Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayon İcra Hakimiyyəti yanında Apellyasiya Şurasının katibliyinin yaradılması haqqında

 

“Yerli icra hakimiyyəti orqanlarının Apellyasiya Şuraları haqqında Nümunəvi Əsasnamə”nin 4.4-cü bəndində Apellyasiya Şurasının cari fəaliyyətinin təşkili üçün Apellyasiya Şurasının katibliyinin (bundan sonra katiblik) yaradılır.
Odur ki, "Əsasnamə"nin 4.4-cü bəndinə uyğun olaraq rayon İcra Hakimiyyəti yanında Apellyasiya Şurasının sədrinin təklifini nəzərə alaraq

                                                                                             Qərara alıram:

     1. Cəbrayıl rayon İcra Hakimiyyəti yanında Apellyasiya Şurasının cari fəaliyyətinin təşkili üçün aşağıdakı tərkibdən ibarət katiblik yaradılsın:

        Sucəddin Yusifov     – Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş  şöbəsinin müdiri, vətəndaşların müraciətləri üzrə 

                                               vahid informasiya sisteminin istifadəçisi

         Fərimə Məmmədova  – Hüquq şöbəsinin  məsləhətçisi

         Faiq Mehdiyev         – Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş  şöbəsinin məsləhətçisi, vətəndaşların müraciətləri
                                               üzrə vahid informasiya sisteminin istifadəçisi
                                   
      2. Katiblik öz fəaliyyətini “Yerli icra hakimiyyəti orqanlarının Apellyasiya Şuraları haqqında Nümunəvi Əsasnamə”yə  uyğun qursun.
    3. Şuranın sədrinə tapşırılsın ki, katibliyin işini düzgün əlaqələndirsin və Şuraya daxil olan müraciətlərin prosedur qaydalarına uyğun qeydiyyata alınması, müzakirəyə hazırlanması, vaxtında baxılması müddətlərinə ciddi nəzarət etsin və Şurada baxılan şikayətlərin nəticəsi barədə Rayon İcra Hakimiyyətinin başçısına yarımillik və illik arayış təqdim etsin.

     Cəbrayıl rayon İcra Hakimiyyətinin
                                                       başçısı:                                      Mahmud Quliyev

     Cəbrayıl (Biləsuvar) 4 saylı qəsəbə

Keçidlər