Şriftin ölçüsü :

Saytın rəngi :

Yaşasaydı 20 yaşı olardı

08 aprel 2021 | 16:00

   Respublikamızın ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman  oğullarımızdan biri olan Süleymanov Əyyub Rasim oğlunun aprel ayının 9-u doğum günüdür. O,  9 aprel 2001-ci ildə İmişli rayonunda anadan olub. Əslən Cəbrayıl rayonunun Qumlaq kəndindən olan Əyyub 2007-2016-cı illərdə Biləsuvar rayonu ərazisində salınmış, 7 saylı qəsəbədə fəaliyyət göstərən İ.Tahirov adına Mehdili kənd tam orta məktəbində 9 illik təhsil almışdır. 2016-2018-ci illərdə Cəbrayıl rayon 131 nömrəli Texniki Peşə məktəbində təhsilini davam etdirərək elektrik avadanlıqlarının təmiri üzrə elektrik montyoru ixtisasına yiyələnmişdir. Peşə təhsilini başa vurduqdan sonra 2019-cu ilin aprel ayında həqiqi hərbi xidmətə çağırılıb. Hərbi xidmətini ləyaqətlə yerinə yetirən igid əsgər Vətənin bölünməzliyi və müstəqilliyi uğrunda gedən İkinci Qarabağ savaşında 01 noyabr 2020-ci il tarixdə Laçın rayonu istiqamətindəki döyüşlər zamanı qəhrəmancasına şəhid olmuşdur. Biləsuvar rayonu ərazisindəki 3 saylı qəsəbə qəbiristanlığının “Şəhidlər məzarlığında” dəfn edilmişdir. Subay idi. Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə Süleymanov Əyyub Rasim oğlu ölümündən sonra  "Cəbrayılın azad olunmasına görə”, "Qubadlının azad olunmasına görə", “Laçının azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” və "Vətən uğrunda" medalları ilə təltif edilmişdir. Ruhunuz qarşısında baş əyirik! Allahdan bütün Şəhidlərimizə rəhmət diləyirik!

Keçidlər