Şriftin ölçüsü :

Saytın rəngi :

Şahmat turnirinin qalibləri mükafatlandırılmışdır

14 dekabr 2016 | 16:00

Cəbrayıl rayon İcra hakimiyyətinin rayon Gənclər və İdman idarəsi ilə birgə Dövlət müstəqilliyinin bərpasının 25 –ci ildönümü ilə əlaqədar təşkil etdiyi rayon məktəbləri arasında şahmat birinciliyi başa çatmışdır.
Turnirin yekunlarına həsr olunmuş tədbirdə yarışlarda fərqlənmiş komandalar və şəxsi birincilikdə yer tutmuş idmançılar mükafatlandırılmışdır. Komanda yarışlarında rayonun Vahid İsmayılov adına Çərəkən kənd orta məktəbi birinci, İsmayıl Quliyev adına Böyük Mərcanlı kənd tam orta məktəbi ikinci, Xanış Rüstəmov adına Yuxarı Mərcanlı kənd tam orta məktəbi isə üçüncü yerə layiq görülmüşlər.
   Fərdi yarışlarda isə Xanış Rüstəmov adına Yuxarı Mərcanlı kənd tam orta məktəbin şagirdi Abbasov Rəşad Elşən oğlu  birinci, Vahid İsmayılov adına Çərəkən kənd tam orta məktəbin şagirdi Şamıyev Bəhrəm İbrahim oğlu ikinci,   İsgəndər Tahirov adına Mehdili kənd tam orta məktəbin şagiri Qurbanov Əkbər Zinəddin oğlu isə üçüncü yerə çıxmışdır.
Eyni zamanda yarışlarda fərqlənmiş dirgər idmançılar və məşqçi müəllimlər də rayon Gənclər və İdman idarəsinin fəxri fərmanı ilə təltif olunmuşlar.

Keçidlər