Şriftin ölçüsü :

Saytın rəngi :

Apellyasiya Şurasının yaradılması haqqında Cəbrayıl rayon İcra hakimiyyəti başçısının sərəncamı

 

   Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  2016-cı il 03 fevral tarixli Fərmanına əsasən Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuraları yaradılmış və həmin Fərmanın 3-cü bəndi ilə “Yerli icra hakimiyyəti orqanlarının Apellyasiya Şuraları haqqında Nümunəvi Əsasnamə” təsdiq edilmişdir. “Yerli icra hakimiyyəti orqanlarının Apellyasiya Şurası” sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslər tərəfindən özlərinin sahibkarlıq fəaliyyəti ilə bağlı yerli İcra Hakimiyyəti orqanının sərəncamından, əmrindən, hərəkət və ya hərəkətsizliyindən verilmiş şikayətlərə baxan və ictimai əsaslarla (ödənişsiz əsaslarla) fəaliyyət göstərən kollegial orqandır.
"Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 03 fevral 2016-cı il tarixli Fərmanını əsas tutaraq

                                                                                         Qərara alıram:

        1. Cəbrayıl rayon İcra Hakimiyyəti yanında Apellyasiya Şurası yaradılsın.
        2. Cəbrayıl rayon İcra Hakimiyyəti yanında Apelyasiya Şurası aşağıdakı tərkibdə təsdiq edilsin:

        Şuranın sədri
        Tapdıq Nəsirov        – Başçının müavini - Sosial-iqtisadi inkişafın təhlili   və  pproqnozlaşdırılması şöbəsinin müdiri

        Şuranın üzvləri
        
        İslam Şahverənov         – Ərazi idarəetmə və yeli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri
        Əli Kazımov                    – Memarlıq və tikinti şöbəsinin müdiri
        Hüseyn Sadıqov            – İctimai siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi
        

                                   
      3. Apellyasiya Şurasının sədri T.Nəsirova tapşırılsın ki, Şuranın fəaliyyəti ilə bağlı təşkilatı tədbirlər görsün və Şuranın işini “Yerli icra hakimiyyəti orqanlarının Apellyasiya Şuraları haqqında Nümunəvi Əsasnamə”yə  uyğun qursun.
       4. Sərəncamın icrasını özümdə saxlayıram.


         Cəbrayıl rayon İcra Hakimiyyətinin
                                                        başçısı:                                 Mahmud Quliyev

      Cəbrayıl (Biləsuvar) 4 saylı qəsəbə

 

 

 

Keçidlər