Şriftin ölçüsü :

Saytın rəngi :

Fiziki şəxsin üzərində patronaj təyin edilməsi

Xidmət üzrə lazım olan sənədlər

1.Fiziki şəxsin sağlamlıq vəziyyətinə görə müstəqil surətdə öz hüquqlarını həyata keçirməyə və müdafiə etməyə, öz vəzifələrini icra etməyə qadir olmadığını təsdiqləyici sənədlər
2.Patronajda olmaq istəyən fiziki şəxsin şəxsiyyət vəsiqəsinin surəti
3.Patronajda olmaq istəyən fiziki şəxsin notariat qaydasında razılıq ərizəsi
4.Fiziki şəxsin öz üzərində təyin etmək istədiyi patronunun şəxsiyyət vəsiqəsinin surəti
5.Fiziki şəxsin öz üzərində təyin etmək istədiyi himayəçinin notariat qaydasında razılıq ərizəsi
6.Patronajda olmaq istəyən fiziki şəxsin ərizəsi
 

Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar

Patronajda olmaq istəyən fiziki şəxs ərizə ilə birlikdə müvafiq sənədləri İcra Hakimiyyətinə təqdim edir;

İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası patronajda olmaq istəyən fiziki şəxsin təqdim etdiyi sənədləri yoxlayır, öz rəyi və yoxlama aktı ilə birlikdə patronaj təyin edilməsi barədə İcra Hakimiyyəti Başçısının sərəncamının layihəsini hazırlayır;

İcra Hakimiyyətinin Başçısı fiziki şəxs üzərində patronaj təyin edilməsi barədə sərəncam verir.
Keçidlər