Şəhidlərimizi tanıyaq və tanıdaq
Şəhidlər
Kəlbalıyev Səyavuş Hümbət oğlu
Kəlbalıyev Səyavuş Hümbət oğlu - 1987-ci il oktyabr ayının 16-da Cəbrayıl rayonunun Horovlu kəndində andan olub. İlk təhsilini Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində fəaliyyət göstərən Şuşa şəhər 6 saylı tam orta məktəbində almış Səyavuş 2005-ci ildə həmin məktəbi əla qiymətlərlə bitirərək Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. 2009-cu ildə Hərbi Məktəbi bitirdikdən sonra Respublikanın müxtəlif bölgələrində hərbiçi kimi xidmətini davam etdirmişdir. Cəbrayıl-Beyləqan rayonu üzrə kəşfiyyat idarəsinin rəisi idi. Vətənin bölünməzliyi və müstəqilliyi uğrunda gedən İkinci Qarabağ savaşında mayor Kəlbalıyev Səyavuş Hümbət oğlu 29 sentyabr 2020-ci il tarixdə Füzuli rayonu istiqamətindəki döyüşlərdə böyük qəhrəmanlıq göstərərək həlak olmuşdur. Peşəkar hərbiçi idi. Sabunçu rayonu Bakıxanov qəsəbəsindəki Şəhidlər məzarlığında dəfn edilmişdir. Ailəli idi, iki övladı yadigar qalıb. Mayor Səyavuş Kəlbalıyev ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə "Azərbaycan Bayrağı" ordeni, “Vətən uğrunda”, “İgidliyə görə” və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.
Hacıyev Fərid Təşkilat oğlu
Hacıyev Fərid Təşkilat oğlu - 04 oktyabr 1989-cu ildə Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində anadan olub. 2006-cı ildə İ.Quliyev adına B.Mərcanlı kənd tam orta məktəbini bitirmişdir. Vətənə olan sevgisi onu hərbi xidməti bitirdikdən sonra yenidən hərbi xidmətə getməyə sövq edir. Azərbaycan Ordusunun müddətdən artıq xidmət edən hərbi qulluqçusu kimi Vətənin bölünməzliyi və müstəqilliyi uğrunda gedən İkinci Qarabağ savaşında Hacıyev Fərid Təşkilat oğlu 28 sentyabr 2020-ci il tarixdə Füzuli rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmanlıq göstərərək həlak olur. Biləsuvar rayonu ərazisindəki 3 saylı qəsəbədə salınmış Şəhid məzarlığında dəfn edilmişdir. Ailəli idi, iki övladı yadigar qalıb. Peşəkar hərbiçi ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Vətən uğrunda”, "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilmişdir.
Ataşov Asif Kərim oğlu
Ataşov Asif Kərim oğlu –10 aprel 2002-ci il tarixdə Abşeron rayonu, Xırdalan qəsəbəsində anadan olub. Əslən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndindən olan Asif 2008-ci ildə Xırdalan şəhər 2 nömrəli tam orta məktəbinin birinci sinfinə daxil olmuş, 2019-cu ildə həmin məktəbi bitirmişdir. 2020-ci ildə həqiqi hərbi xidmətə çağırılmışdır. Xidməti borcunu ləyaqətlə yerinə yetirən igid əsgər Asif Ataşov Vətənin bölünməzliyi uğrunda gedən İkinci Qarabağ savaşında 01 oktyabr 2020-ci il tarixdə Tərtər rayonu Dəmirçilər kəndi istiqamətindəki döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. Subay idi. Xırdalan şəhər Şəhidlər məzarlığında dəfn edilmişdir. Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə Ataşov Asif Kərim oğlu ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, "Ağdamın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilmişdir.
Əliyev Ziyadxan İbrahim oğlu
Əliyev Ziyadxan İbrahim oğlu - 12 yanvar 1997-ci ildə Kürdəmir rayonunun Carlı kəndində anadan olub. Əslən Cəbrayıl rayonunun Soltanlı kəndindən olan Ziyadxan 2003-2011-ci illərdə Kürdəmir rayon Carlı kənd, 2012-2014-cü illərdə Qubadlı rayon Fərcan kənd tam orta məktəbində təhsil almışdır. 2014-2018-ci illərdə Azərbaycan Texniki Universitetində təhsilini davam etdirmiş, ali təhsilini başa vurduqdan sonra 2019-cu ilin oktyabr ayında həqiqi hərbi xidmətə yollanmışdır. 01 oktyabr 2020-ci il tarixdə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda başlamış Vətən müharibəsində Tərtər rayonunun Talış yüksəkliyi istiqamətində gedən döyüşlərdə tapşırığı yerini yetirərkən düşmənin snayper gülləsinə tuş gələrək Şəhidlik zirvəsinə ucalmışdır. Subay idi. Kürdəmir rayonunda dəfn edilmişdir. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Əliyev Ziyadxan İbrahim oğlu ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, "Suqovuşanın azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edilmişdir.
Əlizadə Nicat Qorxmaz oğlu
Əlizadə Nicat Qorxmaz oğlu – 15 sentyabr 2001-ci ildə Sumqayıt şəhərində anadan olub. Əslən Cəbrayıl rayonunun Tinli kəndindən olan Nicat ilk təhsilini Sumqayıt şəhərində fəaliyyət göstərən Qubadlı rayon, Hal kənd tam orta məktəbində almışdır. 2016-cı ildə Biləsuvar rayonu ərazisində salınmış 11 saylı qəsəbədə fəaliyyət göstərən V.İsmayılov adına Çərəkən kənd tam orta məktəbinin ümumi orta təhsil pilləsini bitirərək Cəbrayıl rayon 131 nömrəli Peşə məktəbində təhsilini davam etdirmişdir. Peşə təhsilini başa vurduqdan sonra 2019-cu il oktyabr ayının 2-də həqiqi hərbi xidmətə çağırılmışdır. Hərbi xidmətini Tərtər rayonunda atıcı, sanitar təlimatçı kimi yerinə yetirən Əlizadə Nicat 07 oktyabr 2020-ci il tarixdə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda başlamış Vətən müharibəsində Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Subay idi. Biləsuvar rayonu ərazisindəki 3 saylı qəsəbədə salınmış Şəhid məzarlığında dəfn edilmişdir. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Əlizadə Nicat Qorxmaz oğlu ölümündən sonra “Vətən uğrunda”,"Suqovuşanın azad olunmasına görə" və "İgidliyə görə" medalları ilə təltif edilmişdir.
Şahvediyev Böyükağa Savalan oğlu
Şahvediyev Böyükağa Savalan oğlu - 15 iyun 1998-ci ildə Biləsuvar rayonunda anadan olub. 2004-cü ildə Biləsuvar rayonu, 5 saylı qəsəbədə fəaliyyət göstərən Cəbrayıl rayon 10 saylı tam orta məktəbin birinci sinfinə getmiş, 2015-ci ildə həmin məktəbi bitirmişdir. Elə həmin ildə də Azərbaycan Dövlət İqtisad Universitetinə daxil olub. 2019-cu ilin iyul ayında həqiqi hərbi xidmətə çağırılıb. Xidməti borcunu ləyaqətlə yerinə yetirən igid əsgər Böyükağa Şahvediyev 08 oktyabr 2020-ci il tarixdə Füzuli, Cəbrayıl rayonları istiqamətindəki döyüşlər zamanı böyük şücaət göstərərək qəhrəmancasına Şəhid olmuşdur. Subay idi. Biləsuvar rayonu ərazisindəki 3 saylı qəsəbədə salınmış Şəhid məzarlığında dəfn edilmişdir. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Şahvediyev Böyükağa Savalan oğlu ölümündən sonra “Vətən uğrunda” və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilmişdir.
Rəhimov Zamin Vahid oğlu
Rəhimov Zamin Vahid oğlu - 21 aprel 1988-ci ildə Cəbrayıl rayonunun Məzrə kəndində anadan olub. 2006-cı ildə Binəqədi rayonunda fəaliyyət göstərən Sirik kənd tam orta məktəbini bitirdikdən sonra həqiqi hərbi xidmətə çağırılmış, 2008-ci ildə hərbi xidmətini başa vurmuşdur. Şuşa Musiqi texnikumunun qarmon ifası üzrə müəllim ixtisasına yeyələnən Zamin Rəhimov 2013-cü ildən Cəbrayıl rayon, Mahmudlu kənd Uşaq Musiqi məktəbində qarmon müəllimi kimi fəaliyyət göstərirdi. 27 sentyabr 2020-ci il tarixdə başlayan Vətən müharibəsi zamanı könüllü olaraq döyüşlərə qatılan Z.Rəhimov 07 oktyabr 2020-ci il tarixdə Cəbrayıl rayonu uğrunda gedən döyüşlərdə Şəhid olmuşdur. Ailəli idi, bir övladı var. Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn edilmişdir. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Rəhimov Zamin Vahid oğlu ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edilmişdir.
Əsədov Səbuhi Azər oğlu
Əsədov Səbuhi Azər oğlu – 19 yanvar 1999-cu ildə Bakı şəhəri Suraxanı rayonunda anadan olub. Əslən Cəbrayıl rayonunun Hasanlı kəndindən olan Səbuhi 2005-2016-cı illərdə Suraxanı rayonu 85 nömrəli tam orta məktəbində təhsil almışdır. 14 iyul 2019-cu ildə həqiqi hərbi xidmətə çağırılmışdır. Hərbi xidməti Mingəçevirdə keçirən Səbuhi Əsədov 27 sentyabr 2020-ci ildə vətənin müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak edib. 10 oktyabr 2020-ci ildə Talış və Suqovuşan istiqamətindəki döyüşlərdə qəhrəmanlıq göstərərək Şəhid olub. Suraxanı rayonu Bülbülə qəsəbəsindəki şəhidlər məzarlığında dəfn edilmişdir. Subay idi. Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə Əsədov Səbuhi Azər oğlu ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, "Suqovuşannın azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edilmişdir.
Əzizov Elçin Əvəz oğlu
Əzizov Elçin Əvəz oğlu - 30 mart 1985-ci ildə Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində andan olub. İlk təhsilini doğulduğu kənddə alan Elçin məcburi köçkün düşdükdən sonra Xətai rayonunda fəaliyyət göstərən Zəngilan rayon 28 saylı tam orta məktəbdə təhsilini davam etdirmiş və 2002-ci ildə həmin məktəbi bitirərək Azərbaycan Texniki Universitetinə qəbul olunmuşdur. 2006-cı ildə universiteti bitirərək hərbi xidmətə yollanır. Hərbi xidmətini uğurla başa vurduqdan sonra 2007-2012-ci illərdə müxtəlif sahələrdə çalışmışdır. Hərbiyə olan böyük marağı onu 2012-ci ilin dekabr ayında Azərbaycan Respublikası Dövlət Sərhəd xidmətinə gətirib çıxarır. İşlədiyi müddət ərzində göstərdiyi yüksək səviyyəli xidmətə görə Elçin Əzizov dəfələrlə Fəxri fərman və medallarla təltif olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə O, 16 avqust 2018-ci il tarixdə “Hərbi xidmətlərə görə”, 16 avqust 2019-cu il tarixdə “Vətən uğrunda” medalları, Dövlət Sərhəd Xidməti rəisinin əmrləri ilə 29 dekabr 2013-cü il tarixdə “Azərbaycan Respublikası Silahlı Qüvvələrin 95 illiyi” yubiley medalı, 03 dekabr 2014-cü ildə “Azərbaycan Sərhəd Mühafizəsinin 95 illiyi” yubiley medalı, 18 avqust 2015-ci ildə “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medal, 14 avqust 2019-cu ildə “Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)” yubiley medalı ilə təltif olunmuşdur. Elçin Əzizov 2016-cı ildə Azərbaycan Silahlı Qüvvələrinin qələbəsi ilə nəticələnən dördgünlük aprel döyüşlərində könüllü olaraq iştirak edir və böyük şücaət göstərir. 27 sentyabr 2020-ci il tarixdə başlamış İkinci Qarabağ savaşında Vətənin bölünməzliyi uğrunda gedən müharibədə böyük qəhrəmanlıq göstərərək, oktyabr ayının 13-də Cəbrayıl rayonunun Sarıcallı kəndi istiqamətindəki döyüşlərdə qəhrəmancasına Şəhid olmuşdur. İkinci Fəxri xiyabanda torpağa tapşırılmışdır. Ailəli idi, üç övladı var. Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə baş leytenant Əzizov Elçin Əvəz oğlu ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilmişdir. Binəqədi rayon Sulutəpə qəsəbəsində yaşadığı küçəyə adı verilmişdir.
Hacıyev Ramid Nəriman oğlu
Hacıyev Ramid Nəriman oğlu - 11 fevral 1987-ci ildə Cəbrayıl rayonunun Mirək kəndində anadan olub. 1994-cü ildə Xətai rayon 48 saylı tam orta məktəbin 8-ci sinfini başa vurduqdan sonra C.Naxçıvanski adına hərbi məktəbə daxil olmuş, həmin məktəbi müvəffəqiyyətlə bitirərək Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olunmuşdur. Ramid Hacıyev ali hərbi məktəbi bitirdikdən sonra müxtəlif hərbi hissələrdə xidmət göstərmiş, Tabor komandiri olmuşdur. 2010-cu ildə leytenant, 2012-ci ildə baş leytenant, 2016-cı ildə kapitan, 2020-ci ildə mayor rütbəsi almışdır. Üç hərbi medal, çoxlu sayda fəxri fərmanla təltif olunmuşdur. Vətənin bölünməzliyi uğrunda gedən İkinci Qarabağ savaşında 18 oktyabr 2020-ci il tarixdə Talış kəndi istiqamətindəki döyüşlərdə qəhrəmancasına həlak olaraq Şəhidlik zirvəsinə ucalmışdır. İkinci Fəxri xiyabanda torpağa tapşırılmışdır. Ailəli idi, üç övladı yadigar qalıb. Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə torpaqlarımızın işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümunəsi göstərdiyinə görə mayor Hacıyev Ramid Nəriman oğlu ölümündən sonra “Qarabağ” ordeni, "Suqovuşanın azad olunmasına görə" və “Vətən uğrunda” medalları ilə təltif edilmişdir.
İsmayılzadə Sevindik Ramil oğlu
İsmayılzadə Sevindik Ramil oğlu - 30 noyabr 1998-ci ildə Saatlı rayonda dünyaya gəlmişdir. Əslən Cəbrayıl rayonunun Soltanlı kəndindən olan Sevindik Qaradağ rayonunda yerləşən 49 saylı Füzuli rayon tam orta məktəbinin məzunu olmuşdur. S.İsmayılzadənin idmana çox böyük marağı olduğundan, bir çox idman növləri ilə məşğul olmuş və nailiyyətlər qazanmışdır. 24 İyul 2017-ci il tarixdə həqiqi hərbi xidmətə çağırılmışdır. Sumqayıt şəhərində yerləşən N sayılı hərbi hissədə and içmə mərasiminə qədər xidmət etmişdir. Daha sonra Bakı şəhərində yerləşən N sayılı hərbi hissədə Daxili Sərhəd Qoşunlarında kəşfiyyatçı kimi xidmətini davam etdirmişdir. O, burada olduğu müddətdə göstərdiyi yüksək xidmət nəticəsində fəxri fərmanla təltif edilmişdir. Hərbi xidmət göstərdiyi dövrdə Xüsusi Təyinat kursunda snayper təlimi alaraq kursu uğurla başa vurmuşdur. İkinci Qarabağ savaşı başlayan zaman Sevindik yenidən hərbi komissarlığa çağırılır, ehtiyac olduğu təqdirdə xəbər veriləcəyi bildirilsə də Sevindik təkidlə onu cəbhə bölgəsinə, həm də Cəbrayıla döyüşməyə aparılmasını komissardan istəyir və bu istəyinə nail olur. Füzuli istiqamətində gedən döyüşlər zamanı əsgər yoldaşının yaralandığını görür və onu xilas etmək istəyir. Elə həmin vaxt düşmən snayperi ilə amansızcasına vurulur. 19 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olur. Biləsuvar rayonu ərazisindəki 3 saylı qəsəbədə salınmış Şəhid məzarlığında dəfn edilmişdir. Subay idi. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə İsmayılzadə Sevindik Ramil oğlu ölümündən sonra “Vətən uğrunda”, "Xocavəndin azad olunmasına görə","Füzulinin azad olunmasına görə" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilmişdir.
Əmirov Anar Allahverdi oğlu
Əmirov Anar Allahverdi oğlu - 29 dekabr 2000-ci ildə Sabirabad rayonu, Bulaqlı kəndində anadan olub. Əslən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndindən olan Anar 2018-ci ildə Sabirabad rayonu Şəhriyar qəsəbəsində fəaliyyət göstərən Cəbrayıl rayon 12 saylı tam orta məktəbini bitirmişdir. 2019-cu ilin yanvar ayında həqiqi hərbi xidmətə çağırılmışdır. Cəlilabad rayonu N saylı hərbi hissədə xidmətini başa vurduqdan sonra orada qalıb müddətdən artıq xidmət etməyə qərar vermişdir. 15 oktyabr 2020-ci il tarixdə Respublikamızın ərazi bütövlüyü uğrunda gedən İkinci Qarabağ savaşında Zəngilan rayonu istiqamətindəki döyüşlər zamanı qəhrəmancasına döyüşərək Şəhid olmuşdur. Füzuli rayonu Qazaxlar kənd məzarlığında dəfn edilmişdir. Subay idi. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə kiçik çavuş Əmirov Anar Allahverdi oğlu ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni, “Vətən uğrunda”,"Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edilmişdir .
Xəlilov Ruhin Müzəffər oğlu
Xəlilov Ruhin Müzəffər oğlu – 13 mart 1987-ci ildə Cəbrayıl rayonunun Məzrə kəndində anadan olub. İlk təhsilini Səbail rayon 203 saylı orta məktəbdə almışdır. Abşeron rayon 1 saylı tam orta məktəbini bitirdikdən sonra 2005- 2009-cü illərdə “Asiya” Universitetinin Hüquq fakültəsində ali təhsil almışdır. 2009-2010-cu illərdə hərbi xidmətdə olub. Ruhin Xəlilov Ədliyyə Nazirliyinin İcra Baş idarəsində məsləhətçi vəzifəsində çalışırdı. Birinci dərəcəli dövlət qulluqçusu, ədliyyə kapitanı idi. Ailəli idi, üç övladı var. İkinci Qarabağ savaşı başlayan gündən könüllü olaraq Cəbrayıl rayon Hərbi Komissarlığına müraciət edir və qısa bir zamanda cəbhəyə yollanır. 21 oktyabr 2020-ci ildə Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş, 2-ci fəxri xiyabanda dəfn edilmişdir. Torpaqlarımızın işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümunəsi göstərdiyinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda “, "Qubadlının azad olunmasına görə", “Cəsur döyüşçü” və "Cəbrayılın azad olunmasına görə"medallarıı ilə təltif edilmişdir. Eyni zamanda, Ədliyyə Naziri Fikrət Məmmədov tərəfindən İcra Baş İdarəsinin “Fəxri Ədliyyə İşçisi” adı verilmişdir.
Paşayev Elsevər Vaqif oğlu
Paşayev Elsevər Vaqif oğlu - 1988-ci il iyul ayının 1-də Cəbrayıl rayonunun Qovşudlu kəndində anadan olub. 1994-cü ildə Cəbrayıl rayon 21 saylı ümumi orta məktəbin 1-ci sinfinə daxil olub, 2003-cü ildə həmin məktəbin ümumi orta təhsil pilləsini bitirmişdir. 2003-2006-cı illərdə təhsilini C.Naxçıvanski adına hərbi liseydə davam etdirmişdir. 2006-cı ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi məktəbinə daxil olmuş və 2010-cu ildə həmin məktəbi moto-atıcı ixtisası üzrə bitirmişdir. 2011-2013-cü illərdə N saylı hərbi hissədə taqım komandiri, 2013-2018-ci illərdə taqım komandiri – bölük komandiri vəzifələrində xidmət etmişdir. Qəlbi vətən eşqi ilə döyünən Elsevər sanki hərbiçi doğulmuşdur. Çox savadlı idi. Beş xarici dil bilirdi. Xarici ölkələrdə xarici hərbiçilərə hərbi təlimlər keçmişdir. Əfqanıstanda Azərbaycandan gedən Sülhməramlıların komandiri olmuşdur. 2014-cü ildə NATO təlimində iştirak üçün Bolqarıstanda, 2015-ci ildə snayper atıcı kursunda iştirak etmək üçün Türkiyə Respublikasında, 2019-cu il Böyük Britaniya krallığında, Çexiyada, Almaniyada və 2019-cu ilin dekabrın 11-dən 2020-ci ilin iyulun 1-nə kimi Əfqanıstanda təlimlərdə iştirak edib. Vətənin bölünməzliyi uğrunda gedən İkinci Qarabağ savaşında 400-ə yaxın əsgərimizi mühasirədən çıxaran E. Paşayev Xudafərin körpüsünə Azərbaycan bayrağını sancmışdır. 25 oktyabr 2020-ci il tarixdə Qubadlı rayonunun azadlığı uğrundakı döyüşlərdə qəhrəmancasına şəhid olmuş, 2-ci fəxri xiyabanda dəfn edilmişdir. Ailəlidir, iki övladı var. Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümunəsi göstərdiyinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə mayor Paşayev Elsevər Vaqif oğlu ölümündən sonra “Qarabağ” ordeni, "Vətən Uğrunda", "Cəbrayılın azad olunmasına görə", “Qubadlının azad olunmasına görə” medalları ilə də təltif edilmişdir.
İsmayılzadə Vaqif Vüqar oğlu
İsmayılzadə Vaqif Vüqar oğlu - 1996-cı ildə Beyləqan rayonunun Şahsevən kəndində anadan olub. Əslən Cəbrayıl rayonunun Horovlu kəndindən olan Vaqif 2014-cü ildə F.Miriyev adına Araz qəsəbə tam orta məktəbini bitirmişdir. 2016-cı ildə hərbi xidmətə getmiş, 2017-ci ildə hərbi xidməti başa vurmuşdur. Həmin ilin noyabr ayında Azərbaycanın Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsində işə başlamışdır. Hərbi polis idi və işini çox sevirdi. Hər kəsin qəhrəmanına çevrilən Vaqif İsmayılzadə Vətənin bölünməzliyi uğrunda gedən İkinci Qarabağ savaşında 20 oktyabr 2020-ci il tarixdə Füzuli rayonunun azadlığı uğrundakı döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Əsgər yoldaşlarını neytral ərazidən çıxaran Vaqifin öz nəşi üç gün neytral ərazidə qalır. 25 oktyabrda ailəsinə şəhidlik xəbəri verilir. 26 oktyabrda Beyləqan rayon məzarlığında dəfn edilmişdir. Ailəli idi, iki övladı var. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə İsmayılzadə Vaqif Vüqar oğlu ölümündən sonra “Vətən uğrunda” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Həmidzadə Hüseyn Akif oğlu
Həmidzadə Hüseyn Akif oğlu - 1995-ci il oktyabr ayının 15-də Bakı şəhərində anadan olub. 2013-cü ildə Xırdalan şəhəri 1 nömrəli tam orta məktəbini bitirmişdir. 2014-2018-ci illərdə Kooperasiya Universitetinin iqtisadiyyat fakültəsində ali təhsil almışdır. 2018-ci ildə Murovdağ zirvəsində həqiqi hərbi hissədə xidmətdə olmuşdur. 27 sentyabr 2020-ci ildə başlamış Vətən müharibəsi zamanı Vətənə olan bağlılığı, düşmənə olan nifrəti onu sakit dayanmağa qoymur və könüllü olaraq Cəbrayıl rayon Komissarlığına yazılaraq, qısa müddət ərzində ön cəbhəyə yollanır. Füzuli, Cəbrayıl, Xocavənd rayonlarının işğaldan azad edilməsində misli görünməmiş qəhrəmanlıq göstərir, düşmənin çox sayda tankını, ağır texnikasını sıradan çıxarır. 25 oktyabrda Xocavənd rayonu ərazisində gedən döyüşlər zamanı ağır yaralanan Hüseyn 01 noyabr 2020-ci ildə qəhrəmancasına şəhidlik zirvəsinə ucalır. Şəki rayonunun Oxut kənd məzarlığında dəfn olunub. Subay idi. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Həmidzadə Hüseyn Akif oğlu ölümündən sonra “Vətən uğrunda”, "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.
Süleymanov Əyyub Rasim oğlu
Süleymanov Əyyub Rasim oğlu – 09 aprel 2001-ci ildə İmişli rayonunda anadan olub. Əslən Cəbrayıl rayonunun Qumlaq kəndindən olan Əyyub 2007-2016-cı illərdə Biləsuvar rayonu ərazisində salınmış, 7 saylı qəsəbədə fəaliyyət göstərən İ.Tahirov adına Mehdili kənd tam orta məktəbində 9 illik təhsil almışdır. 2016-2018-ci illərdə Cəbrayıl rayon 131 nömrəli Texniki Peşə məktəbində təhsilini davam etdirərək elektrik avadanlıqlarının təmiri üzrə elektrik montyoru ixtisasına yiyələnmişdir. Peşə təhsilini başa vurduqdan sonra 2019-cu ilin aprel ayında həqiqi hərbi xidmətə çağırıb. Hərbi xidmətini ləyaqətlə yerinə yetirən igid əsgər Vətənin bölünməzliyi uğrunda gedən İkinci Qarabağ savaşında 01 noyabr 2020-ci il tarixdə Laçın rayonu istiqamətindəki döyüşlər zamanı qəhrəmancasına şəhid olmuşdur. Biləsuvar rayonu ərazisindəki 3 saylı qəsəbədə salınmış Şəhid məzarlığında dəfn edilmişdir. Subay idi. Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə Süleymanov Əyyub Rasim oğlu ölümündən sonra "Cəbrayılın azad olunmasına görə”, "Qubadlının azad olunmasına görə", “Laçının azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” və "Vətən uğrunda" medalları ilə təltif edilmişdir.
Mustafayev Təhmasib Sərməst
Mustafayev Təhmasib Sərməst oğlu - 30 avqust 1989-cu ildə Cəbrayıl rayonunun Hasanlı kəndində anadan olub. 1996-2007-ci illərdə Kürdəmir rayon Vahid Əhmədov adına Topal Həsənli tam orta məktəbində təhsil almışdır. 2008-2009-cu illərdə Naxçıvanda yerləşən Daxili Qoşunların N saylı hərbi hissəsində həqiqi hərbi xidmət keçmişdir. 2010-cu ilin aprel ayından etibarən N saylı hərbi hissənin xüsusi təyinatlı dəstəsinin atəş təminatı qrupunda dəzgahlı qumbaraatanın heyət komandiri olaraq yenidən ordu sıralarına qoşulmuşdur. 2011-ci ildə Türkiyədə xüsusi təyinatlı dəstədə 6 aylıq təlim keçmişdir. 2012-2014-cu illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Orta İxtisas Hərbi Məktəbinin “Daxili Qoşunlarda taktiki komandanlıq” ixtisasını bitirərək leytenant hərbi rütbəsində xidmətini davam etdirmişdir. 2018-ci ildə xüsusi təyinatlı dəstənin atəş təminatı qrupunun komandiri vəzifəsinə təyinat almışdır. Xidməti dövründə “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medala layiq görülmüşdür. Vətənin bölünməzliyi uğrunda gedən İkinci Qarabağ savaşında döyüş əməliyyatlarına yüksək peşəkarlıqla hərbi qulluq vəzifəsini yerinə yetirərkən 07 noyabr 2020-ci il tarixində Şuşa istiqamətindəki döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Biləsuvar rayonu ərazisindəki 3 saylı qəsəbədə salınmış Şəhid məzarlığında dəfn edilmişdir. Ailəli idi, bir övladı yadigar qalıb. Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə baş leytenant Mustafayev Təhmasib Sərməst oğlu ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni, “Vətən uğrunda” və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilmişdir.
Bayramlı Tural Ədil oğlu
Bayramlı Tural Ədil oğlu -10 fevral 1996-cı ildə Beyləqan rayonunun Şərq qəsəbəsində anadan olub. Əslən Cəbrayıl rayonunun Daş Veysəlli kəndindən olan Tural 2003-2014-cü illərdə Cəbrayıl rayon Dağtumas kənd tam orta məktəbində təhsil almışdır. 2014-cü ildə həqiqi hərbi xidmətə çağırılıb. 2016-cı ildə hərbi xidməti başa vurduqdan sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Hacıqabul şəhərində yerləşən N saylı hərbi hissəsinin xüsusi təyinatlı dəstəsində müddətdən artıq xidmət etməyə başlayıb. Daxili Qoşunların Xüsusi Təyinatlı baş çavuşu olub. T.Bayramlı 10 noyabr 2020-ci il tarixdə Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla hərbi qulluq vəzifəsini yerinə yetirərkən Şuşa şəhəri istiqamətində gedən döyüşlərdə qəhrəmancasına Şəhid olmuşdur. Beyləqan rayon məzarlığında (Cərcis Peyğəmbər) dəfn olunub. Subay idi. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Bayramlı Tural Ədil oğlu ölümündən sonra “Vətən uğrunda” və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilmişdir.
Rüstəmov Vüsal Valeh oğlu
Rüstəmov Vüsal Valeh oğlu 12 mart 1993-cü ildə Cəbrayıl rayonunun Alıkeyxalı kəndində anadan olub. Məcburi köçkün düşdükdən sonra ailəsi əvvəlcə Şirvan şəhərində, 1995-ci ildən isə Yasamal rayonunda məskunlaşıb. 2010-cu ildə Yasamal rayon 53 saylı tam orta məktəbin məzunu olmuşdur. 2011-ci ilin aprel ayından 2013-cü ilin oktyabr ayınadək həqiqi hərbi xidmət keçmişdir. Hərbi xidmətini başa vurduqdan sonra bir müddət Binəqədi neft şirkətinin mühafizə xidmətində çalışmışdır. Cəbrayıl rayonu işğal olunduğu zaman Vüsal 6 aylıq körpə idi. O, doğma el-obasını görməsə də, ailəsindən eşitdikləri onda vətənə çox böyük məhəbbət yaratdığından yenidən ordu sıralarına qatılmaq qərarına gəlir. 2019-cu ildə Azərbaycan Respublikasının quru qoşunlarında gizirlik kursunu bitirərək, N saylı hərbi hissənin tağım komandiri vəzifəsinə təyinat alır. Daha sonra xidmətini Goranboy, Mingəçevir rayonlarında yerləşən hərbi hissələrdə davam etdirir. 27 Sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsində Füzuli, Qubadlı, Zəngilan rayonlarının işğaldan azad edilməsində böyük şücaət göstərmişdir. 10 noyabr 2020-ci ildə Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Binəqədi rayon Sulutəpə qəsəbəsində yerləşən məzarlıqda dəfn olunmuşdur. Subay idi. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə torpaqlarımızın işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümunəsi göstərdiyinə görə gizir Rüstəmov Vüsal Valeh oğlu ölümündən sonra “Vətən uğrunda”, "Şuşanın azad olunmasına görə","Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.
İsmayılov Emin Tahir oğlu
İsmayılov Emin Tahir oğlu - 21 May 2001-ci ildə Bakı şəhəri, Nəsimi rayonunda anadan olub. Əslən Cəbrayıl rayonundan olan Emin Nəsimi rayon 54 saylı tam orta məktəbin məzunu olmuşdur. Peşəkar idmanla məşğul olurdu. 2019-cu ilin iyun ayında həqiqi hərbi xidmətə yollanmışdır. Goranboy rayonunda hərbi xidmətdə olduğu vaxtda Vətən müharibəsi başlanmış, Emin torpaqlarımızın işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarında yüksək peşəkarlıqla hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümunəsi göstərərək 06 oktyabr 2020-ci il tarixdə Ağdərə istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 2-ci Fəxri xiyabanda dəfn edilmişdir. Subay idi. Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə İsmayılov Emin Tahir oğlu ölümündən sonra “Vətən uğrunda” və "Suqovuşanın azad olunmasına görə"və "Cəsur döyüşçü" medalları ilə təltif edilmişdir.
Cavadov Mahmud Heydər oğlu
Cavadov Mahmud Heydər oğlu - 13 aprel 1999-cu ildə, Bakı şəhərində anadan olub. Əslən Cəbrayıl şəhərdən olan M.Cavadov 2005-2016-cı illərdə Yasamal rayon, A.Ağaverdiyev adına 31 nömrəli tam orta məktəbdə təhsil almışdır. 2016-2020-ci illərdə Azərbaycan Texniki Universitetində ali təhsilə yiyələnmişdir. 2020-ci ildə həqiqi hərbi xidmətə çağırılmışdır. Hərbi xidmətini Goranboy rayonunda keçirmişdir. İkinci Qarabağ savaşında Vətənin bölünməzliyi uğrunda döyüşlərdə böyük şücaət göstərən M.Cavadov 27 noyabr 2020-ci il tarixdə Ağdərə istiqamətində qəhrəmancasına Şəhid olmuşdur. İkinci Fəxri Xiyabanda dəfn edilmişdir. Subay idi. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Cavadov Mahmud Heydər oğlu ölümündən sonra “Vətən uğrunda”, "Cəsur döyüşçü" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilmişdir.
Hüseynov Elxan Maarif oğlu
Hüseynov Elxan Maarif oğlu – 12 mart 2000-ci ildə Qaradağ rayonunda anadan olub. Əslən Cəbrayıl rayonunun Daşkəsən kəndindən olan Elxan ilk təhsilini Xanış Rüstəmov adına Böyük Mərcanlı kənd tam orta məktəbdə almış, 2015-ci ildə həmin məktəbin IX sinfini bitirərək ümumi orta təhsil almışdır. 2018-2019-cu illərdə həqiqi hərbi xidmətə olub. Hərbi xidməti bitirdikdən sonra xüsusi təyinatlılarda müddətli hərbi xidmətini davam etdirmişdir. 27 sentyabr 2020-ci ildə başlamış Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunmasında böyük rəşadət göstərmişdir. Baş kəşfiyyatçı idi. Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan, Laçın istiqamətlərdə gedən döyüşlərdə qəhrəmanlıqla vuruşmuşdur. Şuşa istiqamətində gedən döyüşlər zamanı döyüş tapşırığını yerinə yetirərkən baş nahiyəsindən güllə yarası alır. Xəstəxanaya aparılarkən TTY maşını minaya düşür və möcüzə nəticəsində həyatda qalır. Bir aydan çox komada olan Elxanı həkimlərin səyinə baxmayaraq həyata qaytarmaq mümkün olmur. 13 dekabr 2020-ci ildə şəhidlik zirvəsinə ucalır. Biləsuvar rayonu ərazisindəki 3 saylı qəsəbədə salınmış Şəhid məzarlığında dəfn edilmişdir. Subay idi. Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə Hüseynov Elxan Maarif oğlu ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni, “Vətən uğrunda", Şuşanın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə ", "Kəlbəcərin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Cəsur döyüşçü" və "Ağdamın azad olunmasına görə" medalları ilə təltif edilmişdir.
Quliyev Asim Bəkir oğlu
Quliyev Asim Bəkir oğlu 1996-cı il martın 2-də Bakı şəhərində anadan olub. Əslən Cəbrayıl rayonunun Hovuslu kəndindən olan Asim 2002–2011-ci illərdə Bakıxanov qəsəbəsindəki 107 saylı tam orta məktəbdə, 2011–2013-cü illərdə Sumqayıt şəhərində kompüter ixtisası üzrə kollecdə təhsil alıb. Orta məktəbdə oxuyarkən idmana həvəsi böyük olduğundan boksla məşğul olub. Bakı üzrə keçirilən yarışlarda 1-ci, Respublika üzrə keçirilən yarışlarda 2-ci yeri qazanıb. Asim Quliyev 2015–2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında həqiqi hərbi xidmətdə olub. Xidməti dövründə 2016-cı ilin Aprel döyüşlərində pulemyotçu və kəşfiyyatçı kimi iştirak etmişdir. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl və Hadrutun azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq vuruşmuşdur. Asim Quliyev oktyabrın 11-də Hadrut döyüşləri zamanı snayper gülləsinə tuş gələrək şəhid olub. Bakıxanov qəsəbəsindəki Şəhidlər məzarlığında dəfn edilib. Subay idi. Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə Quliyev Asim Bəkir oğlu ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.
Məmmədov Anar Kərəm oğlu 1984-cü il iyun ayının 7-də Bakıda anadan olub. Əslən Cəbrayıl rayonunun Dağtumas kəndindən olan Anar Binəqədi rayonundakı Azər Məmmədov adına 115 saylı orta məktəbdə təhsil alıb. 2003-cü ildə orta məktəbi bitirərək Tibb Universitetinə daxil olub. Hərbi həkim olmaq arzusunda olan Anar 2006-cı ildə öz istəyi ilə təhsilini hərbi tibb fakültəsində davam etdirmişdir. 2008-ci ildə hərbi-tibb təhsilini başa vuraraq, baş leytenant kimi Şəmkir korpusunda həkimlik fəaliyyətinə başlamışdır. 2009-2013-cü illərdə Füzuli rayonunda xidmət etmiş, daha sonra isə Cəlilabad korpusunda işləmişdir. Elə oradan da Əfqanıstana ezam edilərək 6 ay sülhməramlı taborda hərbi həkim kimi xidmət etmişdir. Anar Məmmədov Əfqanıstandan qayıtdıqdan sonra Ağcabədi, Beyləqan, Qusar korpuslarında, 2018-ci ildən isə tibbi xidmət kapitanı kimi Bakı şəhərində Pirəküşkül hərbi hissəsində xidmətini davam etdirmişdir. 2016-cı ildə Lələtəpə döyüşlərində iştirak edərək xidməti ləyaqət və sədaqət göstərmişdir. Azərbaycan Ordusunun tibb xidməti kapitanı olan Anar Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin, Xocavəndin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə yaralı hərbçiləri döyüş meydanından çıxararaq hərbi qulluq vəzifəsini ləyaqətlə yerinə yetirmişdir. Noyabrın 3-də Qubadlı döyüşləri zamanı şəhid olub. II Fəxri Xiyabanda dəfn olunub. Subay idi. Azərbaycan Respublikası Prezidentinin Sərəncamlarına əsasən Məmmədov Anar Kərəm oğlu ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.
Nəsirov İlyas Arzuman oğlu
Nəsirov İlyas Arzuman oğlu 1985-ci il iyul ayının 4-də Beyləqan rayonunun Milabad qəsəbəsində anadan olub. Əslən Cəbrayıl rayonunun Süleymanlı kəndindəndir. 1992-ci ildə Vilayət Cəfərov adına Milabad kənd orta məktəbinə getmiş, 2002-ci ildə orta məktəbi bitirərək həqiqi hərbi xidmətə çağırılmışdır. Uşaq yaşlarından hərbiyə böyük həvəsi olan İlyas hərbi xidmətdə olarkən intizamı, səliqə-sahmanı ilə seçilmişdir. Hərbi hissənin kəşfiyyatçı bölümündə xidmət edib. 2007-ci ildən müxtəlif hərbi yönümlü kurslarda kəşfiyyatçılığın sirlərinə yeyələnib, bu sahədə fəaliyyətini uğurla davam etdirmişdir. Xidmət etdiyi illərdə "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" , "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" , "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalları, III dərəcəli "Qüsursuz xidmətə görə" , "İgidliyə görə" medalları ilə təltif olunmuşdur. İlyas Nəsirov 2016-cı ilin Aprel döyüşlərində də iştirak etmişdir. Aprel döyüşlərindən sonra İlyas NATO-nun xüsusi təyinatlı kurslarında təlim keçmişdir. Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin giziri 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin, Cəbrayılın və Qubadlı rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Oktyabr ayının 21-də Qubadlı döyüşləri zamanı şəhid olub. Beyləqan rayonu Milabad kənd qəbiristanlığında dəfn edilmişdir. Ailəli idi, üç övladı yadigar qalıb. Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə ölümündən sonra “Azərbaycan bayrağı” ordeni, "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilmişdir.
Hüseynov Məhəmməd Alik oğlu
Hüseynov Məhəmməd Alik oğlu 1993-cü il oktyabrın 28-də Beyləqan rayonunun Bahar qəsəbəsində anadan olub. Əslən Cəbrayıl rayonunun Horovlu kəndindəndir. Məhəmməd Hüseynov Sərdar İmrəliyev adına Bahar kənd orta məktəbini bitirdikdən sonra Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Xüsusi təyinatlı dəstəsində (XTD) həqiqi hərbi xidmət keçmişdir. Hərbi xidməti başa vurduqdan sonra könüllü olaraq müddətdən artıq hərbi qulluqçu kimi xidmətini davam etdirmişdir. Xidmət etdiyi müddət ərzində xüsusi kurslardan keçmişdir. Bir sıra döyüş və kəşfiyyat əməliyyatlarında iştirak etmiş, 2016-cı il aprel döyüşlərində fərqlənərək komandanlığın təşəkkür və təriflərini qazanmışdır. Baş çavuş olan Məhəmməd Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində Cəbrayıl istiqamətində gedən döyüşlər zamanı oktyabr ayının 8-də şəhidlik zirvəsinə ucalıb. Beyləqan rayonunun Bahar qəsəbəsindəki qəbiristanlıqda dəfn olunub. Ailəli idi. Bir övladı yadigar qalıb. Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə Məhəmməd Hüseynov ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilmişdir.
Hüseynli Şahin Vaqif oğlu
Hüseynli Şahin Vaqif oğlu 1995-ci il mayın 4-də Beyləqan şəhərində anadan olub. Əslən Cəbrayıl rayonunun Süleymanlı kəndindən olan Şahin 2002-2013-cü illərdə Beyləqan şəhərində R.Abbasov adına 4 nömrəli tam orta məktəbdə təhsil alıb. 2013-cü ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında həqiqi hərbi xidmətə yollanıb. Hərbi xidməti bitirdikdən sonra 2016-cı ildə yenidən vətənə xidmət etmək arzusu ilə tankçı hazırlayan kursda oxuyub. Azərbaycan Ordusunun kiçik çavuşu olan Şahin Hüseynli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Sentyabr ayının 27-də Füzuli döyüşləri zamanı şəhid olub. Beyləqan şəhərində dəfn olunub. Subay idi. Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə Şahin Hüseynli ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", “III dərəcəli hərbi xidmətə görə”, “Cəsur döyüşçü” medalları ilə təltif edilmişdir.
Mirzəyev Elyar Cəlal oğlu
Mirzəyev Elyar Cəlal oğlu 1984-cü il sentyabrın 6-da Beyləqan rayonunun Bahar qəsəbəsində dünyaya gəlib. Əslən Cəbrayıl rayonunun Horovlu kəndindəndir. O, 1990-cı ildə Sərdar İmrəliyev adına Bahar tam orta məktəbin 1-ci sinfinə daxil olub, 2001-ci ildə həmin məktəbi bitirib. Uşaqlıqdan futbola xüsusi marağı və həvəsi olan Elyar oxuduğu illər ərzində Bahar futbol komandasında çıxış edərkən kapitanı olduğu komanda məktəblilər arasında keçirilən çempionatlarda birincilik qazanıb. Elyar artıq professional futbolçu kimi tək Beyləqanda yox, ölkə futbolunda da tanınan sima idi. 2002-ci ilin oktyabr ayında Beyləqan rayon hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılan Elyar Ədliyyə Nazirliyinin Penitensiar xidmətində hərbi xidmətdə olub. 2016-cı ildə sənədlərini "Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı" kursuna verir. Kursu uğurla bitirən Elyar Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissənin "Həmlə" taborunda pulemyotçu kimi xidmətə başlayıb. Elyar qısa müddət ərzində peşəkar hərbçi kimi formalaşır, dəfələrlə fəxri fərman və təşəkkürnamələr ilə təltif olunur. 2020-ci ilin 27 sentyabrından başlayan Vətən müharibəsində Elyarın döyüş yolu cəbhənin Füzuli istiqamətindən başlayır. Təmsil etdiyi "Həmlə" taborunun tərkibində döyüşlərə qatılan Elyar elə ilk günlərdən xüsusi qəhrəmanlığı ilə fərqlənir. O, müharibənin birinci günündə düşmənin illərlə möhkəmləndiyi "Ohanyan" xətti adlandırılan istehkamı keçib, bir neçə kəndin işğaldan azad edilməsində iştirak edir. Füzuli, Cəbrayıl və Ağoğlan (Hadrut) istiqamətində gedən döyüşlərin fəal iştirakçısı olan Elyar pulemyotçu kimi işinin öhdəsindən peşəkarlıqla gəlir. O, dəfələrlə özünü təhlükəyə ataraq, döyüş anında atəş altında qalan yaralı yoldaşlarını qorxmadan, igidcəsinə xilas edib. Daim düşmənin hədəfində olan qəhrəman pulemyotçumuz oktyabrın 14-də səhər saatlarında Ağoğlan istiqamətində yerləşən Şaban dağının ətəklərində başlayan açıq döyüşdə snayper gülləsinə tuş gələrək şəhidlik zirvəsinə ucalıb. Elyar oktyabrın 16-da Bahar qəsəbəsində dəfn edilib. Ailəli idi, 2 övladı yadigar qalıb. Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.
Hüseynov Ruslan Vəli oğlu
Hüseynov Ruslan Vəli oğlu 1988-ci il may ayının 10-da Beyləqan rayonunun Bahar qəsəbəsində anadan olub. Əslən Cəbrayıl rayonun Böyük Mərcanlı kəndindəndir. 2006-cı ildə bahar qəsəbəsindəki orta məktəbi bitirdikdən sonra 2007-ci ildə həqiqi hərbi xidmətə yollanıb. Hərbi xidmətini başa vuran Ruslan 2013-cü ildə hərbi vəzifəsini davam etdirmək üçün kursa qəbul olunub. Kursu uğurla başa vuraraq 2014-cü ildə kəşfiyyatçı kimi xidmətə başlamışdır. Xidməti dövründə fəxri fərman və mükafatlara layiq görülmüşdür. 2016-cı ildə aprel döyüşlərinin ən fəal iştirakçısı olmuş, öndə gedən kəşfiyyatçı kimi öz missiyasını şərəflə yerinə yetirmişdir. Azərbaycan Ordusunun kiçik çavuşu olan Ruslan Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayıl, Füzuli, Xocavənd, Zəngilan və Qubadlının işğaldan azad edilməsində xüsusi qəhrəmanlıq göstərmişdir. Ruslan Hüseynov noyabrın 1-də Xocavənd döyüşləri zamanı Qırmızıbazar istiqamətində gedən döyüşlərdə şəhid olub. Beyləqan rayonu, Bahar qəsəbəsində dəfn olunub. Subay idi. Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Quliyev Hətəmxan Məti oğlu
Quliyev Hətəmxan Məti oğlu 1990-cı il mart ayının 24-də Sumqayıt şəhərində anadan olub. Əslən Cəbrayıl rayonunun Hovuslu kəndindəndir. 1997-2006-cı illərdə Sumqayıt şəhərində 4 saylı tam orta məktəbdə, 2006-2008-ci illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 2008-2012-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsilini davam etdirib. Hətəmxan Quliyev 2012-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin Goranboy rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmət edib. 2016-cı ilin Aprel döyüşlərinin fəal iştirakçısı olub. Bir müddət Mingəçevir şəhərindəki hərbi hissədə tabor komandirinin müavini, daha sonra isə qərargah rəisi vəzifəsində çalışmışdır. 2019-cu ildə öz istəyi ilə təyinatını Tərtər rayonunda yerləşən hərbi hissəyə almışdır. Azərbaycan Ordusunun kapitanı olan Hətəmxan Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Tərtər rayonunun Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Sentyabr ayının 29-da Suqovuşan döyüşləri zamanı şəhid olub. Noyabrın 24-də II Fəxri Xiyabanda dəfn olunub. Ailəli idi. Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.
Budaqov Rəşad Ramiz oğlu
Budaqov Rəşad Ramiz oğlu 1986-cı il martın 13-də Yevlax şəhərində anadan olub. Əslən Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndindəndir. 1993-2004-cü illərdə doğulduğu şəhərdəki 4 saylı məktəbdə oxuyub. 2004-cü ildə Heydər Əliyev adına Ali hərbi məktəbə daxil olmuş, 2008-ci ildə ali təhsilli tankçı zabit qismində Azərbaycan ordusunda leytenant rütbəsi ilə tağım komandiri kimi xidmətə başlamışdır. Sonrakı illərdə bölük komandiri, taborun qərargah rəisi, tabor komandiri, Yevlaxdakı N saylı hərbi hissədə briqada komandirinin maddi texniki təminat üzrə müavini vəzifələrində çalışmış, mayor rütbəsinə qədər yüksəlmişdir. Xidməti vəzifəsi ilə əlaqədar müxtəlif vaxtlarda cəbhənin ayrı-ayrı istiqamətlərində - Füzuli, Ağcabədi, Bərdə və Goranboy rayonlarında əsgər və zabitlərlə birgə fəaliyyət göstərmişdir. 2016-cı ildə Ağdam istiqamətində gedən döyüşlərdə düşmənin hərbi texnikalarının sıradan çıxarılmasında qəhrəmanlıq göstərmişdir. Milli orduda xidmət etdiyi illərdə “Hərbi xidmətdə fərqlənməyə görə”, “Qüsursuz xidmətə görə”, “Azərbaycan silahlı qüvvələrinin 90 illiyi”, “Azərbaycan silahlı qüvvələrinin 95 illiyi”, “Azərbaycan silahlı qüvvələrinin 100 illiyi” medalları ilə təltif olunmuşdur. Azərbaycan Ordusunun mayoru olan Rəşad Budaqov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə fəal iştirak edib. Sentyabr ayının 28-də Talış kəndi və Suqovuşanın yaxınlığındakı yüksəkliklər uğrunda gedən döyüşlər zamanı şəhid olub. Yevlaxdakı Şəhidlər Xiyabanında dəfn olunub. Ailəli idi. 2 qız övladı yadigar qalıb. Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə ölümündən sonra "Vətən uğrunda" medalı və "Rəşadət" ordeni ilə təltif edilmişdir.
Süleymanov Abdulla Telman oğlu
Dövlət Sərhəd Xidmətinə məxsus hərbi helikopterin Xızı rayonu ərazisində təlim uçuşlarını yerinə yetirərkən qəzaya uğraması nəticəsində şəhid olan hərbçimiz leytenant Süleymanov Abdulla Telman oğlu 28 iyun 1999-cu ildə Bakı şəhərində anadan olub. Əslən Cəbrayıl rayonunun Çərəkən kəndindən olan Abdulla ailəsi ilə birlikdə Bakı şəhəri, Memarlıq və İnşaat Universitetinin 2 saylı yataqxanasında məskunlaşıb. 2005-ci ildə M.Mehdizadə adına Cəbrayıl şəhər tam orta məktəbin 1-ci sinfinə daxil olub, 2015-ci ildə Aşıq Dirili Qurbani adına Soltanlı kənd tam orta məktəbini bitirib. Orta təhsilini tamamladıqdan sonra Dövlət Sərhəd Xidməti Akademiyasına daxil olub, 2020-ci ildə həmin akademiyada Aviasiya ixtisası üzrə təhsilini başa vurub. Təhsilini tamamladıqdan sonra Səngəçalda yerləşən hərbi hissədə leytenant kimi fəaliyyətə başlayıb. 44 günlük Vətən müharibəsində Qubadlı və Zəngilanın rayonlarının azad olunması uğrunda döyüşlərdə fəal iştirak etmiş, xidmətlərinə görə diplomla təltif edilmişdir. 30 noyabr 2021-ci il tarixdə "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən helikopterin qəzaya uğraması nəticəsində şəhid olmuşdur. Bakı şəhəri ikinci Fəxri Xiyabanda dəfn olunub. Subay idi. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ölümündən sonra Süleymanov Abdulla Telman oğlu “Hərbi Xidmətdə Fərqlənməyə görə” medalı ilə təltif edilmişdir.
Yolçuzadə Nizami Vahid oğlu
Kapitan Yolçuzadə Nizami Vahid oğlu 10 aprel 1990-cı ildə Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində anadan olub. Orta təhsilini Cəbrayıl rayonunun 8 nömrəli tam orta məktəbində alan Nizami oxuduğu müddətdə savadı, yüksək vətənpərvərliyi ilə müəllim və şagirdlərin sevimlisinə çevrilmişdi. Vatənə olan bu sevgi onu 2007 -ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə gətirmişdir. Ali hərbi məktəbi uğurla bitirdikdən sonra təyinatı üzrə zabit olaraq Milli Ordu sırasına qatılmış, xidməti dövründə xarakterində yer alan yüksək vətənpərvərlik hissini öz əsgərlərinə aşılamış və bütün şəxsi heyətin rəğbətini qazanmışdır. Nümunəvi xidmətlərinə görə Müdafiə Nazirinin 23.05.2016-cı il tarixli 095t nömrəli əmri ilə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi", 20.06.2019-cu il tarixli 079t nömrəli əmri ilə "100 illik yubiley" meddalları və 26.06.2019-cu il tarixli 0153 nömrəli əmri ilə "Qüsursuz xidmətə görə III dereceli medalı" ilə təltif olunmuşdur. Kapitan rütbəsinə qədər yüksələn Yolçuzadə Nizami Tabor komandirinin müavini vəzifəsində çalışırdı.
Yolçuzadə Nizami Vahid oğlu 18 iyun 2022-ci ildə Naxçıvan Muxtar Respublikası ərazisində xidməti vəzifəsini həyata keçirən zaman həlak olmuşdur. Biləsuvar rayonu ərazisindəki 3 saylı qəsəbədə salınmış Şəhid məzarlığında dəfn edilib. Ailəli idi, iki azyaşlı övladı var. Azərbaycan Respublikası Müdafiə Naziri cənab Zakir Həsənovun 19 iyul 2022-ci il tarixli 1/Y-10 nömrəli əmri ilə “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Kapitan Yolçuzadə Nizami Vahid oğlu “Şəhid”, onun ailəsi isə “Şəhid ailəsi” hesab edilmişdir.
Hümbətov Ravil Mübariz oğlu
Hümbətov Ravil Mübariz oğlu 10 yanvar 1987-ci ildə Cəbrayıl şəhərində anadan olub. Məcburi köçkünlüklə əlaqədar olaraq 1994-cü ildə Bakı şəhəri, Yasamal rayonundakı 286 saylı məktəbin birinci sinfinə qədəm qoyub. 2005-ci ildə Bakı şəhəri A.İ.Məmmədov adına 38 saylı tam orta məktəbin XI sinfini bitirərək tam orta təhsil alıb.
2007-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə qəbul olunub. 2011-ci ildə həmin universiteti bitirərək ali təhsil alıb. 2011-2012-ci illərdə hərbi xidmətdə olmuşdur. Sonradan könüllü olaraq hərbi qüvvələrdə müddətdən artıq hərbi qulluqda olmuş, bu müddətdə hərbi kurslarda olaraq leytenant rütbəsi almışdır. 44 günlük Vətən müharibəsində iştirak etmişdir.
Bu ilin mayında könüllü olaraq əməliyyat (komando) hərbi hissələrində müddətdən artıq həqiqi hərbi xidmətə daxil olub.
Ravil Hümbətov 2022-ci il sentyabrın 12-də Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhid olub. 14 sentyabr 2022-ci ildə II Fəxri Xiyabanda dəfn olunub. Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni və “Vətən uğrunda” medalı ilə təltif edilmişdir. VAiləlidir 2 qız övladı var.