Şriftin ölçüsü :

Saytın rəngi :

Görülmüş işlər

  

Cəbrayıl Rayon İcra Hakimiyyəti tərəfindən

“Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair

2019-2025-ci illər üçün Strategiya”nın 2019-2022-ci illərdə icrası üzrə Fəaliyyət Planı”nın

8.10.1-ci yarımbəndinin icra vəziyyəti haqqında

HESABAT

 

Tədbir

Tədbirin icrası üzrə fəaliyyət

Tədbirin keçirilmə tarixi

Tədbirin keçirilmə yeri

İştirakçıların sayı

Qeyd

Dövlət qulluqçularının etik davranışı mövzusunda seminar və təlimlər keçirilməsi

Cəbrayıl Rayon İcra Hakimiyyəti başçısının aparatında və inzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə çalışan dövlət qulluqçularına  “Dövlət qulluqçularının vətəndaşlarla ünsiyyət və xidmət etikası” mövzusunda təlim keçirilmişdir.

12.03.2025

Cəbrayıl Rayon İcra

Hakimiyyətinin inzibati binası

67 nəfər iştirak etmişdir, onlardan 25 nəfər rəhbər, 42 nəfər icraçı vəzifəlidir.

 

Dövlət İmtahan Mərkəzi tərəfindən   “Vaxtın idarə edilməsi və effektiv planlama” mövzusunda keçirilən təlimdə Cəbrayıl Rayon İcra Hakimiyyəti başçısının aparatında və inzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə çalışan dövlət qulluqçuları iştirak etmişdir.

08.04.2025

Biləsuvar rayon Heydər Əliyev Mərkəzi

8 nəfər iştirak etmişdir, onlardan 2 nəfər rəhbər, 6 nəfər icraçı vəzifəlidir.

 

 

Dövlət İmtahan Mərkəzi tərəfindən   “Dövlət müəssisələrində səmərəli ünsiyyət və komanda işi: qarşılıqlı əlaqənin təkmilləşdirilməsi üçün psixoloji vasitələr” mövzusunda keçirilən təlimdə Cəbrayıl Rayon İcra Hakimiyyəti başçısının aparatında və inzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə çalışan dövlət qulluqçuları iştirak etmişdir.

09.04.2025

Biləsuvar rayon Heydər Əliyev Mərkəzi

7 nəfər iştirak etmişdir, onlardan 4 nəfər rəhbər, 3 nəfər icraçı vəzifəlidir.

 

 

Dövlət İmtahan Mərkəzi tərəfindən   “Dövlət qulluğunda inzibati vəzifələrin tutulması” mövzusunda keçirilən təlimdə Cəbrayıl Rayon İcra Hakimiyyəti başçısının aparatında və inzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə çalışan dövlət qulluqçuları iştirak etmişdir.

11.04.2025

Biləsuvar rayon Heydər Əliyev Mərkəzi

5 nəfər rəhbər vəzifəli dövlət qulluqçusu iştirak etmişdir.

 

 

Cəbrayıl Rayon İcra Hakimiyyəti başçısının aparatında və inzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə çalışan dövlət qulluqçularına  “Dövlət qulluqçularının xidmət intizamı və iş yerində dəvranışı” mövzusunda seminar keçirilmişdir.

16.10.2025

Cəbrayıl Rayon İcra

Hakimiyyətinin inzibati binası

52 nəfər iştirak etmişdir, onlardan 21 nəfər rəhbər, 31 nəfər icraçı vəzifəlidir.

 

 

 

      Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 23 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019–2025-ci illər üçün Strategiya”nın 2019–2021-ci illər üzrə Fəaliyyət Planının icrası Cəbrayıl Rayon İcra Hakimiyyəti tərəfindən daim diqqətdə saxlanılır. Rayon icra hakimiyyətinin aparatında və inzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə çalışan dövlət qulluqçularının xidməti fəaliyyətlərinin qiymətləndirilməsi zamanı onların peşəkar fəaliyyət göstəriciləri ilə yanaşı etik davranış qaydalarına əməl etmələri də nəzərə alınır.
    Fəaliyyət Planının 8.10.1-ci yarımbəndinə əsasən, 2025-ci ildə Cəbrayıl Rayon İcra Hakimiyyəti aparatında və inzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə çalışan dövlət qulluqçuları üçün etik davranış qaydalarına dair “Dövlət qulluqçularının xidmət intizamı və iş yerində davranışı” mövzusunda seminar və “Dövlət qulluqçularının vətəndaşlarla ünsiyyət və xidmət etikası” mövzularında təlimlər keçirilmişdir. Eyni zamanda, Dövlət İmtahan Mərkəzi tərəfindən cari ilin aprel ayında Biləsuvar rayonunda Heydər Əliyev Mərkəzində təşkil olunmuş təlimlərdə əməkdaşların iştirakı təmin edilmiş, dövlət qulluqçusundan tələb olunan etik davranış normaları barədə onlara ətraflı məlumatlar verilmişdir. Etik davranış məsələləri ilə bağlı hazırlanmış hesabatın ictimaiyyətə açıqlanması məqsədilə Cəbrayıl Rayon İcra Hakimiyyətinin rəsmi internet saytında yerləşdirilməsi təmin edilmişdir.
    Həmçinin cari ildə Cəbrayıl Rayon İcra Hakimiyyəti başçısının aparatı və inzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə çalışan dövlət qulluqçuları tərəfindən etik davranış qaydalarının pozulması halları müşahidə olunmamış, bu səbəbdən intizam tənbeh tədbirləri tətbiq edilməmişdir.



 

 

 

Keçidlər