Könüllülük fəaliyyəti
Tədbirlər
Könüllük fəaliyyəti ilə məşğul olan gənclərimizə növbəti dəfə sertefikatlar təqdim olundu
Azərbaycan tarixi müstəqilliyini bərpa etdikdən, xüsusən də xalqın təkidli tələbi ilə ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkə gənclərinin sağlam ruhda tərbiyəsi, əsl vətəndaş kimi formalaşması naminə məqsədyönlü islahatlara başlandı. Ulu öndər Heydər Əliyevin siyasi məktəbinin yetirməsi olan Azərbaycan Prezidenti İlham Əliyev bu meyarları nəzərə alaraq ölkəmizin qüdrətli dövlətə çevrilməsi naminə gənclərə böyük inam bəsləyir, ölkəmizdə onlara yüksək şərait yaradılması istiqamətində dövlət proqramları qəbul edilir. Cənab Prezident Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısındakı çıxışında dövlət orqanlarına gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onlara peşə vərdişlərini aşılamaq və təcrübi biliklərini artırmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək və ölkədə könüllülük hərəkatını inkişaf etdirmək vəzifəsi qoyulmuşdur . Bu məqsədilə 01 aprel 2019-cu il tarixdən Cəbrayıl Rayon İcra Hakimiyyətində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə əlaqələndirməklə rayonda gənclər arasında könüllülük fəaliyyətinin daha geniş təşviq edilməsinə başlanmışdır. Həmin vaxtdan etibarən könüllülük fəaliyyəti ilə məşğul olan gənclərə 2 aylıq könüllü fəaliyyətini başa vurduqdan sonra sertifikatlar təqdim olunur.
2020-ci ilin yanvar ayından könüllük fəaliyyəti ilə məşğul olan gənclərimizə Cəbrayıl Rayon İcra Hakimiyyətinin Başçısı tərəfindən növbəti dəfə sertifikatlar təqdim olunmuşdur. Rayon İcra Hakimiyyətinin Başçısı Kamal Həsənov bu münasibətlə gəncləri təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb, vətənpərvər olmağı və Vətənə xidmət etməyi özlərinin ən şərəfli vəzifəsi hesab etməyi tövsiyə edib.
Könüllülər çıxış edərək Cəbrayıl Rayon İcra Hakimiyyətində təcrübə keçmələri üçün yaradılmış şəraitə görə öz minnətdarlıqlarını bildirib, bu təcrübənin onların gələcək fəaliyyətində mühüm əhəmiyyət kəsb etdiyini qeyd ediblər.