Şriftin ölçüsü :

Saytın rəngi :

Sərəncamlar

 

AZƏRBAYCAN  RESPUBLİKASI
CƏBRAYIL  RAYON  İCRA  HAKİMİYYƏTİ  BAŞÇISININ

SƏRƏNCAMI 

 

 

       № 135                                                                                               «30»  dekabr 2021-ci il

 

Cəbrayıl Rayon İcra Hakimiyyəti yanında İctimai Şuraya seçkinin təşkili məqsədi ilə Komissiyanın yaradılması haqqında

 

“İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsinin icrası ilə əlaqədar hazırlanmış “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 171 saylı 30 may 2014-cü il tarixli Qərarı ilə təsdiq edilmiş İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamənin 2.3-cü və “Yerli İcra Hakimiyyətləri haqqında” Əsasnamənin  6.8-ci bəndlərini rəhbər tutaraq

Qərara alıram:

 

  1. Cəbrayıl Rayon İcra Hakimiyyəti yanında İctimai Şuraya seçkinin təşkili məqsədi ilə 9 nəfərdən ibarət seçki komissiyası yaradılsın.
  2. Seçki komissiyasının tərkibi yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının əməkdaşlarından 4 üzv, vətəndaş cəmiyyəti institutu nümayəndələrindən 5 üzv olmaqla aşağıdakı kimi təsdiq edilsin:

                                                                  Komissiyanın sədri:

  • Fəridə İbayeva  - Cəbrayıl Rayon İcra Hakimiyyəti başçısının müavini - 

                                      İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri

 

Komissiyanın üzvləri:

  • İslam Şahverənov- Cəbrayıl Rayon İcra Hakimiyyəti başçısı aparatının ərazi

                                     idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş

                                     şöbəsinin müdiri

  • Sucəddin Yusifov- Cəbrayıl Rayon İcra Hakimiyyəti başçısı aparatının

                                     Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri                                        

  • Elman Lazımov  - Cəbrayıl RİH başçısının Mehdili kənd İƏD üzrə

                                     nümayəndəsinin müavini

  • Əyyub Quliyev - Cəbrayıl rayon Ağsaqqallar Şurasının sədr müavini
  • Şakir Albalıyev - “Xudafərin” qəzetinin baş redaktoru
  • Murad Ağayarov - Qarabağ əlilləri, Veteranlar və Şəhid ailələri Cəmiyyətinin

                                     Cəbrayıl rayon bölməsinin idarə heyətinin üzvü

  • Alim Babayev - Təhsil işçiləri Azad Həmkarlar İttifaqı Cəbrayıl rayon

                                     Komitəsinin sədri

  • Natiq Namiqoğlu - Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Cəbrayıl rayon bölməsinin üzvü

                                        

  1. Cəbrayıl Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın tərkibi 9 nəfər müəyyən edilsin.
  2. Seçki komissiyasına tapşırılsın ki, Rayon İcra Hakimiyyətinin rəsmi internet səhifəsində (www.cabrail-ih.gov.az) İctimai Şuraya seçkilərin təşkili ilə əlaqədar olaraq namizədlərin irəli sürülməsi, qeydiyyatının başlanması və başa çatması vaxtını elan etsin.
  3. Komissiyaya tapşırılsın ki, Cəbrayıl Rayon İcra Hakimiyyəti yanında İctimai şuraya namizədlərin irəli sürülməsi və qeydiyyatını “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”nin 2.9-cu maddəsinə uyğun olaraq 20 iş günü müddətinə başa çatdırsın və seçkilərin “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”nin tələblərinə uyğun olaraq həyata keçirilməsini təmin etsin.
  4. Sərəncamın icrasına nəzarəti öz üzərimdə saxlayıram.

 

Cəbrayıl Rayon İcra hakimiyyətinin

                                             başçısı:                                                 Kamal Həsənov

 

Cəbrayıl (Biləsuvar) 4 saylı qəsəbə

Keçidlər