Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayonunun işğal olunmasının 25-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilmişdir

24 avqust 2018 | 16:00

    23 avqust 2018-ci il tarixdə Cəbrayıl rayonunun işğalının 25-ci ildönümü ilə əlaqədar ümumrayon anım tədbiri keçirilmişdir.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, rayon ictimaiyyətinin nümayəndələri ziyalılar, ağsaqqalar, gənclər, Şəhid ailələri, Qarabağ müharibəsi veteranları nümayəndələri iştirak edirdi.
    Tədbir iştirakçıları əvvəlcə 4 saylı qəsəbədəki “Şəhidlər” abidə kompleksi önünə toplaşaraq topaqlarımızın azadlığı uğrunda canlarından keçmiş Şəhidlərin abidələri önünə gül dəstələri düzmüş,  ruhlarını ehtiramla yad etmişlər.
    Daha sonra Cəbrayıl rayon ictimaiyyətinin nümayəndələri Beyləqan rayonu ərazisindəki “Cərgiz Peyğəmbər” ziyarətgahında və “Bahar” qəbristanlığında dəfn olunmuş Cəbrayıl rayonundan olan şəhidlərin məzarını ziyarət etdilər.
     Anım tədbiri rayon ağsaqqalarının, şəhid ailələrinin, Qarabağ müharibəsi veteranlarının və rayon ictimaiyyət nümayəndələrinin iştirakı ilə Cocuq Mərcanlı kəndində davam etdirilmişdir. Lələtəpə döyüşləri uğurunda canlarından keçmiş “Aprel şəhidlərinə xatirə” abidə kompleksini ziyarət etdikdən sonra Cocuq Mərcanlı kənd məscidinə gələn qonaqlar torpaqlarımızın bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin ruhuna dualar oxunmuş, kənd klubunda ehsan süfrəsi təşkil edilmişdir.

Keçidlər