Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində növbəti ekskursiyaya yola düşdülər

27 mart 2019 | 16:00
   Cəbrayıl rayonunun ümumtəhsil məktəblərində təhsil alan  20 nəfər şagird  “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində  Quba-Qusar-Xaçmaz rayonlarına ekskursiyaya  yola salındılar.
    Bununla əlaqədar şagirdləri yola salma mərazisimi keçirilmişdir.
   Tədbirdə Cəbrayıl rayon icra Hakimiyyəti başçısının birinci müavini Arif Fərzəliyev, rayon Təhsil şöbəsinin müdiri Zamiq Qurbanov ,  İcra Hakimiyyəti başçısı aparatının, Təhsil şöbəsinin məsul işçiləri  və valideynlər iştirak edirdi.
    Mərasimdə  çıxış edən  Cəbrayıl rayon icra Hakimiyyəti başçısının birinci müavini Arif Fərzəliyev  tədbirdə çıxış edərək bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin gənclərə diqqət və qayğısı, qəbul edilmiş dövlət proqramlarının icrası ilə əlaqədar uşaqların, yeniyetmə və gənclərin hərtərəfli inkişafına xidmət edən müxtəlif layihələr həyata keçirilir. 
    A.Fərzəliyev  səfər  çərçivəsində şagirdlərə tanış olacaqları şəhər və rayonlarımızın tarixini, mədəniyyətini, adət-ənənələrini  dərindən öyrənmələrini tövsiyyə etdi və  xoş istirahətlər arzuladı. Məktəblilərin ölkəmizi daha yaxından tanıması üçün yaradılan bu şəraitə görə Azərbaycan Respublikasının Prezidentinə minnətdarlığını ifadə etdi.
 
 
Keçidlər