Rayonun işğalı
Şəhidlər
Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş cəbrayıllılar
Cəbrayıl rayonu erməni işğalçılarına qarşı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı 392 nəfər şəhid vermişdir. Şəhid olmuş 392 nəfərin 368 nəfəri rayonun, 24 nəfəri isə əslən Cəbrayıldan olub Bakı, Sumqayıt və digər rayonlarda məskunlaşan həmyerlilərimizin övladlarıdır.
368 nəfər rayon şəhidinin 189 nəfəri hərbi qulluqçu, 8 nəfəri atəşkəs dövründə xidməti vəzifəsinin yerinə yetirərkən vəfat edən, 35 nəfər itkin düşən hərbi qulluqçu, 17 nəfər polis işçisi, 55 nəfər itkin düşən mülki şəxs, 64 nəfər həlak olmuş mülki şəxslərdir.
Rayon üzrə 6 nəfər 5 nəfəri ölümündən sonra, 1 nəfər isə sağ ikən Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür. Döyüşlərdə fərqlənən 4 hərbiçimiz Azərbaycan Respublikasının Prezidenti tərəfindən orden və medallarla təltif olunmuşdur.
Rayonun Niyazqullar kəndindən bir ailədən 3 uşaq əsir və itkin düşmüşdür. Böyük Mərcanlı kəndindən 8, Cəbrayıl şəhərindən 1, Qaracallı kəndindən 1, Xələfli kəndindən 1, Sirik kəndindən 1, Çullu kəndindən 1 uşaq olmaqla ümumillikdə 13 nəfər uşaq həlak olmuşdur.
Rayonun Safarşa kəndindən 3 uşaq, Hovuslu kəndindən 5 uşaq ümumillikdə 8 nəfər uşaq hər iki valideynini itirərək yetim qalmışdır. 208 nəfər uşaq valideynlərdən birini itirmişdir. Rayonun Safarşa kəndindən 1 ailə, 5 nəfər ailə üzvləri ilə birgə ailəlikcə əsir götürülmüşdür.
Rayonun Dağtumas, Böyük Mərcanlı və Doşulu kəndlərinin hər birindən 1 ailə 3 nəfər, rayon üzrə 17 ailə isə 2 nəfər şəhid vermişdir.
Rayon üzrə 11 nəfəri itkin, 15 nəfəri şəhid olmaqla 26 nəfər qadın şəhid olmuşdur.