Şriftin ölçüsü :

Saytın rəngi :

Sumqayıt Azərbaycanın, Cənubi Qafqazın ikinci böyük sənaye mərkəzidir!

16 sentyabr 2020 | 16:00

Zəngin inkişaf yolu keçərək ölkəmizin böyük sənaye mərkəzlərindən birinə çevrilən, iri müəssisələr şəbəkəsinin və müvafiq infrastrukturun formalaşması nəticəsində mədəniyyət, elm, təhsil, səhiyyə, idman və digər sahələrin tərəqqisinə güclü təkan verilən, milli dövlət quruculuğu prosesinin fəal iştirakçısı olan Sumqayıt şəhəri qazandığı naliyyətləri ilə suveren Azərbaycan Respublikasının iqtisadi qüdrətinin daha da artırılmasında yaxından iştirak edir, ölkəmizin mədəni və intellektual potensialının gücləndirilməsi naminə töhfələr verir.

Sumqayıt Azərbaycanın, Cənubi Qafqazın ikinci böyük sənaye mərkəzidir. Bir zamanlar “Gənclər şəhəri” adlanan Sumqayıt şəhəri 1949-cu ildən şəhər statusu almışdır. Şəhərin özül daşlarını düzənlər də, onun ilk sakinləri gənclər olmuşdur.

Ölkəmizin bütün sahələrində aparılan irimiqyaslı iqtisadi islahatlar, qazanılan uğurlar gənclik şəhəri Sumqayıtın da hərtərəfli və dinamik inkişafına geniş imkanlar yaratmışdır. Şəhər sakinlərinin bütün təbəqələrinin rifah halının yaxşılaşdırılmasına, sosial problemlərin həllinə, infastrukturun təkmilləşməsinə yönəldilən bütün layihələr ölkə Prezidenti İlham Əliyevin Sumqayıta olan xüsusi diqqət və qayğısı nəticəsində öz həllini tapıb və bu istiqamətdə bir çox işlər uğurla davam etdirilir.

Əldə olunan nailiyyətlər, yüksək potensialı kadrların  yetişməsi üçün qoyulan sərmayə, daha uğurlu gələcəyə zəmanət verir. İki gün öncə, 2020-ci il sentyabrın 14-də möhtərəm prezidentimiz İlham Əliyev Sumqayıt Sənaye Parkının nəzdində Peşə Təhsili Mərkəzinin açılışında çıxış edərək  kadr siyasətinin prioritetləri haqqında fikir bildirmişdir ki, bu da xalqımızın, dövlətimizin  həm siyasi, həm iqtisadi baxımından  uğurlu gələcəyə zəmanəti olaraq yüksək səslənir. Artıq Sumqayıtın potensialı daha da güclənir. Orada açılan sənaye parkı, şüşə zavodu, siqaret fabriki bunun sübutudur.        

Hazırkı dövrdə daxili tələbatların yerli məhsullar hesabına təmin olunması hər bir azərbaycanlını sevindirir. Burada Sumqayıt şəhərini, xüsusilə Sumqayıt Kimya Sənaye Parkını nümunə göstərmək olar. Son illərdə bu işləri görməklə buna böyük dərəcədə müvəffəq olunmuşdur. Yerli şirkətlərin sayının artması və eyni zamanda gənclərin həmin şirkətlərdə çalışaraq yüksək məvacib almaları sevindirici bir haldır. Hər zaman özəl sektorlara dövlət tərəfindən güzəştlər olunmuşdur. Bu günkü şirkətlərin əsas məqsədi ondan ibarət olmalıdır ki, istehsalı artıraraq məhsulları həm ölkə daxilinə, həm də ölkə xaricinə ixrac etsinlər.        

Bu gün biz inkişaf etmiş regionlarımızın timsalında yeniləşən, güclənən Azərbaycanı görürürük. Elə bir rayon yoxdur ki, orada kənd təsərrüfatı ilə yanaşı sənayemiz də inkişaf etməsin. Cənab prezidentin “Xaricdə yaşayan azərbaycanlı iş adamları da gəlib Azərbaycana vəsait qoysunlar” fikri hamımız tərəfindən çox böyük rəğbət və qürur hissi ilə qarşılandı. Azərbaycan bizim vətənimizdir, namusumuzdur, babalarımızdan bizə qalan əmanətimizdir. Biz çalışmalıyıq ki, hansı ölkədə yaşasaq da, hansı ölkədə çalışsaq da doğma vətənimizlə daima əlaqə saxlayaq və eyni zamanda kommersiya, biznes sahələrinə öz töhfəmizi verək. Əgər bütün bunlara əməl olunsa Azərbaycana investisiya axını dayanmayacaq. Bizlər inanırıq ki, cənab prezidentimizin apardığı uğurlu siyasət nəticəsində bütün bunlara nail olacağıq. 

 

Keçidlər