Şriftin ölçüsü :

Saytın rəngi :

“Zəfər yolunda” kitabının təqdimat mərasimi keçirilmişdir

14 iyul 2021 | 16:00

    13 iyul 2021-ci il tarixdə 44 günlük vətən müharibəsində igidlik göstərərək, şəhidlik zirvəsinə ucalmış, həmyerlilərimizin şərəfli döyüş yolundan bəhs edən “Zəfər yolunda” kitabının təqdimat mərasimi keçirilmişdir.
   Tədbirdə Cəbrayıl rayon İcra hakimiyyətinin başçısı Kamal Həsənov, Milli Məclisin deputatı Ceyhun Məmmədov, rayonun ictimaiyyətinin nümayəndələri, şəhid ailələrinin üzvləri, qarabağ əlilləri iştirak edirdi.
   Çıxış edənlər Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi ilə ordumuzun keçdiyi şərəfli döyüş yolundan danışmış, bu kitabın onların qəhrəmanlıqlarının gələcək nəsillərə çatdırılmasında müstəsna rol oynayacağını qeyd etmişlər.
   Kitabın müəlliflərinə Cəbrayıl rayon İcra hakimiyyətinin “Fəxri Fərmanları” təqdim edilmişdir.
    Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik.

Keçidlər