Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl Rayon İcra Hakimiyyəti başçısının “31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü” və “Yeni il” bayramı münasibəti ilə təbriki

31 dekabr 2021 | 16:00

  Hörmətli Həmvətənlər!
         Əziz Cəbrayıllılar!
    
       Sizi  “31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü” və “Yeni il” bayramı münasibəti ilə səmimi qəlbdən təbrik edir, uzun ömür və xoşbəxtlik arzulayıram.
Yola saldığımız 2021-ci il ölkəmiz üçün ən uğurlu illərdən biri olub. Regionların sosial-iqtisadi inkişafı, əhalinin rifah halının yaxşılaşması, Ali Baş Komandanın rəhbərliyi ilə Müzəffər Ordumuzun Vətən müharibəsində əldə etdiyi tarixi Zəfərin möhkəmləndirilməsi, işğaldan azad edilən şəhər və rayonlarımızda böyük infrastruktur layihələrin həyata keçirilməsi istiqamətində ardıcıl tədbirlər görülüb.
     Sevindirici haldır ki, bu il xalqımız əlamətdar bayramları qalib ölkənin vətəndaşları kimi qeyd edir. Bu il bayramı qalib ölkə vətəndaşları olaraq qeyd ediriksə, buna görə Müzəffər Ali Baş Komandana, Azərbaycanın qüdrətli ordusuna, Azərbaycanın mərd, cəsur, igid oğullarına, Vətən uğrunda canını fəda edən şəhidlərimizə, sağlamlığını torpaqlarımızın bütövlüyü naminə itirən qazilərimizə borcluyuq. Bütün şəhidlərimizi ehtiramla yad edir, Uca Tanrıdan onlara rəhmət, qazilərimizə Allahdan şəfa diləyirəm.
     Bir daha əlamətdar bayram münasibətilə xalqımızı, rayon sakinlərini təbrik edir, müstəqil Azərbaycanın çiçəklənməsi naminə gələcək işlərinizdə Sizlərə yeni nailiyyətlər arzulayıram.
    Qarşıdan gələn 2022-ci il ölkəmizə əmin-amanlıq, uğur və  bərəkət gətirsin.
     Bayramınız mübarək!
    
       Hörmətlə,

 Cəbrayıl Rayon İcra

 Hakimiyyətinin başçısı                          Kamal Həsənov

Keçidlər