Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayonunda vaksinasiya prosesi uğurla davam etdirilir

04 iyun 2021 | 16:00
     Koronavirus (Covid-19) pandemiyasının qarşısının alınması məqsədi ilə Respublikamızın bütün bölgələrində olduğu kimi Cəbrayıl rayonunda da əhalinin peyvənd olunması kampaniyası uğurla davam etdirilir. Rayonda infeksiyaya qarşı mübarizə məqsədilə əhalinin peyvənd olunması prosesinin yüksək keyfiyyətlə təşkil edilməsi üçün bütün zəruri tədbirlər görülür. Cəbrayıl rayon Mərkəzi Xəstəxanasında sıxlığın qarşısının alınması, vaksinasiya prosesinin daha da sürətləndirilməsi məqsədilə əhalimizin sıx məskunlaşdığı Biləsuvar rayonu ərazisində Cəbrayıllı məcburi köçkünlər üçün salınmış 11 qəsəbədə və C.Mərcanlı kəndində səyyar məntəqələr yaradılıb.
    04 iyun 2021-ci il tarixə kimi Biləsuvar rayonu ərazisində Cəbrayıllı məcburi köçkünlər üçün salınmış qəsəbələr və Cocuq Mərcanlı kəndi üzrə vətəndaşlara ümumilikdə 7144 doza vaksin vurulub. Onlardan birinci mərhələ üzrə peyvənd olunanların sayı 4303, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 2841 nəfərdir.
    Sakinlərimizə peyvənd olunmağı tövsiyə edir və sağlamlıq arzulayırıq.
 
 
 
Keçidlər