Böyük qayıdış
İşğal nəticəsində kənd tamamilə dağıdılmışdır
23 avqust 1993-cü ildə Cəbrayıl rayonu, eyni zamanda Cocuq Mərcanlı kəndi erməni silahlı qüvvələri tərəfindən işğal edildi.
Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə 1994-cü ildə həyata keçirilmiş “Horadiz” əməliyyatı zamanı Füzuli rayonunun bir neçə yaşayış məntəqəsi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi işğaldan azad olunaraq Azərbaycan ordusunun nəzarətinə keçdi.
Cəmi bir neçə ay işğal altında qalmasına baxmayaq erməni vandalları kənddəki yaşayış evlərini və digər sosial obyektləri tamamilə dağıdaraq yarasız hala salmışdır.