Cəbrayıl rayonunda “5 iyun - Meliorasiya və su təsərrüfatı işçilərinin peşə bayramı günü” qeyd edildi
05 iyun 2018 | 16:00
05 iyun 2018-ci il tarixdə Cəbrayıl rayonunda “Su təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramı qeyd olundu.
Tədbirdə rayon İcra Hakimiyyətinin Başçısı Kamal Həsənov, rayon Suvarma sistemləri və SuKanal idarələrinin əməkdaşları, idarə və müəssisələrin rəhbərləri iştirak edirdi.
İştirakçılar əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək abidə önünə tər çiçəklər qoydular.
Rayonun Su təsərrüfatı idarələrinin kollektivi ilə görüşən Cəbrayıl Rayon İcra Hakimiyyətinin Başçısı “5 iyun - Meliorasiya və su təsərrüfatı işçilərinin peşə bayramı günü” münasibəti ilə onları təbrik edərək, çətin və şərəfli işlərində uğurlar arzuladı.