Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayonunda barama tədarükü başa çatıb

11 iyun 2021 | 16:00

Bu il Cəbrayıl rayonunda 125 qutu ipəkqurdu rayonun 110 kümdarına paylanmışdır. Kümçülərin gərgin əməyi nəticəsində 29 may tarixindən başlanmış barama tədarükü 7 iyun tarixində başa çatmışdır.
Baramanın  əvvəlcədən növlər üzrə çeşidlənməsi, məhsulun keyfiyyəti əsasında  qəbulu, düzgün qiymətləndirilməsi işləri təşkil olunmuş, “Azəripək” MMC-nin nümayəndəsinin və kümçülərin iştirakı ilə tərtib olunmuş qayimə əsasında təhvil verilməsi təmin edilmişdir. Mövsümün ilk günlərində “Azəripək” MMC-nin səyyar qəbul məntəqəsinə ümumilikdə 5000 kq proqnoza qarşı 5604 kq yaş barama təhvil verilmişdir.

 

Keçidlər