Şriftin ölçüsü :

Saytın rəngi :

Böyük qayıdışın başlanğıcı

      Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə 1994-cü ildə həyata keçirilmiş “Horadiz” əməliyyatı zamanı Füzuli rayonunun 20 dən çox yaşayış məntəqəsi   ilə yanaşı, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi də işğaldan azad edilmişdir. Lakin “Lələ Təpə” yüksəkliyi erməni işğalçılarının nəzarətində olması kənd sakinlərinin ora qayıtmasını mümkünsüz edirdi. 2016-cı  ilin aprel ayında Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum hərbi əməliyyatı nəticəsində “Lələ Təpə” yüksəkliyi erməni işğalından azad edilmiş və kənddə insanların təhlükəsiz yaşaması mümkün olmuşdur.
     Bununla da, tarixən burada yaşamış dinc əhalinin öz doğma yurdlarına qayıtması üçün   Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarətinə keçmiş həmin ərazilərdə əsaslı yenidənqurma işlərinin başlanmasına şərait yaranmışdır.
                   
     24 yanvar 2017-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev  Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı Sərəncam imzalamış, Sərəncama əsasən  kəndin ərazisi minalardan təmizlənərək ilkin mərhələdə kənddə   50 fərdi yaşayış evinin, məktəb binasının və digər müvafiq infrastrukturun tikintisinə başlanılmışdır.

 

 

Tikinti işləri qısa zaman ərzində başa çatdırılmış, 14 iyun 2017-ci il tatixində Cənab Prezident Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndinin bərpadan sonra açılışında iştirak etmişdir.
Kəndində 50 yaşayış evi,  96 şagird yerlik məktəb, məscid, 35/10kv-luq elektrik yarımstansiyası, hidrometereoloji stansiya, “Azəravtoyol” ASC-nin 13 saylı Xüsusi təyinatlı yol istismar müəssisəsi və digər müvafiq infrastruktur yaradılmiş, hər bir ev üçün 10 sot həyətyanı sahə ayrılmışdır.

 Cocuq Mərcanlı kəndinə ilkin mərhələdə 50 ailənin köçürülməsinə başlanmış və köçürmə qısa müddətdə başa çatmışdır. Ölkə başçısının “Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində bərpa işlərinin davam etdirilməsi ilə bağlı tədbirlər haqqında” 15 iyun 2017-ci il tarixli Sərəncamına uyğun olaraq isə ikinci mərhələdə kənddə 100 yaşayış evinin, uşaq bağçasının, həkim məntəqəsinin və digər zəruri sosial və infrastruktur obyektlərinin tikintisinə başlanmışdır.   

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində bərpa işlərinin davam etdirilməsi ilə bağlı tədbirlər haqqında” 2017-ci il 15 iyun tarixli 2985 nömrəli Sərəncamına uyğun olaraq ikinci mərhələ üzrə tikinti-bərpa işlərinə başlanılmış və sürətlə davam etdirilir.

İkinci mərhələdə kənddə 100 yaşayış evi, tibb məntəqəsi, 50 yerlik uşaq bağçası, klub-icma mərkəzi, ərazi nümayəndəliyi üçün inzibati bina, poçt şöbəsi və 10/04 kv-luq Kompleks Transformator məntəqəsi tikilir.

 

 

Keçidlər