Şriftin ölçüsü :

Saytın rəngi :

Yaşasaydı 20 yaşı olardı

14 sentyabr 2021 | 16:00

   Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda başlamış Vətən müharibəsində canından keçən qəhrəman  Vətən övladlarından olan Əlizadə Nicat Qorxmaz oğlunun sentyabr ayının 15-i doğum günüdür. Əlizadə Nicat Qorxmaz oğlu 15 sentyabr 2001-ci ildə Sumqayıt şəhərində anadan olub. Əslən Cəbrayıl rayonunun Tinli kəndindən olan Nicat ilk təhsilini Sumqayıt şəhərində fəaliyyət göstərən Qubadlı rayon, Hal kənd tam orta məktəbində almışdır. 2016-cı ildə Biləsuvar rayonu ərazisində salınmış 11 saylı qəsəbədə fəaliyyət göstərən V.İsmayılov adına Çərəkən kənd tam orta məktəbinin ümumi orta təhsil pilləsini bitirərək Cəbrayıl rayon 131 nömrəli Peşə məktəbində təhsilini davam etdirmişdir. Peşə təhsilini başa vurduqdan sonra 2019-cu il oktyabr ayının 2-də həqiqi hərbi xidmətə çağırılmışdır. Hərbi xidmətini Tərtər rayonunda atıcı, sanitar təlimatçı kimi yerinə yetirən Əlizadə Nicat 07 oktyabr 2020-ci il tarixdə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda başlamış Vətən müharibəsində Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Subay idi. Biləsuvar rayonu ərazisindəki 3 saylı qəsəbədə salınmış Şəhidlər məzarlığında dəfn edilmişdir. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Əlizadə Nicat Qorxmaz oğlu ölümündən sonra “Vətən uğrunda” və "Suqovuşanın  azad olunmasına görə" medalları ilə təltif edilmişdir. Ruhunuz qarşısında baş əyirik! Allahdan bütün Şəhidlərimizə rəhmət diləyirik!

Keçidlər