Şriftin ölçüsü :

Saytın rəngi :

Şuşa şəhərində şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş “Xarıbülbül” musiqi festivalı keçirilmişdir

14 may 2021 | 16:00
12-13 may 2021-ci il tarixdə Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhəri “Xarıbülbül” musiqi festivalına ev sahibliyi etdi. Qədim mədəniyyət beşiyi olan Şuşa 29 ildən sonra yenə doğmalarını, qonaqlarını qarşıladı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Şuşada Cıdır düzündə təşkil olunan “Xarıbülbül” musiqi festivalında iştirak etdilər. Tədbirdə Azərbaycanda yaşayan müxtəlif xalqların musiqi kollektivlərinin çıxışı, xalq və klassik musiqidən ibarət proqram təqdim edilmişdir.
«Xarıbülbül» musiqi festivalı Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilmişdir. Festivalın ilk günündə Azərbaycanda yaşayan müxtəlif xalqların musiqi yaradıcılığı “Azərbaycan musiqisində multikulturalizm” mövzusunda təqdim edilmişdir. Ölkəmizin müxtəlif bölgələrində yaşayan ayrı-ayrı xalqların musiqi qrupları və ifaçıları öz çıxışları ilə Azərbaycanın millətindən, dinindən asılı olmayaraq hər bir kəsin vahid vətəni olduğunu, hər bir vətəndaşın da bu torpağın müdafiəsinə hazır olduğunu nümayiş etdirmişlər. Festivalın ilk günündə əfsanəvi Bülbülün, Seyid Şuşinksinin, Xan Şuşinskinin, Rəşid Behbudovun, Şövkət Ələkbərovanın Azərbaycanı və Qarabağı vəsf edən unudulmaz ifaları səsləndirilmişdir.
 
Keçidlər