqsədləri aşağıdakılardan ibarətdir:
2.0.1. dövlət orqanlarının və dövlət qulluğunun nüfuzunun artırılması, vətəndaşların dövlət orqanlarına və dövlət qulluqçularına etimadının yüksəldilməsi;
2.0.2. dövlət orqanları və dövlət qulluqçularının fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılması;
2.0.3. dövlət orqanlarında korrupsiyanın və dövlət qulluqçularının fəaliyyətində maraqların toqquşmasının qarşısının alınması;
2.0.4. dövlət qulluqçuları tərəfindən etik davranış qaydalarına əməl olunmasının təmin edilməsi;
2.0.5. dövlət qulluqçularından gözlənilən davranış barədə vətəndaşların məlumatlandırılması;
2.0.6. dövlət orqanlarının və dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinə vətəndaşların təsiri imkanlarının genişləndirilməsi.

Maddə 3. Xidməti davranışın hüquqi tənzimlənməsi

3.1. Dövlət qulluqçusunun xidməti davranışı qanunvericiliklə ona verilmiş hüquqların həyata keçirilməsi və vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar fəaliyyətidir. Dövlət qulluqçusunun xidməti davranışı bu qanunla müəyyən edilmiş etik davranış qaydalarına və prinsiplərinə əsaslanmalıdır.
3.2. Dövlət qulluqçusunun xidməti davranışı bu qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq tənzimlənir.
3.3. Bu qanunla müəyyən olunmuş etik davranış qaydalarını dəqiqləşdirən normalar, onlara riayət olunması ilə bağlı təminatlar dövlət orqanlarının digər normativ hüquqi aktları ilə müəyyənləşdirilə bilər. Göstərilən normativ hüquqi aktlar bu qanunun müddəalarına zidd olmamalıdır.

Fəsil 2. Etik davranış qaydaları

Maddə 4. Vicdanlı davranış

4.1. Şəxsin, cəmiyyətin və dövlətin maraqları naminə dövlət qulluqçuları öz vəzifə borcunu səmərəli yerinə yetirməyə borcludur.
4.2. Dövlət qulluqçusu bütün hallarda hər bir şəxs üçün vicdanlılıq nümunəsi olmalıdır.

Maddə 5. Peşəkarlıq və fərdi məsuliyyətin artırılması

5.1. Dövlət qulluqçusu öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş səlahiyyətlər çərçivəsində və peşəkarlıq səviyyəsində yerinə yetirməyə borcludur.
5.2. Dövlət qulluqçusu etik davranışı və öz peşəkar fəaliyyəti ilə dövlət orqanlarına, hüquqi və fiziki şəxslərin inamını artırmalı və möhkəmləndirməlidir.

Maddə 6. Loyallıq

6.1. Dövlət qulluqçusu onun xidməti vəzifəsinə aid olmadığı hallarda, dövlət orqanlarının, onların rəhbərlərinin fəaliyyəti ilə əlaqədar (qanunsuz fəaliyyət istisna olmaqla) tənqidi ictimai mülahizələrdən, çıxışlardan və onların fəaliyyətinə ictimai qiymət verilməsindən çəkinməlidir. Bu qayda dövlət qulluqçusunun elmi-pedaqoji fəaliyyəti ilə bağlı çıxışlarına və ya elmi yazılarına şamil olunmur.
6.2. Dövlət qulluqçusu dövlət qulluğu ilə bağlı vəzifələrin icrası ilə bir araya sığmayan və onun adına xələl gətirə biləcək, habelə dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməlidir.
6.3. Dövlət qulluqçusu dövlət orqanı tərəfindən açıq çıxışlarla bağlı müəyyən olunmuş qaydalara əməl etməlidir.
6.4. Dövlət qulluqçusu qanunvericilikdə dövlət qulluğu ilə bağlı nəzərdə tutulmuş məhdudiyyətlərə əməl etməlidir.

Maddə 7. İctimai etimad

7.1. Dövlət qulluqçusu Azərbaycan Respublikasının, dövlət orqanının və dövlət qulluğunun nüfuzunu möhkəmləndirməyə, öz adını və şərəfini uca tutmağa borcludur.
7.2. Dövlət qulluqçusu etik davranış qaydalarının onun tərəfindən pozulması nəticələrini aradan qaldırmağa, o cümlədən ictimai etimadın bərpası üçün tədbirlər görməyə borcludur.
7.3. Dövlət qulluqçusu dövlət orqanlarının və onların vəzifəli şəxslərinin fəaliyyəti barədə ictimaiyyəti məlumatlandıran kütləvi informasiya vasitələri nümayəndələrinin qanunla müəyyən edilmiş hallarda və qaydada doğru (dürüst) məlumatlar almasına köməklik göstərməlidir.

Maddə 8. İnsanların hüquq, azadlıq və qanuni maraqlarına, şərəf və ləyaqətinə və işgüzar nüfuzuna hörmət. Hüquqi şəxslərin işgüzar nüfuzuna hörmət

8.1. Dövlət qulluqçularının fəaliyyəti insanların hüquq, azadlıq və qanuni maraqlarının təmin olunmasına, qorunmasına və müdafiəsinə xidmət etməlidir.
8.2. Dövlət qulluqçusu insanların hüquq və azadlıqlarını, qanuni maraqlarını pozan, onların şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələyə biləcək qərarlara və hərəkətlərə (və ya hərəkətsizliyə) yol verməməlidir.
8.3. Qanunvericiliklə nəzərdə tutulmuş hallar istisna olmaqla, dövlət qulluqçusu xidməti vəzifələrinin icrası ilə bağlı fiziki şəxslərin, habelə digər dövlət qulluqçularının şəxsi həyatı, şərəf və ləyaqəti barədə ona məlum olmuş məlumatların konfidensiallığını təmin etməlidir.
8.4. Dövlət qulluqçusu hüquqi şəxslərin işgüzar nüfuzuna hörmətlə yanaşmalı və onların işgüzar nüfuzunu ləkələyə biləcək hərəkətlərə (və ya hərəkətsizliyə) yol verməməlidir.

Maddə 9. Mədəni davranış

Dövlət qulluqçusu bütün şəxslərə, o cümlədən birbaşa və yuxarı rəhbəri ilə və ya tabeliyində olan şəxslərə münasibətdə nəzakətli, xeyirxah, diqqətli və səbirli olmalıdır.

Maddə 10. Əmr, sərəncam və ya tapşırıqların yerinə yetirilməsi

10.1. Dövlət qulluqçusu birbaşa və ya yuxarı rəhbərinin qanuna uyğun olan və səlahiyyətləri daxilində qəbul etdiyi yazılı əmri, sərəncamı və ya verdiyi şifahi tapşırıqları yerinə yetirməyə borcludur.
10.2. Dövlət qulluqçusu birbaşa və ya yuxarı rəhbəri tərəfindən ona verilən əmrin, sərəncamın və ya tapşırığın qanuna və ya digər normativ hüquqi akta zidd olmasına əmindirsə, bu barədə yazılı əsaslandırmanı birbaşa və ya yuxarı rəhbərinə təqdim etməlidir. O, birbaşa rəhbərindən bu əmr, sərəncam və ya tapşırığın yazılı şəkildə təsdiq olunmasını tələb etməlidir. Birbaşa rəhbərindən yazılı şəkildə təsdiq edilmiş əmr, sərəncam və ya tapşırıq almasına baxmayaraq, dövlət qulluqçusu onların qanuna, yaxud digər normativ hüquqi akta zidd olmasına inanmaqda davam edərsə, o, həmin əmr, sərəncam və ya tapşırığın yerinə yetirilməsindən imtina edə bilər.
10.3. Qanuni göstərişlərin yerinə yetirilməməsi intizam məsuliyyətinə səbəb olur.

Maddə 11. Qərəzsizlik

11.1. Dövlət qulluqçusu xidməti vəzifəsini yerinə yetirərkən və ya qərar qəbul edərkən qərəzsiz olmalı və bu zaman irqinə, milliyyətinə, dininə, dilinə, cinsinə, sosial mənşəyinə, əmlak və qulluq vəziyyətinə, dinə münasibətinə, əqidəsinə, ictimai və ya hər hansı digər birliyə mənsubiyyətinə görə hər hansı şəxsin və ya şəxslər qrupunun üstünlüyünə və ya belə üstünlüyün əldə edilməsi üçün şəraitin yaradılmasına yol verməməlidir.
11.2. Dövlət qulluqçusu xidməti vəzifələrinin yerinə yetirilməsi zamanı siyasi bitərəfliyə əməl etməyə borcludur.
11.3. Dövlət qulluqçusu özünün və ya maraqlı şəxslərin mənafelərinin onun xidməti vəzifələrinin yerinə yetirilməsinə təsirinə yol verməməli və bu cür təsir üçün şərait yaratmamalıdır.

Maddə 12. Maddi və qeyri-maddi nemətlərin, imtiyazların və ya güzəştlərin əldə edilməsinə yol verilməməsi

12.1. Dövlət qulluqçusunun qanunsuz olaraq maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməyə yönəlmiş hərəkətlər (hərəkətsizlik) etməsi və ya qərarlar qəbul etməsi qadağandır.
12.2. Dövlət qulluqçusu onun hərəkətlərinin (hərəkətsizliyinin) və ya qərarlarının maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməyə gətirib çıxarmasını istisna edən tədbirlər görməlidir.
12.3. Qanunvericiliklə müəyyən olunmuş qaydada şəxslərə əvəzsiz xidmət (xidmətlər) göstərən dövlət qulluqçusu həmin xidmətə (xidmətlərə) görə hər hansı haqq tələb edə bilməz.
12.4. Qanunvericiliklə müəyyən olunmuş ödəniş müqabilində vətəndaşlara xidmət (xidmətlər) göstərən dövlət qulluqçusu həmin xidmətə (xidmətlərə) görə nəzərdə tutulan məbləğdən artıq haqq tələb edə bilməz.

Maddə 13. Korrupsiyanın qarşısının alınması

13.1. Dövlət qulluqçusuna qanunsuz maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər təklif olunduğu hallarda, dövlət qulluqçusu onlardan imtina etməlidir. Maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər dövlət qulluqçusuna ondan asılı olmayan səbəblərdən verilərsə, o, bu barədə birbaşa rəhbərinə məlumat verməli və maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanına akt üzrə təhvil verilməlidir.
13.2. Tərəflərdən biri dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanı olan əqdlərdə həmin dövlət qulluqçusu digər tərəf ola bilməz.

Maddə 14. Hədiyyə alma ilə əlaqədar məhdudiyyətlər

14.1. Dövlət qulluqçusu xidməti vəzifələrinin qərəzsiz icrasına təsir edə bilən və ya bu cür təsir təəssüratı yaradan və ya onun vəzifələrinin icrası müqabilində mükafat qismində verilən və ya bu cür mükafat təəssüratı yaradan hədiyyələri özü və ya digər şəxslər üçün tələb edə və ya qəbul edə bilməz. Bu qayda qonaqpərvərliklə bağlı və dəyəri «Korrupsiyaya qarşı mübarizə haqqında» qanunda nəzərdə tutulmuş məbləğdən yuxarı olmayan hədiyyələrin təqdim olunduğu hallara şamil edilmir.
14.2. Dövlət qulluqçusu hədiyyənin qəbul edilməsi və ya qonaqpərvərlikdən istifadə ilə bağlı qərara gələ bilmədiyi hallarda, bu məsələ barədə birbaşa rəhbərinin rəyini öyrənməlidir.

Maddə 15. Maraqlar toqquşmasının qarşısının alınması

15.1. Dövlət qulluqçusu qulluq etdiyi dövrdə maraqların toqquşmasına yol verməməlidir və qanunsuz olaraq öz vəzifə səlahiyyətlərindən şəxsi maraqları üçün istifadə etməməlidir.
15.2. Dövlət qulluqçusunun xidməti vəzifələri ilə onun şəxsi maraqları arasında ziddiyyət yarana biləcəyi hallarda, o, qanunvericiliyə müvafiq olaraq, dövlət qulluğuna qəbul olunduqda, habelə bundan sonrakı dövrdə həmin maraqların xarakteri barədə məlumat verməyə borcludur.
15.3. Dövlət qulluqçusu başqa vəzifəyə keçmə ilə əlaqədar təkliflərin maraqların toqquşmasına səbəb ola biləcəyi hallarda, bu barədə dövlət orqanının rəhbərinə məlumat verməlidir. Dövlət qulluğuna xitam verildikdən sonra dövlət qulluqçusu qanunvericiliklə müəyyən edilmiş müddət ərzində əvvəllər fəaliyyətinə nəzarət etdiyi idarə, müəssisə, təşkilatlara və ya onların bölmələrinə işə qəbul edilə bilməz.
15.4. Dövlət qulluqçusu maraqların toqquşmasının qarşısının alınması üçün qanunvericiliklə nəzərdə tutulmuş digər tədbirlər görməlidir.
15.5. Dövlət qulluqçusu vəzifəyə təyin edilərkən və bundan sonrakı müddətdə etik davranış qaydaları, korrupsiyaya qarşı mübarizə və maraqların toqquşmasının qarşısının alınması ilə normativ hüquqi və normativ xarakterli aktlarla tanış olmalıdır. Bu aktlara əməl edilməsi ilə bağlı hər hansı suallar yarandıqda, bu barədə birbaşa və ya yuxarı rəhbərinə müraciət etməlidir.

Maddə 16. Əmlakdan istifadə

16.1. Dövlət qulluqçusu istifadəsində olan dövlət əmlakından, maliyyə vəsaitlərindən, rabitə, kompüter və digər kommunikasiya sistemlərindən, nəqliyyat vasitələrindən və digər maddi-texniki təchizat avadanlıqlarından qənaətlə və səmərəli istifadə etməlidir.
16.2. Dövlət qulluqçusuna dövlət əmlakından, maliyyə vəsaitlərindən, rabitə, kompüter və digər kommunikasiya sistemlərindən, nəqliyyat vasitələrindən və digər maddi-texniki təchizat avadanlıqlarından şəxsi maraqları naminə, habelə həmin dövlət qulluqçusu tərəfindən xidməti vəzifələrinin icrası ilə əlaqədar olmayan digər məqsədlər üçün istifadə etməsi qadağandır.

Maddə 17. Məlumatlardan istifadə

17.1. Dövlət qulluqçusu xidmət etdiyi dövlət orqanının sərəncamında olan məlumatların qanunvericiliklə müəyyən olunmuş qaydada əldə olunması və yayılması mümkünlüyünü təmin etməlidir.
17.2. Dövlət qulluqçusu dövlət orqanında müəyyən olunmuş xidməti informasiyanın təqdim edilməsi qaydalarına əməl etməlidir.
17.3. Dövlət qulluqçusu xidməti fəaliyyəti zamanı əldə etdiyi məlumatları şəxsi maraqları üçün istifadə edə bilməz.

Maddə 18. İctimai və ya siyasi fəaliyyət

18.1. Qanunvericiliklə başqa qayda nəzərdə tutulmamışdırsa, dövlət qulluqçusu ictimai və ya siyasi birliyə üzv olmaq hüququna malikdir.
18.2. Dövlət qulluqçusunun ictimai və ya siyasi fəaliyyəti, yaxud ictimai və ya siyasi birliyə mənsubiyyəti onun xidməti vəzifələrini qərəzsiz və obyektiv yerinə yetirdiyinə ictimai şübhə doğurmamalıdır.
18.3. Dövlət qulluqçusu qulluq mövqeyindən istifadə edərək, digər dövlət qulluqçularını ictimai və ya siyasi birliklərin və dini təşkilatların fəaliyyətində iştiraka təhrik etməməlidir.
18.4. Dövlət qulluqçusuna dövlət orqanlarında ictimai və siyasi birliklərin (həmkarlar ittifaqları istisna olmaqla), dini təşkilatların struktur bölmələrini yaratmaq, yaxud həmin orqanlarda göstərilən struktur bölmələrin yaradılmasına yardım etmək qadağandır.
18.5. Dövlət qulluqçusuna seçkilər zamanı öz vəzifə mövqeyindən və səlahiyyətlərindən özünün və ya digər namizədlərin, siyasi partiyaların, siyasi partiyaların bloklarının xeyrinə istifadə etmək qadağandır.

Fəsil 3. Etik davranış qaydalarının həyata keçirilməsinin təmin olunması

Maddə 19. Təminatlar sistemi

19.0. Dövlət qulluqçusu tərəfindən etik davranış qaydalarına əməl olunması üçün:
19.0.1. dövlət qulluqçusunun davranışının etik davranış qaydalarına uyğunluğu onun özü, birbaşa və ya yuxarı rəhbəri tərəfindən müntəzəm təhlil edilir;
19.0.2. dövlət qulluqçusu, onun birbaşa və ya yuxarı rəhbəri tərəfindən bu fəsildə nəzərdə tutulmuş tədbirlər görülür.

Maddə 20. Etik davranış qaydalarına əməl olunmasına nəzarət

20.0. Etik davranış qaydalarına əməl olunmasına nəzarəti:
20.0.1. Dövlət orqanının rəhbəri - xidməti qaydada, yuxarı orqan - tabeçilik əsasında;
20.0.2. Müvafiq dövlət orqanı (bundan sonra «Nəzarət orqanı») - bu qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirir.

Maddə 21. Dövlət orqanının rəhbəri tərəfindən nəzarət

21.1. Dövlət orqanlarında etik davranış qaydalarına əməl olunmasına nəzarəti həmin orqanların müvafiq qurumları həyata keçirir.
21.2. Dövlət orqanının rəhbəri:
21.2.1. tabeliyində olan dövlət qulluqçularının xidməti davranışlarının bu qanunla müəyyən olunan etik davranış qaydalarına uyğunluğuna nəzarət etməli və onun təhlilini aparmalıdır;
21.2.2. öz davranışı ilə etik davranış qaydalarına əməl olunması nümunəsi göstərməlidir;
21.2.3. tabeliyində olan dövlət qulluqçuları arasında onların tutduqları vəzifələrə uyğun olaraq vəzifə bölgüsü aparmalıdır;
21.2.4. tabeliyində olan şəxsləri hüquqa və hamılıqla qəbul edilmiş etik normalara zidd olan hərəkət etməyə və qərarlar qəbul etməyə sövq etməməlidir;
21.2.5. rəhbərlik etdiyi dövlət orqanlarına və onların struktur bölmələrinə kadrların seçilməsi və yerləşdirilməsi zamanı qanunvericiliyin tələblərinə əməl etməlidir;
21.2.6. etik davranış qaydalarının pozulmasının qarşısının alınması və profilaktikası üzrə tədbirlər görməlidir;
21.2.7. tabeliyində olan dövlət qulluqçularına etik davranış qaydalarını izah etməli və müraciət olunduğu təqdirdə etik davranış qaydalarına əməl olunmasına dair onlara tövsiyələr verməlidir;
21.2.8. öz səlahiyyətləri çərçivəsində bu qanunla müəyyən olunmuş etik davranış qaydalarını və onlara əməl olunması ilə bağlı təminatları konkretləşdirən normativ hüquqi (və ya normativ xarakterli) aktları işləyib hazırlamalı və təsdiq etməlidir;
21.2.9. etik davranış qaydalarını pozan dövlət qulluqçularının intizam məsuliyyətinə cəlb edilməsi üçün tədbirlər görməlidir;
21.2.10. etik davranış qaydaları və dövlət qulluqçuları tərəfindən həmin qaydalara əməl olunmasını tələb etmək hüquqlarına malik olmaları barədə vətəndaşları və təşkilatları məlumatlandırmaq üçün tədbirlər görməlidir;
21.2.11. etik davranış qaydalarının pozulması halları ilə bağlı həyata keçirilmiş tədbirlər barədə vətəndaşları, təşkilatları və dövlət orqanlarını məlumatlandırmalıdır;
21.2.12. etik davranış qaydalarının pozulmasının nəticələrinin aradan qaldırılması, habelə dövlət orqanına ictimai etimadın artırılması üçün tədbirlər görməlidir;
21.2.13. etik davranış qaydalarına əməl olunması ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri həyata keçirməlidir.

Maddə 22. Nəzarət orqanının səlahiyyətləri

22.1. Nəzarət orqanı bu qanunla müəyyən edilmiş etik davranış qaydalarına əməl edilməsi və bu qanunun tətbiqi ilə bağlı məsələlərin əlaqələndirilməsi məqsədi ilə aşağıdakı səlahiyyətləri həyata keçirir:
22.1.1. bu qanunla müəyyən edilmiş etik davranış qaydalarına əməl edilməsi vəziyyətini öyrənir və bu barədə məlumatları ümumiləşdirir;
22.1.2. dövlət qulluqçularından və digər şəxslərdən bu qanunun müddəalarının pozulması ilə bağlı şikayətlər və məlumatlar qəbul edir;
22.1.3. daxil olan şikayətlər və məlumatlardan irəli gələn məsələlərin həlli üzrə təkliflər, tövsiyələr və təqdimatlar verir;
22.1.4. dövlət qulluqçularının etik davranış məsələləri üzrə ictimai rəyin öyrənilməsi və bununla bağlı maarifləndirmənin həyata keçirilməsi üçün tədbirlər görür;
22.1.5. dövlət qulluqçularının etik davranış məsələləri üzrə araşdırmalar aparır, bu məsələlərlə bağlı tövsiyələr və məruzələr tərtib edir;
22.1.6. dövlət qulluqçularının etik davranış məsələləri üzrə qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələri və müstəqil ekspertlərlə əməkdaşlıq edir;
22.1.7. daxil olmuş materiallarda hüquqpozmaların əlamətləri olduqda həmin materialları yoxlanılması üçün müvafiq orqanlara göndərir;
22.1.8. dövlət qulluqçularının etik davranış məsələləri ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflər verir;
22.1.9. qanunvericiliklə göstərilmiş digər səlahiyyətləri həyata keçirir.
22.2. Nəzarət orqanı etik davranış qaydalarının pozulması ilə əlaqədar dövlət qulluqçusuna qarşı aparılan intizam icraatının gedişinə hər hansı formada müdaxilə edə bilməz.

Maddə 23. Etik davranış qaydalarının pozulmasına görə məsuliyyət

23.1. Etik davranış qaydalarının pozulması dövlət qulluqçusunun intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır.
23.2. Dövlət qulluqçusunun intizam məsuliyyətinə cəlb edilməsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətdə həyata keçirilir.
23.3. Aşağıdakı hallarda intizam icraatına başlanıla bilər:
23.3.1. bu qanunun müddəalarının dövlət qulluqçusu tərəfindən pozulması barədə hüquqi və ya fiziki şəxslər tərəfindən şikayət və ya digər məlumatın verilməsi;
23.3.2. kütləvi informasiya vasitələrində dövlət qulluqçusu tərəfindən bu qanunun müddəalarının pozulması və maraqların toqquşmasına yol verilməsi barədə məlumatın dərc edilməsi.
23.3. İntizam icraatı zamanı dövlət qulluqçusu tərəfindən yol verilən hüquq pozuntusunda cinayət tərkibinin əlamətləri aşkar edildikdə, həmin əlamətləri aşkar etmiş dövlət orqanının rəhbəri bu barədə cinayət təqibi orqanına məlumat verməlidir.

Maddə 24. Bu qanunun qüvvəyə minməsi

Bu qanun dərc edildiyi gündən qüvvəyə minir.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 31 may 2007-ci il
№ 352-IIIQ
«Azərbaycan» qəzetində dərc edilmişdir (21 avqust 2007-ci il, № 185). Azərbaycan Respublikasının Qanunvericilik Toplusunda dərc edilmişdir (31 avqust 2007-ci il, № 8, maddə 750).
28 aprel 2009-cu il tarixli, 807-IIIQD nömrəli Qanuna əsasən dəyişikliklərlə.

 

 

 

 

 

  AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN

FƏRMANI
"Dövlət qulluqçularının etik davranış qaydaları haqqında"
Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə

"Dövlət qulluqçularının etik davranış qaydaları haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:
1.1. qüvvədə olan qanunvericilik aktlarının "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. öz səlahiyyətləri daxilində "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında" Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.
2. Mərkəzi icra hakimiyyəti orqanlarına tapşırılsın ki, öz səlahiyyətləri daxilində "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında" Azərbaycan Respublikası Qanununun 21.2.8-ci maddəsində nəzərdə tutulmuş normativ hüquqi aktları hazırlayıb təsdiq etsinlər.
3. Müəyyən edilsin ki, "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında" Azərbaycan Respublikası Qanununun 20.0.2-ci maddəsində nəzərdə tutulmuş "müvafiq dövlət orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya həyata keçirir.
4. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 avqust 2007-ci il
№ 614

 

 

 

 

 

 

Azərbaycan Respublikası Prezidentinin
2012-ci il 5 sentyabr tarixli 2421 nömrəli
Sərəncamı ilə təsdiq edilmişdir


Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün
Milli Fəaliyyət Planı

1. Korrupsiyaya qarşı mübarizə üzrə qanunvericilik bazasının təkmilləşdirilməsi

Görüləcək işlər və nəticə indikatorları:

1.1 Hüquqi tənzimləmənin təsirinin qiymətləndirilməsi (RİA) qaydalarının müəyyən edilməsi
İcra: Nazirlər Kabineti, Ədliyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Maliyyə Nazirliyi - 2013-cü il

1.2 Mərkəzi icra hakimiyyəti orqanlarında və normativ xarakterli aktları qəbul edən orqanlarda onlar tərəfindən qəbul ediləcək normativ hüquqi və normativ xarakterli aktların layihələrininsui-istifadəyə (korrupsiyaya) məruz qalmasına dair ekspertizanın həyata keçirilməsinin vahid qaydalarının müəyyən edilməsi
İcra: Ədliyyə Nazirliyi - 2012-ci il

2. Ərizə və şikayətlərə baxılması işinin təkmilləşdirilməsi

Görüləcək işlər və nəticə indikatorları:

2.1 Azərbaycan Respublikasının Baş Prokurorluğu nəzdində fəaliyyət göstərən “161 - qaynar xətt” əlaqə mərkəzinin texniki və insan resursu imkanlarının genişləndirilməsi, mərkəzə daxil olmuş məlumatlarla əlaqədar operativ tədbirlər görülməsinin təmin edilməsi, daxil olmuş müraciətlərlə bağlı statistik və analitik məlumatların dərc edilməsi
İcra: Baş Prokurorluq – 2012-2015-ci illər

2.2 Dövlət orqanları tərəfindən qaynar xətlərin təşkili və fəaliyyəti üzrə vahid metodologiya və standartların müəyyən edilməsi
İcra: Nazirlər Kabineti, Ədliyyə Nazirliyi, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya – 2013-cü il

2.3 Korrupsiya halları haqqında məlumat verən şəxslərin müdafiəsinə dair qanun layihəsinin hazırlanması
İcra: Baş Prokurorluq, Ədliyyə Nazirliyi, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya – 2014-cü il

2.4 Korrupsiya ilə bağlı müraciət, ərizə və şikayətlərə baxılması qaydalarının təkmilləşdirilməsinə dair təkliflərin hazırlanması
İcra: Baş Prokurorluq, Ədliyyə Nazirliyi, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya – 2013-cü il

2.5 Dövlət qurumlarının rəhbərləri tərəfindən mütəmadi olaraq vətəndaşların birbaşa, o cümlədən səyyar qəbulunun təşkili
İcra: mərkəzi və yerli icra hakimiyyəti orqanları – 2012-2015-ci illər

2.6 Ərizə və şikayətlərin elektron qaydada qəbulu və rəsmi cavablandırılması işinin təkmilləşdirilməsi
İcra: mərkəzi və yerli icra hakimiyyəti orqanları – 2013-2014-cü illər

3. Cinayət təqibi sahəsində qanunvericiliyin təkmilləşdirilməsi

Görüləcək işlər və nəticə indikatorları:

3.1 Hüquqi şəxslər barəsində cinayət-hüquqi tədbirlərin tətbiqi qaydalarına dair qanun layihələrinin hazırlanması
İcra: Baş Prokurorluq, Ədliyyə Nazirliyi - 2013-cü il

3.2 Korrupsiyaya qarşı mübarizə sahəsində hakimlərin toxunulmazlıq hüququnun məhdudlaşdırılması üzrə təkliflərin hazırlanması
İcra: Baş Prokurorluq, Ədliyyə Nazirliyi - 2013-2014-cü illər

3.3 Korrupsiyaya qarşı mübarizədə əməliyyat-axtarış tədbirlərinin səmərəliliyin artırılmasına dair təkliflərin hazırlanması
İcra: Baş Prokurorluq - 2013-2014-cü illər

3.4 Korrupsiyaya qarşı mübarizədə şahidlərin və cinayət təqibini həyata keçirən orqanlarla əməkdaşlıq edən şəxslərin müdafiəsinin təkmilləşdirilməsi üzrə əlavə tədbirlərin müəyyən edilməsi
İcra: Baş Prokurorluq, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi - 2013-2014-cü illər

3.5 Korrupsiya cinayətləri üzrə istintaq sövdələşməsinin cinayət-prosessual qanunvericiliyə daxil edilməsi üzrə təkliflərin hazırlanması
İcra: Baş Prokurorluq - 2013-2014-cü illər

4. Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının fəaliyyətinin təkmilləşdirilməsi

Görüləcək işlər və nəticə indikatorları:

4.1 Komissiyanın korrupsiya ilə əlaqədar dövlət orqanlarına göndərdiyi müraciətlər üzrə araşdırma və qiymətləndirmələr keçirməsi
İcra: Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya – mütəmadi

4.2 Fəaliyyət Planının icra vəziyyətinin yoxlanılması məqsədi ilə Komissiyanın monitorinqlər keçirməsi
İcra: Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya – mütəmadi

4.3 Korrupsiyanın səviyyəsinin öyrənilməsi məqsədi ilə ixtisaslaşdırılmış tədqiqatların və rəy sorğularının keçirilməsi
İcra: Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya - mütəmadi

4.4 Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın Katibliyinin strukturunun təkmilləşdirilməsi, maddi-texniki və kadr təminatının gücləndirilməsi üzrə təkliflər hazırlanması
İcra: Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya, Nazirlər Kabineti, Maliyyə Nazirliyi - 2013-cü il

5. Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı mübarizə İdarəsinin fəaliyyətinin təkmilləşdirilməsi

Görüləcək işlər və nəticə indikatorları:

5.1 İdarənin dövlət orqanlarının informasiya sistemləri, məlumat bazaları və reyestrlərindən qanunvericiliklə müəyyən edilmiş qaydada, real vaxt rejimində istifadəsinin təmin edilməsi üzrə tədbirlər görülməsi
İcra: Baş Prokurorluq, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Nazirlər Kabineti, aidiyyəti dövlət orqanları – 2013-cü il

5.2 İdarənin preventiv tədbirlər sahəsində fəaliyyətinin genişləndirilməsi və müvafiq tədbirlər planının qəbul edilməsi
İcra: Baş Prokurorluq – 2012-2013-cü illər

5.3 Korrupsiya ilə əlaqədar cinayətlər barədə vahid informasiya bazasının fəaliyyətinin təkmilləşdirilməsi
İcra: Baş Prokurorluq - 2013-2014-cü illər

6. Cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılmasının qarşısının alınması və bu sahədə institusional mexanizmlərin möhkəmləndirilməsi

Görüləcək işlər və nəticə indikatorları:

6.1 Azərbaycan Respublikasının “Cinayət fəaliyyətindən əldə edilən gəlirlərin leqallaşdırılmasına, axtarışına, həbsinə və müsadirəsinə, o cümlədən terrorçuluğun maliyyələşdirilməsinə dair” Avropa Şurasının Konvensiyasına qoşulması üçün təkliflərin hazırlanması
İcra: Nazirlər Kabineti, Maliyyə Monitorinqi Xidməti - 2013-cü il

6.2 Mənimsənilmiş əmlakın bərpası (asset recovery) üzrə ölkədaxili mexanizmin formalaşdırılması məqsədi ilə normativ hüquqi aktın layihəsinin hazırlanması
İcra: Baş Prokurorluq, Ədliyyə Nazirliyi, Maliyyə Monitorinqi Xidməti – 2013-2014-cü illər

6.3 Monitorinq iştirakçılarının və monitorinqdə iştirak edən digər şəxslərin cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində öhdəliklərinə aidiyyəti dövlət orqanları tərəfindən nəzarətlə bağlı qaydaların hazırlanması
İcra: Maliyyə Monitorinqi Xidməti və monitorinq iştirakçılarına və monitorinqdə iştirak edən digər şəxslərə nəzarət edən dövlət orqanları - 2013-cü il

6.4 Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində vahid statistik məlumat bazasının yaradılması
İcra: Maliyyə Monitorinqi Xidməti, Milli Təhlükəsizlik Nazirliyi, Baş Prokurorluq – 2013-2014-cü illər

6.5 Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq lombardların və daşınmaz əmlak alğı-satqısı üzrə vasitəçilik xidmətləri göstərən fiziki və hüquqi şəxslərin fəaliyyət sahəsini tənzimləyən normativ hüquqi aktların layihələrinin hazırlanması
İcra: Maliyyə Monitorinqi Xidməti, Ədliyyə Nazirliyi – 2013-cü il

7. Dövlət qulluğuna dair qanunvericiliyin və institusional mexanizmlərin təkmilləşdirilməsi

Görüləcək işlər və nəticə indikatorları:

7.1 Dövlət qulluğuna dair qanunvericiliyin məcəllələşdirilməsi üzrə layihənin hazırlanması
İcra: Nazirlər Kabineti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya – 2013-2014-cü illər

7.2 Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın nəzdində ixtisaslaşmış (dövlət qulluğuna dair qanunvericiliyin tətbiqi, etik davranış, maraqlar toqquşmasının qarşısının alınması, korrupsiyaya qarşı mübarizə və s. üzrə təlim və tədrisi həyata keçirən) təlim mərkəzinin yaradılması
İcra: Nazirlər Kabineti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya – 2013-2014-cü illər

7.3 Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın strukturunun təkmilləşdirilməsi və maddi-texniki təminatı üzrə təkliflərin verilməsi
İcra: Nazirlər Kabineti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya – 2013-2014-cü illər

8. Dövlət qulluqçularının fəaliyyətinin təkmilləşdirilməsi və peşəkarlığının artırılması

Görüləcək işlər və nəticə indikatorları:

8.1 Dövlət qulluğuna qəbulun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsi mexanizmlərinin təkmilləşdirilməsi
İcra: Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya, mərkəzi və yerli icra hakimiyyəti orqanları - 2012-2014-cü illər

8.2 Dövlət qulluqçularının əlavə təhsilini tənzimləyən qaydaların təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanması
İcra: Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya, Təhsil Nazirliyi - 2012-2013-cü illər

8.3 Dövlət orqanlarının nəzdində olan tədris müəssisələri və mərkəzləri tərəfindən korrupsiyaya qarşı mübarizə üzrə təlim modulunun hazırlanması və bu məsələlərlə əlaqədar tədris proqramlarının (etik davranış, maraqlar toqquşması, informasiya azadlığı və s.) təşkili
İcra: mərkəzi icra hakimiyyəti orqanları, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya - 2013-2014-cü illər

8.4 Dövlət qulluqçularının fəaliyyətini qiymətləndirmə qaydalarının qəbul edilməsi, qiymətləndirmə sisteminin xüsusi proqram təminatının yaradılması
İcra: Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya - 2013-2014-cü illər

8.5 Dövlət qulluğunda rotasiya sisteminin tətbiqi ilə bağlı pilot layihələrin hazırlanması və bununla əlaqədar metodiki qaydaların tərtib edilməsi
İcra: mərkəzi icra hakimiyyəti orqanları, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya - 2013-2014-cü illər

8.6 Dövlət qulluqçularının məvaciblərinin mərhələlərlə artırılması, onların sosial təminatının gücləndirilməsi ilə bağlı təkliflərin hazırlanması
İcra: Nazirlər Kabineti, Maliyyə Nazirliyi – 2013-2015-ci illər

9. Maraqlar toqquşmasının qarşısının alınması və maliyyə xarakterli məlumatlar haqqında bəyannamələrin təqdim edilməsi

Görüləcək işlər və nəticə indikatorları:

9.1 Dövlət qulluqçularının və dövlət orqanlarının digər vəzifəli şəxslərinin fəaliyyətində maraqlar toqquşmasının qarşısının alınması ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi üzrə təkliflərin verilməsi
İcra: Nazirlər Kabineti, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya – 2013-cü il

9.2 Maraqlar toqquşmasının qarşısının alınması üzrə treninqlərin təşkili
İcra: Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya, mərkəzi və yerli icra hakimiyyəti orqanları – 2013-2015-ci illər

9.3 Vəzifəli şəxslərin maliyyə xarakterli məlumatları haqqında bəyannamənin elektron formada təqdim edilməsi ilə bağlı təkliflərin hazırlanması
İcra: Nazirlər Kabineti, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya - 2013-cü il

10. Etik davranış qaydalarının təkmilləşdirilməsi

Görüləcək işlər və nəticə indikatorları:

10.1 Dövlət qulluqçuları üçün etik davranış məsələləri üzrə mütəmadi tədris kursları və treninqlərin təşkil edilməsi
İcra: mərkəzi və yerli icra hakimiyyəti orqanları, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya - 2012-2015-ci illər

10.2 Etik davranış məsələləri üzrə illik hesabatların hazırlanması (hesabatlarda aparılmış maarifləndirmə işləri, etik davranış qaydalarının pozulması halları və tətbiq edilmiş intizam tənbehi tədbirləri göstərilməklə), Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyaya təqdim edilməsi və ictimaiyyətə açıqlanması
İcra: mərkəzi və yerli icra hakimiyyəti orqanları, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya - 2012-2015-ci illər

10.3 Etik davranış qaydalarının pozulması ilə bağlı daxil olmuş şikayətlərin effektiv araşdırılması mexanizmlərinin müəyyən edilməsi
İcra: mərkəzi və yerli icra hakimiyyəti orqanları, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya – 2013-2014-cü illər

10.4 Dövlət orqanlarının internet saytlarında etik məsələlər üzrə xüsusi bölmənin yaradılması (qeyri-etik davranış barədə elektron şikayət etmə mexanizmi, etik qaydalar, etik hesabatlar və s.)
İcra: mərkəzi və yerli icra hakimiyyəti orqanları - 2013-cü il

10.5 Etik davranış üzrə tədrisin və treninqlərin təşkili ilə əlaqədar tədris modulunun və minimum şərtlərin müəyyən edilməsi
İcra: Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya - 2013-cü il

11. Bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi

Görüləcək işlər və nəticə indikatorları:

11.1 Bələdiyyələrin aparatlarında qulluğa qəbulun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsi ilə bağlı təkliflərin hazırlanması
İcra: bələdiyyələr, Ədliyyə Nazirliyi - 2013-cü il

11.2 Bələdiyyə qulluqçuları üçün korrupsiyaya qarşı mübarizə məsələləri üzrə tədris kurslarının, treninqlərin və seminarların təşkili
İcra: bələdiyyələr, Ədliyyə Nazirliyi – mütəmadi

11.3 Bələdiyyə qulluqçularının etik davranış qaydalarının hazırlanması
İcra: bələdiyyələr, Ədliyyə Nazirliyi - 2013-cü il

12. Sahibkarlıq fəaliyyəti üçün əlverişli mühitin təkmilləşdirilməsi

Görüləcək işlər və nəticə indikatorları:

12.1 Sahibkarların dövlət orqanları ilə münasibətlərində qarşılaşdıqları problemlərin öyrənilməsi və onların həlli üçün tədbirlərin müəyyən edilməsi
İcra: İqtisadi İnkişaf Nazirliyi – mütəmadi

12.2 Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin inkişaf etdirilməsi, o cümlədən reyestrə informasiya ötürülməsinin avtomatlaşdırılması
İcra: Ədliyyə Nazirliyi, Maliyyə Nazirliyi – 2013-2014-cü illər

12.3 Sahibkarlıq sahəsində qanunsuz yoxlamalar barədə məlumatların qəbul edilməsi üçün elektron portalın və telefon xidmətinin təkmilləşdirilməsi
İcra: Ədliyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi – 2013-cü il

12.4 Qanunsuz yoxlama keçirilməsi, yoxlamaların təyin edilməsi, keçirilməsi və nəticələrinə əsasən tədbirlər görülməsi sahəsində yoxlayıcıların və yoxlayıcı orqanların məsuliyyətinin müəyyənləşdirilməsi üzrə təkliflərin hazırlanması
İcra: Ədliyyə Nazirliyi – 2013-cü il

12.5 Sahibkarlıq sahəsində aparılan yoxlamalarla bağlı risk qiymətləndirilməsi sisteminin yaradılması və yoxlamaların risklərin idarə edilməsi əsasında təyin edilməsi
İcra: dövlət tənzimləməsini və nəzarətini həyata keçirən dövlət orqanları - mütəmadi

12.6 Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında qanun layihəsinin hazırlanmasının sürətləndirilməsi
İcra: Azərbaycan Respublikası Prezidentinin Administrasiyası -2012-ci il

12.7 Bütün sahələrdə nağd hesablaşmaların həcminin azaldılması, nağdsız hesablaşmaların həcminin artırılması üçün tədbirlər görülməsi
İcra: Nazirlər Kabineti, Vergilər Nazirliyi, Mərkəzi Bank – 2013-2014-cü illər

13. Audit xidmətlərinin təkmilləşdirilməsi

Görüləcək işlər və nəticə indikatorları:

13.1 Müstəqil audit sahəsində beynəlxalq standartların tətbiqi ilə əlaqədar tədbirlərin davam etdirilməsi
İcra: Auditorlar Palatası – mütəmadi

13.2 Beynəlxalq təcrübə nəzərə alınmaqla Auditor xidmətinin inkişaf konsepsiyasının (2012-2020-ci illər) layihəsinin hazırlanması
İcra: Auditorlar Palatası - 2013-cü il

13.3 Məcburi auditdən yayınmaya görə inzibati məsuliyyətin tətbiqi ilə bağlı mexanizmlərin müəyyən edilməsi üçün tədbirlər görülməsi
İcra: Vergilər Nazirliyi, Auditorlar Palatası – 2013-cü il

13.4 Daxili audit haqqında qanunvericiliyin təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanması
İcra: Nazirlər Kabineti, Maliyyə Nazirliyi, Hesablama Palatası, Auditorlar Palatası – 2013-cü il

14. Dövlət sаtınаlmаlаrının təkmilləşdirilməsi və şəffaflığın artırılması

Görüləcək işlər və nəticə indikatorları:

14.1 Elеktrоn dövlət sаtınаlmаlаrının tətbiq edilməsi
İcra: Satınalmalar üzrə Dövlət Agentliyi, mərkəzi və yerli icra hakimiyyəti orqanları - 2013-cü il

14.2 Dövlət satınalma müqavilələrinin icrasına, o cümlədən həmin müqavilələr üzrə ödənişlərə nəzarətin təkmilləşdirilməsi
İcra: Satınalmalar üzrə Dövlət Agentliyi, Maliyyə Nazirliyi, Hesablama Palatası – 2013-2014-cü illər

14.3 Dövlət sаtınаlmаlаrı üzrə keçirilən müsabiqələrdə və satınalma müqavilələrinin icrasında qanun pоzuntulаrınа yоl vеrmiş hüquqi və fiziki şəхslərin gələcəkdə dövlət sаtınаlmаlаrındаiştirаkını məhdudlаşdırаn mехаnizmin yaradılması
İcra: Satınalmalar üzrə Dövlət Agentliyi, mərkəzi icra hakimiyyəti orqanları - 2013-2014-cü illər

14.4 Dövlət sаtınаlmаlаrı üzrə keçirilən müsabiqələrdə iştirak edən iddiaçıların hüquqlarını qorumaq məqsədi ilə şikayətlərə təхirə sаlınmаdаn bахılmаsı üçün müvafiq tədbirlər görülməsi
İcra: Satınalmalar üzrə Dövlət Agentliyi, mərkəzi və yerli icra hakimiyyəti orqanları – mütəmadi

14.5 Dövlət satınalmalarında aşkar edilən korrupsiya halları barədə hüquq mühafizə orqanlarının məlumatlandırılması
İcra: Satınalmalar üzrə Dövlət Agentliyi, mərkəzi və yerli icra hakimiyyəti orqanları – mütəmadi

14.6 Dövlət satınalmalarının həyata keçirilməsi zamanı ehtimal olunan qiymətlərin müəyyən edilməsi metodologiyasının hazırlanması
İcra: Satınalmalar üzrə Dövlət Agentliyi, mərkəzi və yerli icra hakimiyyəti orqanları - 2013-2014-cü illər

14.7 Satınalan təşkilatlar tərəfindən növbəti il üçün satınalma planlarının hazırlanaraq Satınalmalar üzrə Dövlət Agentliyinin internet səhifəsində yerləşdirilməsi
İcra: Satınalmalar üzrə Dövlət Agentliyi, mərkəzi və yerli icra hakimiyyəti orqanları – 2013-cü il

14.8 Dövlət satınalma prosedurları nəticəsində bağlanan satınalma müqavilələrinin vahid reyestrinin yaradılması və həmin reyestrin Satınalmalar üzrə Dövlət Agentliyinin internet səhifəsində yerləşdirilməsi
İcra: Satınalmalar üzrə Dövlət Agentliyi, mərkəzi və yerli icra hakimiyyəti orqanları –2013-cü il

15. Daşınmaz əmlakın dövlət reyestrinin aparılması sahəsində şəffaflığın artırılması

Görüləcək işlər və nəticə indikatorları:

15.1 Daşınmaz əmlaka dair hüquqların qeydiyyatı üçün qaydaların sadələşdirilməsinə dair təkliflərin hazırlanması
İcra: Nazirlər Kabineti, Əmlak Məsələləri Dövlət Komitəsi – 2013-cü il

15.2 Daşınmaz əmlakın dövlət reyestrindən məlumatların və sənədlərin elektron xidmət vasitəsilə əldə olunmasının təmin edilməsi
İcra: Əmlak Məsələləri Dövlət Komitəsi – 2013-cü il

15.3 Daşınmaz əmlakın qeydiyyatı orqanları ilə notariuslar arasında məlumat mübadiləsinin təkmilləşdirilməsi
İcra: Əmlak Məsələləri Dövlət Komitəsi, Ədliyyə Nazirliyi – 2013-cü il

15.4 Daşınmaz əmlakın dövlət reyestri ilə digər informasiya sistemləri (məlumat bazaları, məlumat-axtarış bazaları, reyestrlər və s.) arasında mübadilə imkanlarının genişləndirilməsi və informasiya mötəbərliyinin təmin edilməsi
İcra: Əmlak Məsələləri Dövlət Komitəsi, aidiyyəti dövlət orqanları – 2013-2014-cü illər

16. Lisenziya və icazə vermə, sertifikatlaşdırma işinin təkmilləşdirilməsi

Görüləcək işlər və nəticə indikatorları:

16.1 Lisenziyaların və icazələrin verilməsi şərtlərinin və müddətlərinin sadələşdirilməsinə dair təkliflərin təqdim edilməsi
İcra: Nazirlər Kabineti – 2012-ci il

16.2 Lisenziya və icazələrin verilməsi ilə əlaqədar elektron xidmətlərin təşkil olunması
İcra: aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanları – 2013-2014-cü illər

16.3 Avropa İttifaqı və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) üzvü olan ölkələrdə uyğunluq və keyfiyyət sertifikatı almış məhsulların Azərbaycana idxalı zamanı onların yenidən sertifikatlaşdırılması üzrə tələblərin ləğv edilməsinə və ya yüngülləşdirilməsinə dair təkliflərin verilməsi
İcra: Nazirlər Kabineti, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi – 2013-cü il

16.4 “İcazələrin elektron informasiya portalı”nın fəaliyyətinin təmin və təşviq edilməsi, yeni qəbul olunmuş icazə xarakterli sənədlər barədə məlumatların və qanunvericilik aktlarının layihələrinin portala daxil edilməsi
İcra: İqtisadi İnkişaf Nazirliyi, dövlət tənzimlənməsini və nəzarətini həyata keçirən dövlət orqanları – 2013-cü il

17. Vergi nəzarəti və yoxlamalarının səmərəliliyinin artırılması

Görüləcək işlər və nəticə indikatorları:

17.1 Vergi auditinin seçim prosesinin avtomatlaşdırılması və seçim standartlarının hazırlanması
İcra: Vergilər Nazirliyi - 2013-2014-cü illər

17.2 Kameral və səyyar vergi yoxlamalarının həyata keçirilməsi üçün standart göstəricilər sisteminin və proqram təminatının işlənib hazırlanması
İcra: Vergilər Nazirliyi - 2013-2014-cü illər

17.3 Vergi ödəyicilərinin zəruri məlumatla təmin edilməsinin və vergi ödəyiciləri arasında təbliğat işinin təkmilləşdirilməsi
İcra: Vergilər Nazirliyi - 2012-2013-cü illər

17.4 Vergi Məcəlləsi üzrə korrupsiyaya şərait yaradan hallar üzrə risk təhlilinin aparılması
İcra: Vergilər Nazirliyi - 2013-2014-cü illər

17.5 Vergi bəyannamələrinin təqdim edilmə dövriliyinin azaldılması ilə bağlı təkliflərin verilməsi
İcra: Vergilər Nazirliyi - 2013-cü il

18. Özəlləşdirmə prosesində şəffaflığın artırılması

Görüləcək işlər və nəticə indikatorları:

18.1 Hərracların təşkili zamanı elektron idarəetmə sisteminin tətbiq edilməsi
İcra: Əmlak Məsələləri Dövlət Komitəsi – 2013-cü il

18.2 Vətəndaşların real vaxt rejimində hərraclarda qeydiyyatdan keçməsinin təmin edilməsi
İcra: Əmlak Məsələləri Dövlət Komitəsi – 2013-2014-cü illər

19. Gömrük tarif və rüsumlarının toplanması prosesinin təkmilləşdirilməsi

Görüləcək işlər və nəticə indikatorları:

19.1 Gömrük rüsum və tarifləri barədə məlumatların internet informasiya ehtiyatlarında yerləşdirilməsi
İcra: Dövlət Gömrük Komitəsi – mütəmadi

19.2 Gömrük ödənişlərində nağdsız ödəniş sisteminə keçilməsinin təmin edilməsi
İcra: Dövlət Gömrük Komitəsi – 2012-2013-cü illər

19.3 Gömrük orqanlarının qərarlarından verilən şikayətlərə baxılması işinin təkmilləşdirilməsi
İcra: Dövlət Gömrük Komitəsi – 2012- 2013-cü illər

19.4 Gömrük sərhədində mal dövriyyəsinin sürətləndirilməsi və sahibkarlıq subyektləri üçün əlverişli şərait yaradılması
İcra: Dövlət Gömrük Komitəsi – 2013-cü il

20. Şəhərsalma və tikinti qanunvericiliyinin və bu sahədə inzibati idarəçiliyin təkmilləşdirilməsi

Görüləcək işlər və nəticə indikatorları:

20.1 Tikintiyə icazə, tikintiyə nəzarət və tikintinin istismarına icazə ilə bağlı səmərəli inzibati idarəçiliyin yaradılması, bu sahədə “bir pəncərə” sisteminin tətbiqi ilə bağlı təkliflərin verilməsi
İcra: Nazirlər Kabineti - 2013-cü il

20.2 Şəhərsalma və tikinti fəaliyyətində şəffaflığın və ictimaiyyətin iştirakının təmin edilməsi
İcra: Arxitektura və Şəhərsalma Komitəsi, Fövqəladə Hallar Nazirliyi, yerli icra hakimiyyəti orqanları, bələdiyyələr - 2013-2014-cü illər

20.3 Şəhərsalma və Tikinti Məcəlləsinin tələbləri barədə vətəndaşların maarifləndirilməsi üzrə tədbirlərin həyata keçirilməsi
İcra: Arxitektura və Şəhərsalma Komitəsi, Fövqəladə Hallar Nazirliyi, yerli icra hakimiyyəti orqanları, bələdiyyələr - 2013-2014-cü illər

20.4 Şəhərsalma və tikinti fəaliyyəti sahəsində elektron hökumət prinsiplərinin tətbiqi ilə bağlı təkliflərin verilməsi
İcra: Nazirlər Kabineti - 2013-cü il

21. Təhsil müəssisələrində idarəetmə mexanizminin təkmilləşdirilməsi

Görüləcək işlər və nəticə indikatorları:

21.1 Təhsil müəssisələrində imtahan prosesində şəffaflığın artırılması
İcra: Təhsil Nazirliyi, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası – 2012-2013-cü illər

21.2 Ali təhsil müəssisələrində şikayətlərə baxılmasının səmərəliliyinin artırılması
İcra: Təhsil Nazirliyi – 2012-2013-cü illər

21.3 Müəllimlərin etik davranış qaydalarının qəbul edilməsi
İcra: Təhsil Nazirliyi – 2012-2013-cü illər

21.4 Vakant müəllim yerləri barədə məlumatların Təhsil Nazirliyinin rəsmi internet səhifəsində və mətbu orqanında dərc edilməsi
İcra: Təhsil Nazirliyi - mütəmadi

21.5 Vakant elan edilmiş yerlərə müəllimlərin işə götürülməsi üçün mərkəzləşdirilmiş və şəffaf əsaslarla imtahanların keçirilməsi
İcra: Təhsil Nazirliyi – mütəmadi

21.6 Müəllimlərin müsabiqədənkənar işə qəbulu ilə əlaqədar məsuliyyətin müəyyən edilməsi üzrə təkliflərin verilməsi
İcra: Nazirlər Kabineti, Təhsil Nazirliyi – 2013-cü il

21.7 Müəllimlərin əməkhaqlarının artırılmasına və sosial təminatının gücləndirilməsinə dair təkliflərin təqdim edilməsi
İcra: Nazirlər Kabineti, Təhsil Nazirliyi – 2012-2015-ci illər

22. Səhiyyə sahəsində idarəetmə mexanizminin təkmilləşdirilməsi

Görüləcək işlər və nəticə indikatorları:

22.1 Səhiyyə sistemində icbari tibbi sığorta sisteminin tətbiqi ilə əlaqədar tədbirlərin sürətləndirilməsi
İcra: Nazirlər Kabineti, Səhiyyə Nazirliyi – 2013-2014-cü illər

22.2 Həkimlərin etik davranış kodeksinin təşviqatı üzrə treninq və təlimlərin keçirilməsi
İcra: Səhiyyə Nazirliyi – 2013-2014-cü illər

22.3 Vakant həkim yerləri barədə məlumatların Səhiyyə Nazirliyinin rəsmi internet səhifəsində və mətbu orqanında dərc edilməsi
İcra: Səhiyyə Nazirliyi – mütəmadi

22.4 Vakant elan edilmiş yerlərə həkimlərin mərkəzləşdirilmiş qaydada və şəffaf əsaslarla test və müsahibə üsulu ilə işə götürülməsinin təmin edilməsi
İcra: Səhiyyə Nazirliyi – mütəmadi

22.5 Həkimlərin müsabiqədənkənar işə qəbulu ilə əlaqədar məsuliyyətin müəyyən edilməsi üzrə təkliflər verilməsi
İcra: Nazirlər Kabineti, Səhiyyə Nazirliyi – 2013-cü il

22.6 Həkimlərin əməkhaqlarının artırılmasına və sosial təminatının gücləndirilməsinə dair təkliflərin təqdim edilməsi
İcra: Nazirlər Kabineti, Səhiyyə Nazirliyi – 2012-2015-ci illər

23. Dövlət müəssisələrində korporativ idarəetmə prinsiplərinin tətbiqinin təkmilləşdirilməsi

Görüləcək işlər və nəticə indikatorları:

23.1 Korporativ idarəetmə prinsiplərinin dövlət müəssisələrində tətbiqi sahələrinin araşdırılması və bununla bağlı təlimlərin keçirilməsi
İcra: İqtisadi İnkişaf Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, dövlət müəssisələri – 2013-2014-cü illər

23.2 Dövlət müəssisələrinə dövlət büdcəsindən ayrılan vəsaitdən, o cümlədən maliyyə yardımlarından səmərəli istifadə ilə bağlı təkliflərin hazırlanması
İcra: İqtisadi İnkişaf Nazirliyi, Maliyyə Nazirliyi, dövlət müəssisələri – 2013-2014-cü illər

23.3 Dövlət müəssisələrinin öz fəaliyyəti barədə illik məruzələr tərtib etməsi və ictimaiyyətə açıqlaması
İcra: dövlət müəssisələri – 2013-2015-ci illər

24. Kommunal xidmətlərin təkmilləşdirilməsi

Görüləcək işlər və nəticə indikatorları:

24.1 Elektrik enerjisinin, təbii qazın və suyun istehlakı və haqqının ödənilməsi sahəsində smart kart tipli sayğacların quraşdırılması prosesinin başa çatdırılması
İcra: “Azərenerji” ASC, “Bakıelektrikşəbəkə” ASC, Dövlət Neft Şirkəti, “Azərsu” ASC – 2013-2014-cü illər

24.2 Elektrik enerjisi, təbii qaz və su istehlakının və buna haqq ödənilməsinin qeydiyyatının aparılmasında avtomatlaşdırılmış mərkəzi kompyuter sisteminin tətbiqinin başa çatdırılması
İcra: “Azərenerji” ASC, “Bakıelektrikşəbəkə” ASC, Dövlət Neft Şirkəti, “Azərsu” ASC – 2013-2014-cü illər

24.3 Hündürmərtəbəli yeni yaşayış binalarının qazla təminatı ilə əlaqədar məsələlərin həll edilməsi
İcra: Bakı Şəhər İcra Hakimiyyəti, Fövqəladə Hallar Nazirliyi, Dövlət Neft Şirkəti – 2013-2014-cü illər

24.4 Mənzil-kommunal təsərrüfatı sahəsində islahatların aparılması, o cümlədən bu sahədə göstərilən xidmətlərin normativ və tariflərinin optimallaşdırılması
İcra: Nazirlər Kabineti, İqtisadi İnkişaf Nazirliyi, Tarif (qiymət) Şurası - 2013-2014-cü illər

25. Əmək və sosial təminat sahəsində idarəetmə mexanizminin təkmilləşdirilməsi

Görüləcək işlər və nəticə indikatorları:

25.1 Qeyri-formal məşğulluğun qarşısının alınması və “kölgə iqtisadiyyatına” cəlb olunmuş işçilərin sosial hüquqlarının təmin edilməsi məqsədi ilə onların əmək fəaliyyətinin leqallaşdırılması üzrə tədbirlər görülməsi
İcra: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Miqrasiya Xidməti – 2013-2014-cü illər

25.2 Sosial yardım proqramları, sosial xidmətlər göstərilməsi, sosial və işsizlik müavinətləri üzrə daxil olan şikayətlərə baxılması işinin təkmilləşdirilməsi
İcra: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi – 2012-2013-cü illər

25.3 Əmək və sosial təminat sahəsində işçilərin peşəkarlığının artırılmasına və etik davranış qaydalarına dair təlimlərin keçirilməsi
İcra: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi – 2013-2014-cü illər

25.4 Əlilliyin müəyyən edilməsi meyarlarının beynəlxalq standartlara uyğunlaşdırılması üçün müvafiq tədbirlər görülməsi
İcra: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi – 2012-2013-cü illər

25.5 Ünvanlı sosial yardım təyin edilməsi üçün zəruri olan sənədlər dairəsinin azaldılması və sənədlərin təqdim edilməsi prosedurunun sadələşdirilməsi üzrə təkliflərin verilməsi
İcra: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi – 2012-2013-cü illər

25.6 Sosial xidmət müəssisələrinin idarəetmə mexanizminin təkmilləşdirilməsi
İcra: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi - 2012-2013-cü illər

25.7 Sosial xidmət sahəsində dövlət sifarişlərinin ixtisaslaşdırılmış müəssisə və təşkilatlara verilməsi mexanizminin yaradılmasına dair təkliflərin verilməsi
İcra: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi - 2012-2013-cü illər

26. Korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi

Görüləcək işlər və nəticə indikatorları :

26.1 Korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq və regional təşkilatlarla qarşılıqlı fəaliyyət, müxtəlif beynəlxalq proqram və layihələrdə iştirak, habelə bu sahədə ixtisaslaşmış beynəlxalq təşkilatlarla və xarici ölkələrin müvafiq orqanları ilə qarşılıqlı əməkdaşlığın davam etdirilməsi
İcra: Nazirlər Kabineti, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya, mərkəzi və yerli icra hakimiyyəti orqanları, Baş Prokurorluq, Məhkəmə-Hüquq Şurası, İnsan hüquqları üzrə Müvəkkil (Ombudsman) - 2012-2015-ci illər

26.2 Birləşmiş Millətlər Təşkilatı, Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupu (GRECO) və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) İstanbul Anti-Korrupsiya Fəaliyyət Planı çərçivəsində Azərbaycan Respublikasına verilmiş tövsiyələrin icrası istiqamətində zəruri tədbirlərin davam etdirilməsi
İcra: Nazirlər Kabineti, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya, mərkəzi və yerli icra hakimiyyəti orqanları, Baş Prokurorluq, Məhkəmə-Hüquq Şurası, İnsan hüquqları üzrə Müvəkkil (Ombudsman) - 2012-2015-ci illər

26.3 Beynəlxalq Anti-Korrupsiya Akademiyası ilə əməkdaşlığın genişləndirilməsi, birgə təhsil və tədris layihələrinin həyata keçirilməsi
İcra: Vergilər Nazirliyi, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya – 2013-2015-ci illər

27. Korrupsiyaya qarşı mübarizə sahəsində vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın inkişaf etdirilməsi

Görüləcək işlər və nəticə indikatorları:

27.1 Fəaliyyət planında nəzərdə tutulan tədbirlərin icrasına vətəndaş cəmiyyəti institutlarının cəlb edilməsi
İcra: Nazirlər Kabineti, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya, mərkəzi və yerli icra hakimiyyəti orqanları, Baş Prokurorluq, Məhkəmə-Hüquq Şurası, İnsan hüquqları üzrə Müvəkkil (Ombudsman) –2012-2015-ci illər

27.2 Fəaliyyət planında nəzərdə tutulan tədbirlərin icrası üçün vətəndaş cəmiyyəti institutlarına maliyyə dəstəyi və birgə layihələrin həyata keçirilməsi
İcra: Nazirlər Kabineti, Korrupsiyaya qarşı mübarizə üzrə Kоmissiya, mərkəzi və yerli icra hakimiyyəti orqanları, Baş Prokurorluq, Məhkəmə-Hüquq Şurası, İnsan hüquqları üzrə Müvəkkil (Ombudsman), Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası – 2012-2015-ci illər

28. Korrupsiyaya qarşı mübarizə ilə bağlı maarifləndirmə

Görüləcək işlər və nəticə indikatorları:

28.1 Fəaliyyət planının icrası üzrə tədbirlərin yerinə yetirilməsi vəziyyətinin hər il üzrə dəyərləndirilməsi və ictimaiyyətə açıqlanması
İcra: Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya - 2012-2015-ci illər

28.2 Dövlət orqanları tərəfindən öz fəaliyyətlərində korrupsiyaya qarşı mübarizə ilə əlaqədar televiziya və radio proqramlarında xüsusi verilişlərin və debatların təşkil edilməsi
İcra: mərkəzi və yerli icra hakimiyyəti orqanları - mütəmadi

28.3 Dövlət orqanlarına ictimai etimadın artırılması məqsədi ilə onların fəaliyyəti ilə bağlı təbliğat işinin təşkil edilməsi
İcra: mərkəzi və yerli icra hakimiyyəti orqanları - mütəmadi

28.4 Ali və orta ixtisas məktəblərinin, ixtisasartırma və tədris mərkəzlərinin proqramlarında korrupsiya ilə mübarizə haqqında tədris kurslarının nəzərdə tutulması
İcra: Təhsil Nazirliyi - mütəmadi

28.5 Orta məktəb şagirdləri arasında korrupsiyaya qarşı mübarizə mövzusunda inşa və rəsm müsabiqələrinin, digər intellektual müsabiqələrin təşkili
İcra: Təhsil Nazirliyi - mütəmadi

28.6 Korrupsiyaya qarşı mübarizə sahəsində bukletlərin, yaddaş kitabçalarının və digər maarifləndirici materialların nəşri və əhali arasında paylanması
İcra: Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya, Baş Prokurorluq, mərkəzi və yerli icra hakimiyyəti orqanları - mütəmadi

 

 

Keçidlər