Şriftin ölçüsü :

Saytın rəngi :

Erməni faşizminin fəsadları göz önündədir, dünya birliyi isə buna susur

08 fevral 2021 | 16:00

Dünyada ermənipərəst, anti-Azərbaycan, islama qarşı çıxan  dairələr bilməlidirlər ki, Ermənistan Azərbaycan torpaqlarını zəbt edərək, işğal edərək bütün regionda olan infrastrukturu dağıdıb. Füzuli şəhərində bir dənə bina yoxdur,  bircə hərbi hissənin üç-dörd mərtəbəli binasıdır. Cəbrayıl şəhərinin girəcəyində bir hərbi hissə var, Cəbrayıl şəhəri isə yoxdur. Qubadlı və Zəngilan rayonlarında sadəcə olraq bir neçə yarıdağıdılmış evlər var. Həmin evlərdən də onlar polis şöbəsi kimi, deməli hərbi baza kimi istifadə ediblər. Kəlbəcər rayonunda azərbaycanlılara məxsus evlər, mədəniyyət abidələri ermənləri vandaları tərəfindən məhv edilmişdir. Ağdam rayonunda olan xarici jurnalistlər buranı Qafqazın Xirosiması adlandırırlar, çünki erməni vandalları Ağdam ərazisində azərbaycanlılara məxsus mədəniyyət abidələrini, yaşayış məntəqələrini məhv etmişlər. Dünya birliyi bütün bunlara susmamalıdır.
Adlarını çəkdiyimiz rayonlarda yol boyunca bütün binaları dağıdıb, talan ediblər. Müasir dünya ikinci belə vəhşilik görməyib. Əliyalın insanları divan tutularaq diri-diri  yandırıblar, qadınlı-uşaqlı, ağsaqqal-yaşlı demədən güllədən keçirdiblər, körpə uşaqları belə yandırıblar. Şükürlər olsun ki, müzəffər ordumuz həmin soydaşlarımızın qısasını alıblar. Bütün binalarımızı, məscidlərimizi dağıdıblar. Uzun illər ərzində Ermənistana rəhbərlik edənlər və onların havadarları, beynəlxalq təşkiltaların o bölgələrdə olan nümayəndələri də erməni vandalizmini gizlətməyə çalışıblar. İşğal zamanı törədilmiş talançılığa, vəhşiliyə, erməni vandalizminə dünyanın diqqətini cəlb etmək üçün oraya jurnalistlər, diplomatik korpusların nümayəndələri dəvət edilir. Bütün edilənlər işıqlandırılmalıdır.
Erməni vandalizminin səbəbləri vardır:
Ermənistan rəhbərliyi hesab edirdi ki, bütün evlər yerlə-yeksan edilərsə, azərbaycanlılar o torpaqlara qayıtmayacaqlar. Amma Azərbaycanın o faciədən sonra ayağa dura biləcəyini, zəngin təbii ehtiyatlardan səmərəli şəkildə istifadə edib inkişaf edəcəyini görə bilməyiblər. Erməni faşist ideologiyasının daşıyıcılarının ürəyində azərbaycanlılara qarşı düşmənçilik var.
Azərbaycanın 44 günlük müharibədə şanlı Qələbəsi bölgə üçün, dünya üçün çox böyük əhəmiyyət daşıyır və bu barədə hər dəfə öz çıxışlarında, müsahibələrində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev öz sözünü birmənalı olaraq  deyir. Biz təkcə öz ərazi bütövlüyümüzü bərpa etməmişik, biz faşizmini məhv etmişik, bölgəmizi faşist ideologiyasından tam xilas etməsək də, onun böyük hissəsini məhv etmişik. Erməni faşizmi ən qəddar, ən təhlükəli, ən  mənfur, ən çirkin ideologiyadır və biz bu ideologiyanı məhv etdik. Zaman keçdikcə erməni xalqı da bizə minətdar olacaq ki,  onları bu bəladan xilas etmək istədik.
Azad edilmiş torpaqlarımızın bərpası ilə bağlı dövlət başçısı cənab İlham Əliyev tərəfindən bir çox mühüm qərarlar qəbul edilib, işlər aparlır. İlkin olaraq həmin ərazilərin minalardan təmizlənməsi həyata keçirilir, çünki orada xalqımız sərbəst, təhlükəsiz yaşamalıdırlar. Hər bir vətəndaşımız dövlətimiz üçün dəyərlidir. Bütün təhlükəsizlik tədbirləri yekunlaşandan sonra biz məcburi köşkünlər yenidən öz doğma eliizə-obamıza qayıdacağıq. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə dağıdılmış şəhərlər və rayonlar tezliklə elə planlı şəkildə bərpa ediləcək ki, həmin şəhərlər ölkəmizin incisi olacaqdır.

Nahid Muradov
Cəbrayıl rayon 14 saylı tam orta məktəbin tarix müəllimi

 

Keçidlər