Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi


    Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi rayon mərkəzindən 35 km cənub-şəqrdə, Araz çayına yaxın düzənlikdə yerləşır.
    Kəndin ümumi sahəsi 1605 hektar, kənd təsərrüfatına yararlı sahəsi 1134 hektar, ondan hazırda 726 hektarı Azərbaycanın nəzarətindədir. 630 ha qışlaq və  249 ha yaylaq sahəsi isə  kəndən kənardadır.
    Kənd 23 avqust 1993-cü il tarixində Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdır.
   İşğala qədər kənddə 1075 nəfər əhali, 283 ev təsərrüfatı qeydə alınmış, orta məktəb, klub, kitabxana, feldşer–mama məntəqəsi, poçt, icra nümayəndəliyi, kolxozun binası, un dəyirmanı, hevandarlıq fermaları, anbar mövcud olmuş və işğal nəticəsində onların hamısı dağıdılmışdır. Kəndin əhalisi əsasən üzümçülük, taxılçılıq, heyvandarlıq və baramaçılıqla məşğul olmuşdur.
    İşğaldan sonra 01.01. 2017-cı il tarixinə kəndin təsərrüfatbaşına uçot kitabında mövcud olan 418 ev təsərrüfatı və 1447 nəfər əhali hazırda  Respublikanın 21 şəhər və rayonunda məskunlaşmışlar.

Keçidlər