Şriftin ölçüsü :

Saytın rəngi :

“Müstəqilliyimiz əbədidir” adlı rəsm müsabiqəsi keçirilmişdir

28 may 2021 | 16:00

       Cəbrayıl rayon Gənlər və idman idarəsi və rayon Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə 28 may Respublika günü münasibəti ilə rayonun ümumtəhsil məktəblərinin şagirdləri arasında “Müstəqilliyimiz əbədidir” adlı rəsm müsabiqəsi keçirilmişdir.
    Uşaqlar və yeniyetmələrə vətənpərvərlik, dövlətçilik ənənələrinə sadiqlik hisslərinin aşılanması, zövq və yaradıcılıq duyğularının formalaşdırılması, habelə böyüməkdə olan nəslin rəssamlıq sənətinə marağının stimullaşdırılması məqsədi ilə keçirilən müsabiqədə rayonun 41 ümumtəhsil məktəbindən 2 yaş (13-14, 15-16) qrupu üzrə təşkilat komitəsinə 41 rəsm təqdim olunmuşdur.
     Təqdim olunan rəsmlər içərisindən hər yaş qrupundan 5 şagird qalib elan edilərək Gənclər və idman idarəsinin və Təhsil şöbəsinin fəxri fərmanları, iştirakçılar isə təşəkkürnamə ilə təltif olunmuşlar.

 

Keçidlər