Apellyasiya şurası
Apellyasiya Şurasının katibliyinin yaradılması haqqında Cəbrayıl rayon İcra hakimiyyəti başçısının sərəncamı
“Yerli icra hakimiyyəti orqanlarının Apellyasiya Şuraları haqqında Nümunəvi Əsasnamə”nin 4.4-cü bəndində Apellyasiya Şurasının cari fəaliyyətinin təşkili üçün Apellyasiya Şurasının katibliyinin (bundan sonra katiblik) yaradılır.
Odur ki, "Əsasnamə"nin 4.4-cü bəndinə uyğun olaraq rayon İcra Hakimiyyəti yanında Apellyasiya Şurasının sədrinin təklifini nəzərə alaraq
Qərara alıram:
1. Cəbrayıl rayon İcra Hakimiyyəti yanında Apellyasiya Şurasının cari fəaliyyətinin təşkili üçün aşağıdakı tərkibdən ibarət katiblik yaradılsın:
Sucəddin Yusifov – Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri, vətəndaşların müraciətləri üzrə
vahid informasiya sisteminin istifadəçisi
Fərimə Məmmədova – Hüquq şöbəsinin məsləhətçisi
Faiq Mehdiyev – Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin məsləhətçisi, vətəndaşların müraciətləri
üzrə vahid informasiya sisteminin istifadəçisi
2. Katiblik öz fəaliyyətini “Yerli icra hakimiyyəti orqanlarının Apellyasiya Şuraları haqqında Nümunəvi Əsasnamə”yə uyğun qursun.
3. Şuranın sədrinə tapşırılsın ki, katibliyin işini düzgün əlaqələndirsin və Şuraya daxil olan müraciətlərin prosedur qaydalarına uyğun qeydiyyata alınması, müzakirəyə hazırlanması, vaxtında baxılması müddətlərinə ciddi nəzarət etsin və Şurada baxılan şikayətlərin nəticəsi barədə Rayon İcra Hakimiyyətinin başçısına yarımillik və illik arayış təqdim etsin.
Cəbrayıl rayon İcra Hakimiyyətinin
başçısı: Mahmud Quliyev
Cəbrayıl (Biləsuvar) 4 saylı qəsəbə