Şriftin ölçüsü :

Saytın rəngi :

“Xocalı Faciəsi”nin iyirmi beşinci ildönümü ilə əlaqədar anım tədbiri keçirilmişdir

24 fevral 2017 | 16:00

Cəbrayıl rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq Xocalı faciəsinin iyirmi beşinci  ildönümünün keçirilməsi ilə bağlı bir sıra silsilə tədbirlər həyata keçirilmişdir.

Faciənin iyirmi beşinci ildönümü ilə əlaqədar rayonun bütün idarə və müəssisələrində, rayon əhalisinin daha sıx məskunlaşdığı yaşayış məntəqələrində, eləcə də Biləsuvar rayonu ərazisində salınmış qəsəbələrdə anım tədbirləri, konfrans və mühazirələr təşkil edilmiş, bütün ümumtəhsil məktəblərində Xocalı faciəsinə həsr olunmuş xüsusi dərslər keçirilmişdir.

Keçirilən tədbirlərin yekunu olaraq 24 fevral 2017-ci il tarixdə 4 saylı qəsəbə klubunda Xocalı faciəsinin 25-ci ildönümü ilə əlaqədar ümumrayon anım tədbiri keçirilmişdir.

Anım tədbirində Xocalı faciəsi zamanı həlak olmuş insanların, o cümlədən torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin ruhu bir dəqiqlik sükutla yad edilmişdir.

Tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyəti başçısının müavini Fəridə İbayeva açaraq 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələrinin və keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərində azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı haqqında geniş məlumat vermişdir.

Anım tədbirində rayonun Tatar kənd və Vahid İsmayılov adına Çərəkən kənd tam orta məktəblərinin birgə hazırladığı “Xocalı harayı” adlı ədəbi-bədii kompozisiya nümayiş olunmuşdur.

Anım tədbirini rayon İcra Hakimiyyəti başçısının müavini Fəridə İbayeva yekunlaşdırmışdır.

Anım tədbirində idarə, müəssisə və təşkilatların rəhbərləri, qəsəbələrdə məskunlaşmış Xocalı sakinləri, şəhid ailələri, tam orta məktəblərin müəllim və şagirdləri və rayon ictimaiyyətinin nümayəndələri olmaqla ümumilikdə 178 nəfər iştirak etmişdir.

 

Keçidlər