Rayon haqqında məlumat
Cəbrayıl rayonu haqqında
MƏLUMAT
- Cəbrayıl rayonunun ərazisi 1,05 min kv.km
- Yaşayış məntəqələrinin sayı 97 (1 şəhər, 4 qəsəbə və 92 kənd)
- 08.1993-cü il tarixində ərazinin (100%-i), o cümlədən 97 yaşayış məntəqəsi (1 şəhər, 4 qəsəbə və 92 kənd) işğal edilmişdir.
- 02-04.04.2016-cı il tarixində Cocuq Mərcanlı kəndi, 04.10.2020-ci il tarixdə rayon mərkəzi və bütün yaşayış məntəqələri işğaldan azad edilmişdir
- Dövlət Statistika Komitəsinin məlumatına əsasən 01.04.2022-ci tarixə əhalinin ümumi sayı 82,550 min nəfərdir
- 2003-2007-ci illərdə Biləsuvar rayonu ərazisində salınmış 11 qəsəbədə və 2016-cı ildə tikilmiş Cocuq Mərcanlı kəndində ümumilikdə 19,374 min nəfər əhali yaşayır
- Ümummilli Lider Heydər Əliyevin 13.05.2002-ci il tarixli Fərmanına və Azərbaycan Respublikası Prezidentinin 01.07.2004-cü il tarixli Sərəncamına əsasən Biləsuvar rayonunda 4456 məcburi köçkün ailəsi üçün 11 qəsəbə, hər qəsəbədə müvafiq olaraq 1 ədəd olmaqla 11 tam orta məktəb, 11 tibb məntəqəsi, 11 məktəbəqədər təhsil müəssisəsi, 11 klub-icma mərkəzi, 115 km elektrik, 154 km içməli su xətləri və 137,1 km yol-küçə şəbəkəsi çəkilmişdir
- Biləsuvar rayonu ərazisində 4 saylı qəsəbədə Ümummilli Liderin adını daşıyan mədəniyyət və istirahət parkı salınmış, abidəsi ucaldılmışdır
- Biləsuvar rayonu ərazisində salınmış 11 qəsəbədə və Cocuq Mərcanlı kəndində olan mövcud ev təsərrüfatlarının (100%-i) hər biri qazlaşdırılmışdır
- 2003-2021-ci illərdə 41 ümumi təhsil müəssisəsində təmir-tikinti işləri aparılmış, o cümlədən 19 məktəb yeni inşa edilmiş qəsəbələrdəki məktəblərə köçürülmüş, 2 məktəb yenidən qurulmuş, köçkün qəsəbələrində tikilmiş 14 uşaq bağçası rayonun istifadəsinə verilmişdir