Şriftin ölçüsü :

Saytın rəngi :

İcra hakimiyyətinin başçısı

Həsənov Kamal İltifat oğlu

Həsənov Kamal İltifat oğlu 02 oktyabr 1957-ci ildə Cəbrayıl şəhərində anadan olmuş, 1978- ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirərək, İqtisadçı ixtisasına yiyələnmişdir.
1978–ci ildən “Azərrabitətikinti” trestinin 6 nömrəli Səyyar Mexanikləşdirilmiş Dəstəsində İqtisadçı kimi əmək fəaliyyətinə başlamışdır. 1978-1980-ci illərdə hərbi xidmətdə olmuş, 1980-1981-ci illərdə Cəbrayıl rayon Aqrar İstehsalat Birliyində təftişçi-mühasib, 1981-1989-cu illərdə Azərbaycan LKGİ Cəbrayıl rayon Komitəsində təlimatçı, şöbə müdiri, 1989-1991-ci illərdə Cəbrayıl rayon XDS İcraiyyə Komitəsində Sosial-hüquq şöbəsinin müdiri, 1991-1993-cü illərdə Cəbrayıl rayon İcra hakimiyyəti başçısı aparatında baş məsləhətçi, 1993-1996-cı illərdə “Çinar” Kommersiya bankında İdarə heyətinin sədr müavini, Sədr, Şuranın məsul katibi, 1996-cı ildən 18.04.2016-cı il tarixədək isə Azərbaycan Respublikasının Mərkəzi Bankında Baş müfəttiş, şöbə müdiri vəzifəsində işləmişdir.
Azərbaycan Respublikası Prezidentinin 18 aprel 2016- cı il tarixli Sərəncamı ilə Cəbrayıl  rayon İcra Hakimiyyətinin Başçısı vəzifəsinə təyin olunmuşdur.

Keçidlər