Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıllılar vaksinasiyada fəal iştirak edirlər

18 avqust 2021 | 16:00
 
Koronavirus (COVİD-19) pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkəmizdə həyata keçirilən tədbirlər çərçivəsində Cəbrayıl rayonunda da əhalinin infeksiya əleyhinə vaksinasiya prosesi uğurla davam etdirilir. Cəbrayıl Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsində aparılan vaksinasiya prosesində Azərbaycan Respublikası Nazirlər Kobineti yanında Operativ Qərərgah tərəfindən müəyyən edilmiş tələb və qaydalara ciddi riayət edilir. 18 avqust  2021-ci il tarixə kimi Biləsuvar rayonu ərazisində Cəbrayıllı məcburi köçkünlər üçün salınmış qəsəbələr və Cocuq Mərcanlı kəndi üzrə yaşı 18-dən yuxarı olan vətəndaşlara ümumilikdə 12676 doza vaksin vurulub. Vaksin olunanlardan 7206 nəfəri koronavirus infeksiyasına qarşı birinci, 5470-i isə  ikinci doza peyvənd olunanlardır. 
Rayon əhalisi ölkə rəhbərliyinə insanlar üçün vaksinasiyanın əlçatanlığını təşkil etdiyinə görə minnətdarlıqlarını bildirirlər.
Vaksinasiya prosesi uğurla davam etdirilir.

 

 
 
Keçidlər