Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayonunda arıçılıq inkişaf edir

20 oktyabr 2021 | 16:00

      Arıçılıq Azərbaycanda çox qədim tarixə və ənənəyə malikdir. Ölkəmizin əlverişli iqlimi, zəngin bitki örtüyü iqtisadi cəhətdən gəlirli olan bu sahənin inkişafını şərtləndirən başlıca amillərdəndir. Xalqımızın arıçılıq sahəsindəki ənənələri hazırda uğurla davam və inkişaf etdirilir. Azərbaycanın regionlarında arıçılıq sahəsində tarixən mövcud olan ənənələri dirçəltməklə, həmçinin təbiətin imkanlarından bəhrələnməklə təbii bal istehsalını əhəmiyyətli dərəcədə artırmaq mümkündür. Eyni zamanda arıçılığın inkişafı kənd yerlərində məşğulluğun təmin edilməsi və əhalinin gəlirlərinin artımı baxımından mühüm əhəmiyyət kəsb edir.
      Rayonumuzda aqrar bölmənin gəlirli təsərrüfat sahələrindən biri də arıçılıqdır. Ölkəmizdə kənd təsərrüfatının digər sahələri kimi, arıçılığın inkişafına da göstərilən dövlət dəstəyi rayonda bu təsərrüfat sahəsinə marağı artırıb.
Cəbrayıl rayonunda arıçılıqla 103 arıçı məşğul olur. Onların təsərrüfatlarında 1394 arı ailəsi var. 2021-ci ildə 1356 arı ailəsinin hər bir pətəyindən orta hesabla 5 kq olmaqla 6780 kq bal istehsal edilmişdir.
      Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 18 sentyabr tarixli 400 nömrəli qərarı ilə təsdiq edilmiş “Arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiya verilməsi qaydası”na uyğun olaraq bu il 17 kənd ərazi dairəsi üzrə 103 arıçının 1394 arı ailəsinin hər birinə (pətəklərin sayına görə)10 manat subsidiya  verilmişdir. Arıçılığın inkişafı ilə bağlı fermerlər arasında mütəmadi olaraq maarifləndirici söhbətlər aparılır.

 

Keçidlər