Şriftin ölçüsü :

Saytın rəngi :

2014-cü ilin yekunu və 2015-ci ildə qarşıda duran vəzifələr barədə Cəbrayıl rayon İcra hakimiyyətinin başcısı Mahmud Quliyevin hesabatı

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirməsi nəticəsində 2014-cü il Azərbaycanın davamlı iqtisadi inkişafı, makroiqtisadi sabitliyin möhkəmləndirilməsi, əhalinin rifahının daha da yüksəlməsinin təmin olunması və ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artması sahəsində uğurlu il kimi tarixdə qaldı.
Məhz cənab Prezidentin gələcəkdə baş verə biləcək hadisələri əvvəlcədən görməsi və onu qabaqlamaq üçün həyata keçirdiyi praqmatik siyasət nəticəsində Azərbaycan bir çox qlobal problemlərdən qorunub. Belə ki, dünyada baş verə biləcək maliyyə böhranı barədə hələ 2006-cı ildə dedikləri İki ildən sonra başlandı, dünyada ərzaq qıtlığı yaranacağı barədə 2008-ci ildə bildirdiyi fikirlər də iki ildən sonra reallığa çevrildi. 2009-2010-cu illərdə neftdən asılılığın azaldılması barədə tapşırığından beş il sonra isə dünyada neftin qiyməti aşağı düşməyə başladı. Hər üç istiqamətdə hökumət lazımi tədbirlər gördü və nəticədə maliyyə böhranı ölkəmizdən yan keçdi, ərzaq təhlükəsizliyi Proqramı həyata keçirilməyə başlandı və ümumi daxili məhsul istehsalında qeyri-neft sektorunun çəkisi ilbəil artmaqdadır.
Ölkə başçısı tərəfindən aparılan bu müdrik siyasət sayəsində artıq 6 ildən çoxdur ki, davam edən, bir çox ölkələrdə siyasi, iqtisadi, sosial problemlərlə müşayiət olunan böhran prosesinə baxmayaraq Azərbaycan sürətlə inkişaf edən ölkələr sırasında olmuş, iqtisadiyyatın rəqabət qabiliyyəti artmış, nəzərdə tutulmuş bütün sosial proqramlar uğurla yerinə yetirilmişdir. Ən əsası isə Azərbaycan xalqı 2014-cü ildə də təhlükəsizlik şəraitində yaşamışdır. Dünyanı bürümüş iqtisadi və maliyyə böhranı, eyni zamanda bölgədə baş verən xoşagəlməz hadisələr, toqquşmalar Azərbaycanın inkişafına təsir etməmişdir. Bunun başlıca səbəbi ölkəmizdə ictimai-siyasi vəziyyətin sabit olması, xalqla iqtidar arasındakı birlikdir.
Cənab Prezidentin siyasətinin prioritet istiqamətlərindən olan iqtisadiyyatın şaxələndirilməsi prinsipinin nəticəsi olaraq son 5 ildə iqtisadiyyatın artımı əsasən qeyri-neft sektorunun inkişafı hesabına təmin olunmuş, ümumi daxili məhsulda qyri-neft sektorunun xüsusi çəkisi 47%-dən 60%-ə çatmışdır. Ötən il ümumi daxili məhsulun artımı 2,8%, qeyri-neft sektorunda artım 7% təşkil etmişdir.
Əvvəlki illərdə olduğu kimi ötən ildə də əhalinin rifahı yüksəlməkdə davam etmiş, inflyasiya 1,4% olduğu halda əhalinin gəlirləri 4,8% olmuş, orta aylıq əmək haqqı 4,2% artaraq 443 manata çatmışdır. Dövlət büdcəsindən sosial yönümlü xərclərə 9,9%, o cümlədən sosial müdafiə və sosial təminat xərclərinə 2,6% çox vəsait yönəldilmişdir.
Əhalinin məşğulluq səviyyəsi artmış, ümumilikdə 1 milyon 300 min, o cümlədən 2014-cü ildə 123 mindən çox yeni iş yeri yaradılmış, işsizlik səviyyəsi 4.9%, yoxsulluq səviyyəsi 5 %-ə enmişdir. Ölkə iqtisadiyyatına 2014-cü ildə 27 milyard dollar investisiya qoyulmuşdur ki, ondan da 16 milyard dollarını daxili sərmayə təşkil edir. Böhranın davam etdiyi bir şəraitdə böyük maliyyə tələb edən layihələrin icrasına baxmayaraq valyuta ehtiyatımız 50 milyard dollardan çox olmuşdur.
2015-ci il üçün icmal büdcənin gəlirləri 20 milyard 716,8 milyon manat, xərcləri 25 milyard  911 milyon manat, hərbi xərclər 27,2% artırılaraq 3 milyard 783 milyon manat proqnozlaşdırılmışdır. Həmçinin bu il təhsil xərclərinə ayrılan vəsait 3,5%, səhiyəyə ayrılan vəsait 7,2% artırılmışdır.
Ölkə başçısının daim nəzarətdə saxladığı qaçqın və məcburi köçkün problemlərinin həlli ötən ildə də prioritet məsələlər sırasında olmuşdur. 2014-cü ildə soydaşlarımızın sosial problemlərinin həlli üçün 630 milyon manat vəsait xərclənmişdir ki, bu da hər bir nəfər məcburi köçkünə təxminən 1170 manat vəsait təşkil edir. İl ərzində 4450 ailə və ya 22 min məcburi köçkün yeni mənzillərə köçürülmüşdür. Ümumilikdə indiyə qədər isə 2,8 milyon kvadratmetr yaşayış sahəsi olan 89 müasir qəsəbə və çoxmərtəbəli binalardan ibarət  müasir yaşayış kompleksi salınmış, 46 min ailənin və ya 230 min nəfər qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılmışdır.
Azərbaycanın son 11 ildə iqtisadi artımını əhali öz rifahında real görür və eyni zamanda bunu mötəbər beynəlxalq iqtisadi qurumlar da qeyd edirlər. Davos Dünya İqtisadi Formunun hesabatlarına görə, 2014-cü ildə Azərbaycan iqtisadiyyatı dünyada rəqabət qabiliyyətinə görə 38-ci yerə layiq görülmüşdür. Yəni ölkəmiz dünyanın ən rəqabətli 40 iqtisadiyyatı arasındadır.
Keçən il həm də sənaye ili kimi yadda qaldı. Cənab Prezidentin müvafiq sərəncamı ilə 2014-cü il “Sənaye ili” elan edildi, il ərzində 230-dan çox sənaye müəssisəsi yaradıldı, həmçinin bir neçə iri layihələr icra edildi. Heydər Əliyev Beynəlxalq Aeroportunun yenidən qurulması, Ələt Beynəlxalq Dəniz Ticarət Limanının bərə terminalının, Şəmkirçay su anbarının, eyni zamanda böyük sənaye müəssisələri, o cümlədən “Norm” sement zavodunun istifadəyə verilməsi təmin edilmişdir.
Dünyada neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi gəlirlərimizə mənfi təsir etməsinə baxmayaraq, iqtisadiyyatımızın şaxələndirilməsi istiqamətində görülən və bundan sonra görüləcək işlər, "Instisional islahatlar nəticəsində Azərbaycan bu vəziyyətdən də şərəflə çıxacaqdır.
Keçən il ikinci peykimiz orbitə buraxıldı. Bu kosmik sənayenin inkişafına böyük önəm verildiyini göstərir. Yeni texnologiyalar, innovasiya layihələrinə geniş həcmdə sərmayə qoyulur. Bu layihələr elmin inkişafına xidmət göstərməklə yanaşı, həmdə idarəetmə məsələlərini təkmilləşdirir və cəmiyyətdə hələ də mövcud olan xoşagəlməz halların qarşısının alınmasına xidmət edir. Bunun bariz nümunəsi olaraq əhalinin böyük fəallıqla istifadə etdiyi 7 ASAN xidmət mərkəzlərinin yaradılmasını göstərmək olar. Artıq iki il ərzində 3 milyon 500 min nəfər Azərbaycan vətəndaşı ASAN xidmətdən istifadə etmişdir. Gələcəkdə xidmətin əhatə dairəsini genişləndirmək üçün 10 yeni avtobus alınmışdır. Bu xidmət vətəndaşlara həm yenilik, rahatlıq gətirməklə yanaşı, həm də korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizədə çox ciddi dönüş yaratmışdır.
Keçən il ölkəmizin beynəlxalq əlaqələri, fəal əməkdaşlıq etdiyimiz ölkələrin sayı artmış, həm ikitərəfli, həm də çoxtərəfli uğurlu xarici siyasət aparılmışdır. Nəticədə ölkəmizin beynəlxalq nüfuzu gündən-günə artır, regional məsələlərin həllində Azərbaycanın rolu əvəzolunmazdır.  
Azərbaycan ötən il Avropa Şurası Nazirlər Kabinetinə sədrlik etdiyi dövr Avropada demokratiyanın inkişafına, insan haqlarının qorunmasına, ədalətin bərpa olunmasına çox böyük və dəyərli töhfələr vermişdir.
Multikultiralizmlə bağlı ölkəmizin təcrübəsi nadir xarakter daşıyır. Ölkəmiz öz işi ilə, aparılan siyasətlə, keçirilən tədbirlərlə ümumbəşəri dəyərlərə öz dəyərli töhfələrini vermiş, beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq etmişdir. Məhz belə əməkdaşlığın nəticəsi olaraq Azərbaycan 2011-ci ildə 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına üzv olmuşdur. Bu fakt Azərbaycanın beynəlxalq nüfuzunu əks etdirən ən gözəl göstəricidir. Artıq heç bir kənar qüvvə Azərbaycanla ultimatum dili ilə danışa bilməz.
Ölkə Prezidenti İlham Əliyev cənablarının Nazirlər Kabinetinin 2014-cü ilin sosial iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında qeyd etdiyi kimi Ermənistan münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlar prosesində imitasiya taktikasını seçmiş, Minsk qrupuna həmsədrlik edən ölkələrin dövlət başçıları və münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirməli olan nümayəndələri məsələyə ikili standartlardan yanaşdığından bu istiqamətdə heç bir irəliləyiş olmamışdır. Lakin Cənab Prezident bu məsələdə Azərbaycanın prinsipial mövqedə dayandığını, mövqeyimizi gücləndirən qüdrətli ordumuzun olduğunu bəyan etdi. Ordumuz keçən il öz qüdrətini, nəyə qadir olduğunu bir daha sübut etdi. Düşmənə və onların havadarlarına göstərdi ki, istənilən vaxtda Azərbaycan ordusu öz ərazi bütövlüyünü bərpa edə bilər.
Möhtərəm Prezident yekun nitqində 2015-ci ildə qarşıda duran vəzifələrdən də danışaraq qeyd etdi ki, 2015-ci il dünya iqtisadiyyatı üçün ağır il kimi proqnozlaşdırılsa da, əvvəlki illərdə aparılan siyasət, şaxələndirmə, düşünülmüş iqtisadi islahatlar, ictimai-siyasi sabitlik, xalqla iqtidar arasındakı birlik və eyni zamanda böhranlı vəziyyətlərə hazır olmağımız 2015-ci ili də uğurla başa vurmağa  bizə  imkan yaradacaqdır.
Azərbaycanda iqtisadiyyat üçün çox önəmli olan makroiqtisadi vaziyyət sabitdir və bu sabitlik xarici investisiyaların cəlb edilməsi üçün çox vacib amildir. Azərbaycan manatının məzənnəsinin sabit qalması investorlarda inamı daha da artırır, əhalinin rahat yaşamasını təmin edir. Artıq bu bir reallıqdır ki, Azərbaycan manatı dünya miqyasında ən sabit valyutalardan biridir.
İkinci önəmli vəzifə - qeyri-neft sektorunun inkişafıdır. Əvvəldən bu istiqamətdə atılan addımlar artıq bəhrəsini verməkdədir. Məhz 7% səviyyəsində artan qeyri-neft sektoru, görülən işlərin müsbət nəticəsidir. Bunun davamı olaraq 2015-ci ildə də sahibkarlara güzəştli kreditlərin verilməsi davam edəcək. Qeyri-neft sektorunun inkişafında bank sektorunun rolu artmaqdadır. Artıq banklarımız real iqtisadiyyata daha böyük həcmdə kreditlər ayırır. Bu çox müsbət yanaşmadır.
Cənab Prezident bildirdi ki, 2015-ci ildə bütün sosial proqramlar tam həcmdə icra ediləcək, ünvanlı sosial yardım, əhalinin pul gəlirlərinin artırılması, məcburi köçkünlər üçün yeni qəsəbələrin salınması, məktəb, xəstəxana tikintisi davam etdiriləcək. İçməli su ilə bağlı problemlərin həlli məqsədi ilə bu il 300 artezian quyusunun qazılması, ən azı 50 kənddə modul tipli təmizləyici qurğuların quraşdırılması, kənd yollarının tikintisinin davam etdirilməsi nəzərdə tutulur.
Eyni zamanda ərzaq təhlükəsizliyinin təmin edilməsi, yeni əkin sahələrini dövriyyəyə qatmaq məqsədi ilə meliorativ tədbirlərin görülməsi, dövlət tərəfindən texnika və cins mal-qara alınması, subsidiyaların verilməsi, aqroparkların salınması, iri fermer təsərrüfatlarının yaradılması davam etdiriləcək. Məhz bu məqsədlə Ölkə Prezidentinin  12 yanvar 2015-ci il tarixli Sərəncamı ilə 2015-ci il Azərbaycan Respublikasında “Kənd Təsərrüfatı ili” elan edilmişdir.
Sənayenin inkişafı ilə bağlı bu il böyük metallurgiya kompleksinin yaradılması gözlənilir ki, bu da  minlərlə iş yerinin yaradılmasını təmin edəcəkdir. Ekologiya ilə bağlı problemləri həll etmək üçün isə “Bibiheybət”, “Ağ Şəhər”, Böyük şor gölləri təmizlənir, bu il isə Zığ gölünün, eyni zamanda Bakının ətrafında yerləşən neftlə, lay suları ilə çirklənmiş digər göllərin tədricən təmizlənməsi və burada əyləncə zonalarının, ictimai yerlərin yaradılması nəzərdə tutulur.
Nəqliyyatla bağlı işlər uğurla icra edilir. Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi artıq başa çatır. Dəniz ticarət limanı tikilir, keçən il Azərbaycanın müəllifi olduğu “Cənub” qaz dəhlizinin təməli qoyulub. Bilavasitə Azərbaycanın təşəbbüsü ilə Bakı-Tbilisi-Ərzurum qaz kəməri, TANAP, TAP kimi iri layihələrin icrası artıq reallığa çevrilməkdədir.
Görülən bu kimi qlobal layihələr bütün dünya ölkələrinin Azərbaycana marağını və inamını bir daha artırır, dünya əhəmiyyətli tədbirlərin Azərbaycanda keçirilməsi üçün şərait yaradır. Ümumilikdə son 10 ildə Azərbaycanın 300-dən çox beynəlxalq idman yarışlarına, dünya əhəmiyyətli beynəlxalq tədbirlərə ev sahibliyi etməsi, bu il isə birinci Avropa oyunlarının Bakıda keçirilməsi buna bariz nümunədir.
Keçən 2014-cü ildə məcburi köçkün soydaşlarımızın mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluğun təmin edilməsi ölkə Prezidenti cənab İlham Əliyevin diqqətində olmuş, onlar hərtərəfli dövlət qayğısı ilə əhatə olunmuşdur. Cənab Prezidentin 01 iyul 2004-cü il tarixli 298 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” və müvafiq sərəncamlarla bu Proqrama edilmiş əlavələrə uyğun olaraq son 10 il ərzində Cəbrayıl rayonundan olan köçkün ailələrindən 5200-dən çox ailə dövlət tərəfindən tikilmiş yeni qəsəbələrdə, hündür mərtəbəli yaşayış kompleksində hər cür şəraiti olan mənzillərə köçürülmüş, ailənin hər bir üzvünə yemək  xərci üçün verilən müavinətin məbləği 3,6 dəfə, kommunal xidmətlərə görə vəsaitin məbləği 4,5 dəfə artırılmışdır.  Məcburi köçkünlərlə bağlı  Dövlət Proqramında  və ona təsdiq edilmiş əlavələrdə  rayona aid olan  cəmi 41 tədbirdən 12-i tam icra edilib, 26-ı icra olunur, 3 tədbirin isə zərurət olmadığından icrasına ehtiyac yaranmayıb.
Hesabat ilində Respublikanın 54 şəhər və rayonunda müvəqqəti məskunlaşmış 16716 ailədə birləşmiş 76598 nəfər rayon əhalisi ilə müntəzəm əlaqələr qurulmuş, onların qarşılaşdıqları problemlərin həllinə yardımçı olmağa çalışmışıq. Rayon İcra Hakimiyyətinə müraciət edən maddi ehtiyacı olanlara, ağır xəstəlikdən əziyyət çəkənlərə, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, fövqəladə hadisələrdən zərər çəkmiş şəxslərə imkan daxilində maddi köməklik edilmiş, onlara mənəvi dəstək olmağa çalışmışıq. Rayonun büdcədən maliyyələşən təşkilatlarında çalışan işçilərin könüllü olaraq aylıq əmək haqqılarından ayırdıqları 1% vəsait hesabına formalaşmış İcra hakimiyyətinin “Xeyriyyə” fondundan  və digər mənbələrdən aztəminatlı ailələrə, şəhid ailələrinə, Qarabağ əlillərinə, Çernobıl iştirakçılarına və digər mədəni – kütləvi tədbirlərə ümumilikdə 130,7 min manat vəsait xərclənmişdir. Ondan ağır xəstəlikdən əziyyət çəkən 29 nəfərə 28.3 min manat, yaşayış evi və ev əşyaları yanmış 9 ailəyə 7,5 min manat məbləğində maddi köməklik edilmişdir. Dövlət büdcəsindən isə məcburi köçkünlərə il ərzində 13 milyon 395 min manat yemək xərci müavinəti ödənilmişdir. İcra hakimiyyətindən verilən bütün təyinatlar üzrə maddi yardımlar köçkünlərimizin faktiki məskunlaşdıqları yerdə fəaliyyət göstərən banklara, yemək xərci üçün dövlət büdcəsindən verilən müavinətlər isə vətəndaşların adlarına olan plastik kartlara köçürülmüşdür.
İl ərzində rayon üzrə məcburi köçkünlərə dövlət büdcəsindən verilən müavinət və kommunal xidmətlərə görə verilən kompensasiya, iş yerlərini məcburi itirmələrinə görə işləməyən işçilərə büdcədən verilən orta əmək haqqı, pensiya və müavinətlərin məbləğini ümumi rayon əhalisinin sayına böldükdə hər adam başına 90 manat vəsait düşür. Həmçinin nəzərə alınmalıdır ki, artıq məcburi köçkünlərimizin əksəriyyəti ölkəmizdə geniş vüsət alan abadlıq-quruculuq işlərində, istifadəyə verilən iri həcmli istehsal, emal təyinatlı müəssisələrdə çalışır, məskunlaşdıqları ərazidə şəxsi təsərrüfatla və sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq imkanı qazanmışlar.
Son vaxtlar Bakı və Bakı ətrafı ərazilərdə məskunlaşmış məcburi köçkün əhalidən bəzilərinin şəxsi məsələlərini bəhanə edərək yaratmaq istədiyi narazılıqları yerindəcə araşdırmaq və operativ olaraq həll etmək məqsədi ilə Bakı şəhərindəki rayon qərargahının işi gücləndirilmiş, birinci müavin və əlavə bir nəfər məsul işçi  hər iş günü səhər saat 9.00-dan etibarən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən işə başlaması və Komitə ilə əlaqəli fəaliyyət göstərməsi qərarlaşmışdır. Artıq xeyli müddətdir davam edən belə iş rejimi müsbət nəticə vermiş, hər xırda şəxsi problemlərlə əlaqədar Komitəyə gələnlərin sayı xeyli azalmışdır
Əhalimizin kompakt məskunlaşdığı, xidmət ərazimiz olan Biləsuvar rayonu ərazisindəki qəsəbələrdə köçkünlərimiz il ərzində fasiləsiz olaraq enerji, içməli su və digər kommunal xidmətlərlə təmin olunmuş, zəruri ehtiyacları operativ olaraq həll edilmişdir. Belə ki, hesabat ilində 2003-cü ildə istifadəyə verilmiş hər birində 429 ailənin yaşadığı 5 və 6 nömrəli qəsəbələrdə daxili yollar Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun layihəsi əsasında tam əsaslı təmir edilmiş, digər qəsəbələrin ara yollarının yararsız hissələrinə qum-çınqıl döşənmişdir. Bu qəsəbələrdə fəaliyyət göstərən hər biri 198 şagird yerlik 6 tam orta məktəbdə və 50 yerlik 6 uşaq bağçasında Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi tərəfindən quraşdırılmış günəş enerjisi ilə işləyən qızdırıcı sistemin 2014-cü ildə işə salınması hesabına bu müəssisələrin payız-qış mövsümündə qızdırılmasında əvvəllər mövcud olmuş ciddi problem tam müsbət həllini tapmışdır.
2013-cü ilin yekunu ilə bağlı Rayon İcra Hakimiyyətində və yerli ərazi nümayəndəliklərində keçirilmiş hesabat yığıncaqlarında əhali tərəfindən irəli sürülmüş təkliflərin icrası istiqamətində də il ərzində müəyyən işlər görülmüşdür. Bu təkliflərdən Xəzər rayonu, Şüvəlan qəsəbəsi, “Spartak” istirahət düşərgəsində məskunlaşmış köçkün ailələrin içməli su ilə təmin edən su çəni yenisi ilə əvəz edilmiş, Abşeron rayonu Mexkalon yaşayış massivində fəaliyyət göstərən rayonun Çullu kənd tam orta məktəbin yerləşdiyi binaya elektrik sayğacı quraşdırılmış, məktəbdən yaxınlıqdakı dəmir yoluna qədər olan piyada yolu təmir edilmiş, Cəbrayıl və digər ərazisi işğal olunmuş rayonlardan olan məcburi köçkün ailələrinin məskunlaşdığı Sənaye Pedaqoji Texnikumunun yataqxanasına gələn su boruları təmizlənərək bərpa edilmiş, Suraxanı rayonu 3-cu mədən ərazisində fəaliyyət göstərən Hovuslu kənd tam orta məktəbi üçün rayon İcra Hakimiyyətinin maliyyə vəsaiti ilə 2013-cü ildə tikilmiş məktəb binasına istilik sistemi quraşdırılmış, Qaradağ rayonu Müşfiqabad məcburi köçkün qəsəbəsinə Kapital bankın bankomatları quraşdırılmış, qəsəbəyə işləyən avtobusların sayı artırılmışdır.
Rayon əhalisinin 30%-ə qədərinin məskunlaşdığı 11 qəsəbədə ümumi narahatlıq yaradan bir neçə vacib problem də 2014-cü ildə öz müsbət həllini tapmışdı. Belə ki, son illərdə 4 saylı qəsəbə  ərazisində tikilmiş 2,5 hektar sahəsi olan Park, İcra Hakimiyyəti üçün inzibati bina və şəhidlərimizin xatirəsinə ucaldılmış Şəhid Abidə Kompleksi qəsəbələrarası magistral yol boyunca olmaqla hərəkət zolağına yaxın yerləşdiyindən Parka istirahətə və Şəhidlərimizi ziyarətə gələnlər, həmçinin icra Hakimiyyətinə və binada yerləşən digər xidmət təşkilatlarına iş üçün gələn vətəndaşlar daim təhlükə ilə üzləşirdilər. Bu vəziyyəti aradan qaldırmaq üçün yolun həmin ərazidən keçən hissəsinə paralel 30 metr aralıda, kollektor-drenaj şəbəkəsi boyunca alternativ yol çəkilməsinə zərurət yaranmışdı. Bununla bağlı xahişimiz nəzərə alınaraq “Azəryolservis” ASC-nin köməkliyi ilə 54 saylı Cəbrayıl yol istismarı idarəsi  tərəfindən 700 metr uzunluğunda yol yatağı tikilmiş və üzərindən 7 sm asfalt – beton  örtük qoyularaq keçən ilin noyabr ayında köçkünlərimizin istifadəsinə verilmişdir. İndi qəsəbə əhalisi maneəsiz olaraq parka, Şəhidlər xiyabanına, İcra Hakimiyyətinə və burada yerləşən xidmət idarələrinə təhlükəsiz gəlib-gedə bilirlər.
İkinci narahat edici problem qəsəbələrdə iş üçün ezamiyyətə gələn şəxslərin gecələməsi üçün ictimai yerin olmaması idi. Bu səbəbdən ezamiyyətə  gələn nümayəndələr iş vaxtından sonra məsafəcə 25 km aralıda yerləşən İmişli və digər uzaq rayonlarda gecələmək məcburiyyətində qalırdılar. Bu il icra hakimiyyətinin balansında olan 6 saylı qəsəbədəki inzibati bina rekonstruksiya işləri aparılmaqla əsaslı təmir edilmiş və zəruri məişət avadanlıqları ilə təchiz edilərək qəsəbələrə gələn qonaqların istifadəsinə verilmişdir. Buradan rəsmi nümayəndələrlə yanaşı, hər bir qəsəbə sakini də öz ailə qonaqları üçün istifadə edə bilirlər.
Bundan əlavə 19 minə yaxın rayon əhalisinin məskunlaşdığı bu qəsəbələrdə ehtiyac duyulan Gənclər evi,  hazırda yaşayış evində fəaliyyət göstərən Gigiyena və Epidemologiya Mərkəzinə, Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsi, Əhalinin Sosial Müdafiə Mərkəzi və Təhsil şöbəsi üçün inzibati bina tikilməsi  barədə adı çəkilən təşkilatların tabe olduqları nazirliklərə rəsmi məktubla müraciət edilərək,  həmin tikililərin “Regionların Strateji İnkişaf İstiqamətlərini özündə əks etdirən 2014-2018-ci illər üzrə Dövlət Proqramı” layihəsinə daxil edilməsi barədə təşəbbüs göstərmələri xahiş edilmişdir.
Qəsəbələrdə məskunlaşmış məcburi köçkünlərə kommunal və digər xidmətləri həyata keçirən xidmət idarələri əhaliyə göstərilən xidmətin səviyyəsini yüksəltmiş, il ərzində bu sahələrdə narahatedici ciddi problem yaranmasına imkan verilməmişdir. Belə ki, Mənzil İstismar sahəsi tərəfindən hesabat ilində təmirə ciddi ehtiyac olan 30 mənzildə təmir işləri aparılmış, ev əşyaları ilə birlikdə tamamilə yanaraq yararsız vəziyyətə düşmüş 9 saylı qəsəbədə 79 nömrəli 2 otaqlı  mənzil və 10 saylı qəsəbədə 105 nömrəli 3 otaqlı mənzil əsaslı təmir edilərək sahiblərinin istifadəsinə verilmiş, 53 evin dam örtüyündə yaranmış xırda qüsurlar baxılaraq aradan qaldırılmışdır. Həmçinin 11 qəsəbə üzrə 2800 m qəsəbə daxili suvarma sularının axarları təmizlənmiş, 7, 8, 9, 10 və 11 saylı qəsəbələrdə suvarma suyu keçən 96 ədəd boru texnika ilə çıxarılıb təmizlənərək yenidən yol keçidlərinə qoyulmuş, 3 saylı qəsəbədə su çıxmayan həyətləri suvaran bir kilometr 90 mm-lik dəmir boru plastik boru ilə əvəz edilmişdir.
Cəbrayıl Sukanal idarəsi il ərzində qəsəbələrdə məskunlaşmış əhaliyə 573580 manat, qəsəbə ərazisində fəaliyyət göstərən idarə və müəssisələrə 16914 manat dəyərində içməli su xidməti göstərmişdir. İstifadəçilərə  keyfiyyətli və qrafikə uyğun içməli  su verilməsi məqsədi ilə 1 ədəd artezian quyusu əsaslı təmir edilmiş, hər birinin tutumu 2000 m3 olan 4, tutumu 200 m3 olan 1, tutumu 100 m3 olan 5 ədəd su anbarı yuyularaq dezinfeksiya edilmiş, su vuran mühərriklər vaxtaşırı təmir edilərək saz vəziyyətdə saxlanmışdır. Bunun sayəsində bu il havaların isti və quraq keçməsinə baxmayaraq içməli su ilə təminatda heç bir problem və fasilə yaranmamışdır. Bununla belə 2007-ci ildə istifadəyə verilmiş 1856 evdən ibarət 5 qəsəbədə yeraltı su boruları arıq eroziyaya uğradığından artıq bu boruların plastik borularla əvəz edilməsinə zərurət yaranmışdır. Bununla bağlı 2015-ci ildə aidiyyəti qurumlarla birlikdə iş aparılacaqdır.
Qəsəbədə fəaliyyət göstərən 54 saylı Cəbrayıl yol istismarı idarəsi 2014-cü ildə ümumilikdə xidmətində olan 27 km Biləsuvar–Bəhrəmtəpə magistral yoluna, eləcə də qəsəbələrə giriş və 11 qəsəbəni birləşdirən 24,7 km yola xidmət göstərmişdir. İlin isti fəsillərində qəsəbələr arası yolun dağılmış hissələrində  təmir - bərpa işləri aparmış, istifadəyə yararlı vəziyyətdə qalması üçün vaxtaşırı qulluq göstərilmişdir. Payız-qış mövsümünə hazırlıqla əlaqədar qum tədarük edilmiş, mövcud texnikalar saz vəziyyətə gətirilmişdir. Həmçinın qəsəbələrdə məskunlaşmış məcburi köçkünlərimiz ötən hesabat ilində fasiləsiz olaraq elektrik enerjisi ilə təmin edilmiş, enerji ilə bağlı heç bir problem olmamışdır.
Zəhmətsevər Cəbrayıl əhalisi dövlətimizin onlara göstərdiyi qayğıdan, yaratdığı şəraitdən istifadə edərək ailələrini dolandırmaq üçün müvəqqəti məskunlaşdıqları şəhər və rayonların müxtəlif sahələrində çalışır, sahibkarlıq fəaliyyəti ilə məşğul olur, yerli əhali ilə birgə ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak edirlər. Sevindirici hal odur ki, Azərbaycanın bütün bölgələrinin əhalisi Cəbrayıllıların milli-mənəvi dəyərlərimizə uyğun hərəkət etmələrindən, dövlətimizə, xalqımıza və Dövlət başçımıza böyük sədaqət nümayiş etdirmələrindən danışırlar. Bu əhalimizin Ölkə başçısı cənab İlham Əliyevə böyük inam və etibarından qaynaqlanır. Onlar inanırlar ki, İlham Əliyev cənablarının apardığı düşünülmüş siyasət, yaratdığı siyasi sabitlik və günbəgün artmaqda olan iqtisadi-siyasi gücümüz sonda tezliklə torpaqlarımızın işğaldan azad edilməsi ilə nəticələnəcək, məhz onun rəhbərliyi ilə öz doğma yurdlarımıza qayıdacağıq.
Bu nikbinlik əhalimizdə fəal məşğulluq həvəsi yaradır, ailə büdcələrini öz zəhmətləri ilə formalaşdırmağa ruhlandırır. Yaranmış münbit şəraitdən istifadə edərək əhalimizdən xeyli hissəsi kiçik və orta sahibkarlıq fəaliyyəti ilə məşğul olur, yeni qəsəbədə hər bir ailəyə verilmiş həyətyanı və pay torpaqlarında kənd təsərrüfatı məhsulları istehsal edirlər.
Rayonda sahibkarlığın inkişafına şərait yaradılmış, qəsəbələrdə bu istiqamətlə məşğul olmaq istəyi ilə müraciət edən vətəndaşlara maneəsiz olaraq torpaq sahələri ayrılmış, öz bizneslərini qurmaq üçün onlara güzəştli kreditlərin verilməsi təmin edilmişdir. Bu məqsədlə İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Cəbrayıllı məcburi köçkünlərin kompakt məskunlaşdığı Biləsuvar rayonu ərazisində salınmış qəsəbələrdə 2002-2014-cü illər ərzində 5 dəfə kredit yarmarkası keçirilmiş, bu müddət ərzində Cəbrayıl rayonundan olan 251 məcburi köçkünə 1,7 milyon manat, o cümlədən 2014-cü ildə 34 məcburi köçkünə 265,5 min manat dövlətin güzəştli kreditləri verilmişdir. Verilən  kreditlər hesabına cəmi 389, o cümlədən 2014-cü ildə 45 yeni iş yerinin açılması imkanı yaranmışdır. Ümumilikdə isə rayon üzrə 2004-2014-cü illər ərzində  1712, keçən ildə isə 145 daimi iş yeri açılmışdır.
01 yanvar 2015-ci il vəziyyətinə Cəbrayıl Vergilər Şöbəsində qeydiyyatda olan  524 vergi ödəyici fəaliyyət göstərir ki, bundan da 195-i qəsəbələrdə fəaliyyət göstərən vergi ödəyiciləridir. Burada hazırda topdan ticarət sahəsi üzrə 1, ictimai iaşə üzrə 15, istehsal sahəsi üzrə 15, digər xidmət sahələri üzrə 60, sənaye və tikinti materiallarının satışı üzrə 9, pərakəndə ticarət sahəsi üzrə 82, nəqliyyat sahəsi üzrə 12, təmir-tikinti sahəsi üzrə 1 obyekt fəaliyyət göstərir. Qəsəbə əhalisi gündəlik tələb olunan ərzaq, qeyri-ərzaq malları almaq və ehtiyac duyduğu digər xidmətlərdən istifadə etmək üçün başqa rayonlara getməyə ehtiyac duymurlar.
Hesabat ilində qəsəbələrdə sahibkarların, eləcə də istehlakçıların hüquqlarının qorunması istiqamətində müəyyən tədbirlər həyata keçirilmişdir. Belə ki, istehlak mallarının qiymətinə və keyfiyyətinə nəzarət məqsədi ilə yaradılmış ictimai Komissiya tərəfindən hesabat ilində bir neçə dəfə reydlər keçirilmiş, vətəndaşların qiymətdə, çəkidə aldadılması, vaxtı keçmiş və keyfiyyətsiz ərzaq məhsulları satışının qarşısının alınması istiqamətində maarifləndirici söhbətlər aparılmışdır. Həmçinin qəsəbələrdə fəaliyyət göstərən çörək bişirmə müəssisələrində çalışan çörəkçilərin hüquqlarını müdafiə etmək və daxili bazarı qorumaq məqsədi ilə kənar rayonlardan qəsəbələrə satış üçün çörək gətirilməsi məqsədəmüvafiq hesab edilməmiş, əsasən öz istehsalımız hesabına əhalinin tələbatının ödənilməsi məqsədəuyğun sayılmışdır. Bu tədbirdən sonra yerli müəssisələrdə çörəyin keyfiyyətinin daha da yaxşılaşdırılması, çeşidinin artırılması üçün sahibkarlarla hazırda iş aparılır. Eyni zamanda ticarət obyektlərində spirtli içkilərin və tütün məmulatlarının icazə (lisenziya) alınmadan satılmasının qarşısı alınmış, 2014-cü ildə tütün məmulatlarının və spirtli içkilərin satışına 6 ədəd xüsusi razılıq (lisenziya) verilmişdir.
Əhalimizin sıx məskunlaşdığı 4456 evdən ibarət 11 qəsəbənin hər bir ailəsi 0,12 ha həyətyanı və 0,40-0,59 ha pay torpağında əkin-biçinlə məşğul olmuş, əmək qabiliyyətli əhalinin orta hesabla 1200 nəfəri yaxınlıqda Azərbaycan hökuməti ilə müştərək fəaliyyət göstərən “Azərsun” Holdinqin Biləsuvar şöbəsində mövsümü və daimi kənd təsərrüfatı işlərində çalışırlar.
Rayon Məşğulluq Mərkəzində 2014-cü ildə 109 nəfər, ümumilikdə isə 1159 nəfər izaxtaran qeydiyyata alınmış, onlardan il ərzində 148 nəfərə işsizlik statusu verilmiş, işsizlik statusu olan cəmi 248 nəfərdən 158 nəfərinə işsizlik müavinəti təyin edilmişdir. Keçən il 39 nəfər vakant iş yerlərində işə düzəldilmiş, 10 nəfər isə peşə hazırlığı kurslarına cəlb edilmişdir. Görülən bu kimi tədbirlərə baxmayaraq qəsəbələrdə işsizlik müavinəti verilməsi ilə bağlı hələ də vətəndaş müraciətləri çoxluq təşkil etməkdədir.
Xidmət ərazimiz olan qəsəbələrdə abadlıq işləri görülmüş, yaşıllıqlar salınmışdır. Ulu Öndərin adını daşıyan parkın qabağından 4 saylı qəsəbəyə qədər olan hissə 250 m2  tamet, 500 m2 asfalt örtük döşənmiş, parkın daxilində əvvəl asfaltdan olan piyada səkilərin 600m2–i tametlə əvəz edilmiş, səkiboyu işıqlandırıcı lampalar qoyulmuşdur. Qəsəbələrə gələn giriş yolunun və 11 qəsəbəni birləşdirən asfalt yolun kənarında yaşıllıqlar salınmış, parkda seyrəlmiş sahələr yeni ağac və gül kolları ilə bərpa edilmişdir.
Rayon əhalisi ötən hesabat ilində ölkəmizin iqtisadi inkişafında fəal iştirak etmiş, bilavasitə xidmət ərazimiz olan Biləsuvar rayonu ərazisindəki qəsəbələrdə və digər məskunlaşma yerlərində Cəbrayıl rayonunu xarakterizə edən az da olsa iqtisadiyyat formalaşdırmışlar. Ərazimizin bütövlükdə erməni işğalında olması səbəbindən iqtisadi inkişafda stabil dinamika olmasa da, 2014-cü ildə rayon üzrə 25 milyon 275,7 min manatlıq ümumi daxili məhsul əldə edilmiş, keçən ildəkindən 7,1 faiz çox olmaqla 11 milyon 857 min manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunmuşdur. Həmçinin sənaye üzrə 577,2 min manat, tikinti quraşdırma üzrə 12 milyon 731,3 min manat, nəqliyyat üzrə 13,4 min manat, informasiya və rabitə üzrə 96,4 min manat, ticarət üzrə isə 203 min manat dəyərində məhsul buraxılışı qeydə alınmışdır.
Rayon üzrə əhalinin sayı 1114 nəfər və ya 1,5 faiz artaraq 76598 nəfərə çatmış, il ərzində 1333 nəfər uşaq doğulmuş, 406 nəfər rayon sakini vəfat etmiş, 307 nəfər qeydiyyata gəlmiş, 120 nəfər isə qeydiyyatdan çıxmışdır. Nəticədə demoqrafik vəziyyətdə müsbət dinamika müşahidə edilmiş, 927 nəfər təbii artım, 187 nəfər isə miqrasiya artımı olmuşdur.
2014-cü ildə rayon büdcəsinin mədaxili 12 milyon 972 min manata qarşı 13 milyon 266 min manat və ya 102,3 faiz icra olunmuş, məxaric üzrə isə bütün zəruri xərclər təyinatına uyğun olaraq icra edilmişdir. Rayon büdcəsinə il ərzində 1 milyon 380 min manat proqnoza qarşı 1 milyon 513 min manat və ya 109,6 faiz çox vəsait daxil olmuşdur. Bu rayon üzrə smetada nəzərdə tutulan sair xərclərin əksər hissəsini ödəməyə imkan yaratmışdır. Büdcənin mədaxilinin 11 milyon 390 min manatı və ya 85,8 faizi Respublika büdcəsindən ayrılan dotasiyadır. Vergi daxilolmalarının artırılması üçün rayon Vergilər şöbəsi tərəfindən qəsəbələrdə fəaliyyət göstərən 22 vergi ödəyicisinə məxsus sahibkarlıq subyektinin qeydə alınması və 10 vergi ödəyicisinə məxsus obyektdə nəzarət kassa aparatının quraşdırılması təmin edilmişdir.
Rayonda yeganə bank xidməti göstərən Kapital Bankın Cəbrayıl rayon filialı hesabat dövründə əhaliyə, eləcə də 53 dövlət, 12 qeyri-dövlət, 6 ictimai təşkilata bank  xidməti göstərir. 2014-cü ildə Bankın gəlirləri 664,5 min manat, xərcləri isə 310,4 min manat olmuş, 354,4 min manat xalis gəlir əldə edilmişdir ki, bu da 104,1 faiz illik mənfəət deməkdir. Bankın qəsəbələrdə fasiləsiz olaraq 3 bankomatı fəaliyyət göstərmiş, vətəndaşlarımız aylıq maaşlarını, pensiyalarını və digər müavinətlərini vaxtında və maneəsiz ala bilmişlər.
Qəsəbələrdə məskunlaşmış rayon əhalisinə burada fəaliyyət göstərən “Azərpoçt” MMC–nin Cəbrayıl filialı və Aztelekom istehsalat birliyinin Cəbrayıl Telekommunikasiya idarəsi tərəfindən poçt və rabitə xidməti göstərilmiş, “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq vətəndaşların elektron xidmətlərdən istifadəsinə şərait yaradılmışdır. Bu məqsədlə qəsəbələrdə 1 mərkəzi, 3 poçt agentliyi, 3 saylı qəsəbədə 688, 7 saylı qəsəbədə 256, 10 saylı qəsəbədə isə 272 tutumlu elektron ATS və 400 mantaj tutumu olan genişzolaqlı internet şəbəkə fəaliyyət göstərir. Keçən ilə nisbətən genişzolaqlı internet istifadəçilərinin sayı 48 abonent artmışdır. Hazırda qəsəbələrdə abonentlərə əlavə telefon çəkilişi üçün 204 boş yer vardır.
2014-cü ildə DSMF rayon şöbəsi 8624 nəfər əmək pensiyaçısına,  Əhalinin Sosial Müdafiəsi Mərkəzi isə ümumilikdə 2828 nəfər sosial pensiyaçıya xidmət göstərmişdir. DSMF rayon şöbəsinin xidmətində olan  pensiyaçılara və digər xərclərə  ayrılan məbləğin ödənilməsi üçün ümumilikdə  il ərzində hesaba  cəmi 16 milyon 977,3 min manat vəsait daxil olmuşdur ki, bunun da 2 milyon 727,3 min manatı Şöbə tərəfindən toplanmış məcburi dövlət sosial sığorta haqqı və digər daxilolmalar,  14 milyon 250 min manatı isə  Respublika  Fondundan ayrılmış vəsaitdir. Şöbənin xidmətində olan büdcə və qeyri büdcə təşkilatlarından dövlət sosial sığorta haqlarının toplanması əvvəlki ilə nisbətən 223,1 min manat artmışdır.
Hesabat ilində ünvanlı dövlət sosial yardımı üçün xidmət ərazimiz olan qəsəbələrdən  Sosial Müdafiəsi Mərkəzinə 201 ailə müraciət etmiş, odan 198 ailə qeydiyyata alınaraq ÜSY təyin edilmişdir. Hazırda ümumilikdə 204 ailənin 872 üzvü ünvanlı dövlət sosial yardımı alır. İlin əvvəlindən ünvanlı sosial yardım alanlara 297032 manat vəsait ödənilmişdir ki, bu da hər ailəyə orta hesabatla 121,0 manat təşkil edir.
Mərkəz tərəfindən 369 müharibə veteranına kommunal, nəqliyyat, və digər xidmətlərə görə 205,2 min manat müavinət, 100 şəhidin 128 ailə üzvünə, 121 müharibə əlilinə və 55 nəfər 1-ci qrup ümumi əlilə 453,2 min manat təqaüd, 251 ailənin yeni doğulmuş uşaqlarına 21,7 min manat, Çernobıl qəzasından zərər çəkən 8 nəfərə 1560 manat, cəzaçəkmə müəssisələrindən azad olan və maddi, tibbi yardıma ehtiyac olan 3 nəfərə 1260 manat, iki və daha çox məktəbli əlil uşağı   olan 134 ailənin 289 uşağına hər birinə 30 manat olmaqla 8670 manat, 3 dekabr Beynəlxalq əlillər günü münasibəti ilə daha çox ehtiyacı olan 120 nəfər əlilə 3600 manat birdəfəlik yardım verilmiş, 30 nəfər əlil və şəhid ailəsi pulsuz putyovkalarla  müalicə və istirahətə göndərilmişdir.         
İl ərzində ümumilikdə bu məqsədlər üçün Fond üzrə 16 milyon 579 min manat, Mərkəz üzrə isə 3 milyon 83 min manat olmaqla cəmi 19662 min manat  vəsait xərclənilmişdir.
Rayonda sosial təminatla məşğul olan hər iki təşkilatın pensiya və müavinət alanlara göstərdiyi xidmətdən ciddi narazılıq olmasa da, bəzi aztəminatlı ailələr ünvanlı dövlət sosial yardımla bağlı rayon İcra hakimiyyətinə müraciətlər etmişlər.
2014-cü il ölkəmizdə kənd təsərrüfatı üçün çox çətin il oldu. Havaların uzun müddət isti və quraq keçməsi məhsul istehsalında xeyli çətinliklər yaratdı. Bütün çətinliklərə baxmayaraq aparılmış əlavə tədbirlər nəticəsində ötən il ölkəmizdə kənd təsərrüfatında 6 faiz, rayonumuzda da isə 7,1 faiz artıma nail olunmuşdur. Hesabat ilində rayonda 11,9 milyon manatlıq kənd təsərrüfatı məhsul buraxılışı təmin edilmişdir ki, bu da əvvəlki illə müqayisədə 789 min manat çox olmaqla rayon üzrə ümumi daxili məhsul buraxılışının 47 faizindən çoxdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “2008-2015-ci illərdə Respublikada əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında 2008-ci il 25 avqust tarixli və “kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” 2007-ci il 23 yanvar tarixli Sərəncamları uğurla icra edilmişdir. Hesabat ilində istehsalçılara məhsul becərilməsində istifadə etdikləri yanacaq və motor yağlarına görə 203,9 min manat subsidiya verilmişdir. Məhsul istehsalçılarına göstərilmiş dövlət dəstəyi nəticəsində rayonda ötən il 7654 ton taxıl, 594,7 ton tərəvəz, 58 ton bostan məhsulu, 73,8 ton qarğıdalı dəni, 460 ton şəkər çuğunduru istehsal edilmişdir. Aqrar sektorda istehsalın bütün sahələri üzrə məhsuldarlıq göstəriciləri ötən illə müqayisədə artmışdır.
Ölkə Prezidentinin “Kənd təsərrüfatı məhsulları istehsalçılarının kənd təsərrüfatı texnikası ilə təminatına və heyvandarlığın inkişafına əlavə dəstək haqqında” 2014-cü il 20 noyabr tarixli Sərəncamı da aqrar sektorda yüksək nəticələr əldə olunması üçün önəmli stimul yaratmışdır. Həmin sərəncama əsasən cari ildə ölkə büdcəsindən “Aqrolizinq” ASC-yə yeni texnikaların alınması üçün 8 milyon, yüksək məhsuldar cins heyvanların alınması üçün isə 10 milyon olmaqla ümumilikdə 18 milyon manat ayrılmışdır. Artıq bu vəsait hesabına Respublikaya yeni texnikaların və damazlıq heyvanların gətirilməsinə başlanılmışdır. Kənd əhalisinə göstərilmiş belə dövlət dəstəkləri hesabına əhalinin heyvandarlıq məhsulları ilə tələbatının ödənilməsində daxili istehsalın həcmi xeyli yüksəlmiş, bu sahənin idxaldan asılılığı nəzərəçarpacaq dərəcədə azalmışdır.
Hesabat ilində rayonda iribuynuzluların baş sayı 10250 başa, xırdabuynuzluların sayı 112737 başa, quşların sayı 98,8 min başa çatmışdır. Ötən il kəsilmiş çəkidə 880 ton ət, 6123 ton süd, 132,2 ton yun, 3,9 milyon ədəd yumurta istehsal edilmişdir. Heyvandarlıqda daha yüksək nəticələrin əldə edilməsi üçün daha məhsuldar cinslərin yetişdirilməsinə ciddi ehtiyac vardır. Bu baxımdan mal-qara arasında süni mayalamanın aparılmasının müstəsna əhəmiyyəti olduğunu dərk edərək bu sahəyə son zamanlar diqqət artırılmış, son 3 ildə 1420 baş inək və düyədə süni mayalama aparılmış, 874 baş sağlam cins buzov alınmışdır. Bu sahədə tədbirlər davam etdirilir.
Rayon Baytarlıq idarəsi tərəfindən rayonda epizodik durum və mal-qaraya baytarlıq xidməti daim nəzarətdə saxlanılmış, mövcud mal-qaranın tam əksəriyyəti profilaktik baytarlıq tədbirlərinə cəlb edilmişdir. Aparılmış profilaktiki tədbirlərin nəticəsidir ki, respublikada ötən il mal-qara arasında baş vermiş yoluxucu xəstəlikdən itki maksimum dərəcədə aşağı salınmışdır.
Arıçılığın gəlirli sahə olması barədə əhali arasında aparılmış maarifləndirmə tədbirləri nəticəsində 24 nəfərdə 330 arı ailəsinin yetişdirilməsinə nail olunmuş, ilkin hesablamalara görə qəsəbələr ərazisində  1,8-2 ton bal istehsal edilmişdir.
Kənd təsərrüfatı məhsulları istehsalçılarına texniki dəstək məqsədi ilə rayon “Aqroservis” xidmətində 55 adda texnika vardır. Hesabat ilində əkinlərin aparılması, becərilməsi və yığımı dövründə texniki təminatda heç bir problem yaranmamış, taxıl sahələrində biçin qısa vaxtda başa çatdırılmış, yonca sahələrində biçinlər optimal müddətlərdə aparılmışdır. Ölkə Prezidentinin tapşırığına əsasən  kənd təsərrüfatı texnikalarının dəyərinin 40 faizinin dövlət büdcəsi hesabına ödənilməklə uzun müddətli lizinqə verilməsi əhalinin bu sahəyə marağını xeyli artırmışdır. Göstərilən güzəştlərin tətbiqindən keçən qısa vaxt ərzində 18 nəfər sakinimizin traktor almalarına köməklik göstərilmişdir. Göstərilən tədbirlərin həyata keçirilməsi növbəti illərdə də kənd təsərrüfatında əsaslı inkişafa zəmin yaradacaqdır.
Ötən il kənd təsərrüfatı bitkilərinin suvarılmasının daha da yaxşılaşdırılması, eləcə də suvarılan torpaq sahələrinin genişləndirilməsi məqsədi ilə Respublikada bir neçə iri layihələr həyata keçirilmişdir. Ötən ilin həddindən çox quraq keçməsi suvarmada xeyli çətinliklər yaratmışdır. Lakin aparılmış qablayıcı tədbirlər nəticəsində əhalimiz əkin sahələrinin suvarılmasından ciddi problemlərlə qarşılaşmamışlar. Hesabat ilində 3 nasos stansiyasının müntəzəm işi təmin olunmuş, 1 №-li nasos stansiyasında əlavə aqreqatın quraşdırılması, nəticədə suvarmada xeyli çətinlikləri aradan qaldırmışdır. Sahə işçilərinin səmərəli fəaliyyəti nəticəsində ötən il proqnoz üzrə artan yekunla 17,4 min hektara qarşı 18,8 min hektarda suvarma aparılmışdır.
Cari ilin məhsulu üçün əkilmiş 2600 hektar payızlıq taxıl əkini sahəsində də birinci suvarma başa çatdırılmışdır. Hazırda növbəti suvarmaların da optimal müddətdə başa çatdırılması üçün nasos stansiyalarında əsaslı təmir və bərpa işləri aparılmış, suvarma kanalları lildən təmizlənmişdir. Rayon Suvarma Sistemləri idarəsi tərəfindən cari ildə də əkinlərin suvarılmasının mütəşəkkil təşkili üçün rejim qrafiki müəyyənləşdirmiş və hazırda əkinlərin suvarılması təsdiq olunmuş qrafik üzrə həyata keçirilir.
Ölkə Prezidenti cənab İlham Əliyevin 2015-ci ili “Kənd Təsərrüfatı ili” elan etməsi  aqrar sektora dövlət dəstəyinin bariz nümunəsi olmaqla, qeyri - neft sektorunun aparıcı sahələrindən biri kimi bu sahənin inkişafına diqqəti artıracaqdır. 2015-ci il ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsində, aqrar sahədə ixrac potensialının artırılmasında həlledici il olacaqdır. Bu isə Aqrar sektorda çalışan işçilər üzərində böyük məsuliyyət qoyur. Cənab Prezidentin tapşırığı ilə 2015-ci və sonrakı illərdə aqrar sektorun inkişaf konsepsiyasını müəyyənləşdirəcək tədbirlər planı hazırlanır. İndi qarşıda duran ən ümdə vəzifə “Kənd təsərrüfatı ili”nin yüksək nəticələrlə başa vurmaq üçün ehtiyat mənbələri işə salmaq, yüksək texnologiyaların və qabaqcıl təcrübənin tətbiqini genişləndirməkdən ibarətdir. Odur ki, rayonun aqrar sektora daxil olan idarə və təşkilatlarda çalışan bütün işçilər kənd təsərrüfatının ölkəmizin gələcək inkişaf dinamikasına güclü təsir göstərəcək sahə olduğunu dərindən dərk edərək , məsuliyyətlərini daha da artıracaqlar.
Ekoloji tarazlığın qorunması ölkədə yenə də prioritet olaraq qalmaqdadır. Ötən il Respublikada bu sahədə xeyli işlər görülmüş, iri layihələrin reallaşdırılması təmin edilmişdir. Bu baxımdan Heydər Əliyev Fondunun vitse Prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə “İDEA” İctimai birliyi tərəfindən keçirilən “Ümumrespublika yaşıllaşdırma” marafonu Cəbrayıllı gənclər tərəfindən çox rəğbətlə qarşılanmış, minlərlə gəncimiz bu təşəbbüsə qoşularaq hesabat ilində 5050 ədəddən çox ağac əkmiş, yaşıllıqlara qulluq göstərilmişdir. Cari ildə də gənclərimiz belə təşəbbüslərə qoşulacaq, yaşıllıqların sahəsi daha da artırılacaqdır.
Cari ildə aqrar sahədə çalışan işçilərimizin qarşısında daha məsuliyyətli vəzifələr durur. Bunun üçün kənd təsərrüfatının bütün sahələrində yüksək innovativ texnologiyaların tətbiqi daha  da genişləndiriləcək, istehsalçılara hərtərəfli dəstək gücləndiriləcəkdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə həyata keçirilən təhsil islahatları uğurla davam etdirilir. Müasir dünyada təhsil hər bir ölkədə inkişaf konsepsiyasının mühüm tərkib hissəsi kimi qəbul olunur. Bu baxımdan ölkəmizdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər deməyə əsas verir ki, Azərbaycan öz gələcəyini daha etibarlı və inamlı davam etdirir.
Dövlət başçısının ölkədə məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı sərəncam və tapşırıqlarına uyğun olaraq yüzlərlə məktəb binası tikilib və ya təmir olunub, ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı gücləndirilib.  Heydər Əliyev Fondunun da həyata keçirdiyi layihələr dövlət səviyyəsində icra olunan fəaliyyət proqramına güclü dəstək verib. Fondun “Yeniləşən Azərbaycana yeni məktəb” və “Təhsilə dəstək” layihələri çərçivəsində ölkə üzrə yüzlərlə orta məktəb binası tikilib və bu proses davam etdirilir.
2014/2015-ci dərs ilində rayon üzrə 44 ümumtəhsil məktəbi, o cümlədən 39 tam orta, 3 ümumi orta, 2 ibtidai və 1 Uşaq-Gənclər şahmat məktəbi fəaliyyət göstərir. Bu təhsil müəssisələrində 8428 şagird elmlərin əsasını, şahmat məktəbində isə 23 qrupda 227 məktəbli şahmatın sirlərini öyrənir.  Yeni tədris ilində rayonun ümumtəhsil məktəblərinin 1-ci sinfinə 875 nəfər şagird qəbul edilmişdir.
UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Millət vəkili, Azərbaycanın Birinci Xanımı Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Heydər Əliyev Fondu hər il “Təhsilə dəstək” layihəsi çərçivəsində Ermənistanın Azərbaycana təcavüzü nəticəsində daimi yaşayış yerlərindən qaçqın və məcburi köçkün olmuş ailələrdən olan birinci sinif şagirdlərinə çanta və məktəb ləvazimatı hədiyyə edir. Bu il rayon məktəblərinin birinci sinfinə gedən  875 şagirdin hər biri Fond tərəfindən göndərilmiş məktəbli çantası və 18 adda məktəb ləvazimatı ilə təmin edilmişdir.
Qaçqınlar və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi tərəfindən verilən 1165 dəst oğlan və qız paltarları alınaraq rayonun ümumtəhsil məktəblərinə paylanmışdır. Eyni zamanda Təhsil Nazirliyi tərəfindən verilmiş 34 min 929 ədəd müxtəlif adda I-XI siniflər üçün dərslik, 147 adda 22 komplekt 3234 ədəd uşaq ədəbiyyatı pulsuz olaraq bölgü əsasında ümumtəhsil məktəblərinə çatdırılmış, rayon büdcəsi hesabına isə 16 min 606 manat dəyərində məktəb avadanlıqları da  alınaraq məktəblərə verilmişdir.
Hesabat ilində rayonun ümumtəhsil məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi, tədris şəraitinin yaxşılaşdırılması istiqamətində xeyli işlər görülmüşdür. Dövlət büdcəsi hesabına rayonun Saatlı rayonu  Əlisoltanlı kəndi ərazisində məcburi köçkünlər üçün tikilmiş yeni  qəsəbədə rayonun Tatar kənd tam orta məktəbi üçün hər cür şəraiti olan, bütün inventar və avadanlıqlarla təmin edilmiş 198, Hacıqabul rayonu Qızılburun qəsəbəsində rayonun 7 saylı tam orta məktəbi üçün 150 şagird yerlik məktəb binası, eyni zamanda, hər iki qəsəbədə 1 klub və 40 yerlik uşaq bağçası tikilərək istifadəyə verilmişdir. Yerli büdcə və digər mənbələr hesabına rayonun 2, 15 saylı tam orta və 22 saylı ümumi orta, Dəmşalaq və Sirik kənd tam orta məktəblərində cari təmir işləri aparılmış,  M.Mehdizadə adına şəhər tam orta məktəbində isə plastik arakəsmələrlə sinif otaqlarının sayı artırılmışdır.
Saatlı rayonu Əlisoltanlı və Hacıqabul rayonu Qızılburun köçkün qəsəbələrin hər birində 50 uşaq yerlik yeni uşaq bağçası tikilib istifadəyə verilmiş və əsas xidmət ərazimiz olan Biləsuvar rayonu ərazisində  salınmış 11 qəsəbədə fəaliyyət göstərən 11 uşaq bağçalarının hər birində cari təmir işləri aparılmışdır.
Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 19 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın icrasının həyata keçirilməsi ilə bağlı “Fəaliyyət Planı”na əsasən Cəbrayıl rayon İcra Hakimiyyətində bir çox məqsədyönlü   işlər aparılır. Belə ki, rayon Təhsil şöbəsi, metodiki kabinetin işçiləri və ümumtəhsil məktəblərinin rəhbərləri ilə dəfələrlə seminar-müşavirələr keçirilərək təhsilin Azərbaycanın  strateji platforması olduğu, məktəblərdə sağlam və səmərəli təhsil mühitinin yaradılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəbin idarə olunmasının müasir tələblər səviyyəsinə qaldırılması məsələləri müzakirə edilmişdir. Təhsilalanların savadlı və səriştəli şəxs kimi formalaşdırılması - təhsildə nəticələrə görə cavabdeh, şəffaf, səmərəli tənzimləmə və idarəetmə mexanizmlərini müasir tələblərə uyğun aparılmasından, müəllimin akademik bacarıqlarından, tədris təcrübəsindən və peşəkarlıq səviyyəsindən, asılı olduğundan bu tədris ilində rayonun 12 məktəb direktoru, 1 direktor müavini 176 nəfər müəllimi öz bilik və bacarıqlarını artırmaq məqsədi ilə kurslardan keçmişdir.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının 2013-2014-cü tədris ilində buraxılış imtahanlarının yekunlarına dair statistik hesabatda Cəbrayıl rayonu üzrə IX sinfi 671 nəfər, XI sinfi isə 584 nəfər bitirmişdir. Tədris ilinin yekununa görə 2014-cü ildə attestat almış 584 nəfər məzundan 347 nəfər, əvvəlki illərdə bitirənlərdən isə 34 nəfər olmaqla cəmi  381 nəfər ali məktəblərə qəbul üçün sənəd vermişlər. Qəbul imtahanlarının nəticələrinə görə bu ilki məzunlardan 221 nəfər, əvvəlki illərdə bitirmiş məzunlardan isə 18 nəfər olmaqla cəmi 239 nəfər tələbə adına layiq görülmüşdür. Beləliklə 2014-cü ildə orta məktəbi bitirən məzunlardan sənəd verənlərin 63,7 faizi, əvvəlki illərdə qurtaranlarla birlikdə isə  62,7 faizi tələbə adını qazanmışdır.
Eyni zamanda 2014-cü ildə rayonun ümumtəhsil məktəblərinin IX sinfi bitirmiş məzunlardan 14 nəfər, XI sinfi bitirmiş məzunlardan isə 20 nəfər olmaqla ümumilikdə 34 nəfər Respublikanın orta ixtisas məktəblərinə qəbul olunmuşdur. Qəbulun nəticələrinə görə bu il ümumilikdə rayon üzrə 273 nəfər və ya 71,6 faiz ali və orta ixtisas məktəblərinə qəbul olmuşdur.
Rayonun ümumtəhsil məktəblərinin məzunlarından 11 nəfər 600-700, 22 nəfər 500-600, 41 nəfər 400-500, 59 nəfər 300-400 bal  arasında nəticə göstərmişlər. Onlardan Cocuq Mərcanlı kənd tam orta məktəbdən Hüseynov Orxan Rövşən oğlu, Süleymanlı Nigar Yusif qızı,Tatar kənd tam orta məktəbdən Şirinov Xalid Vidadi oğlu, Sirik kənd tam orta məktəbdən Quliyev Fərid Elsevər oğlu, 5 saylı tam orta məktəbdən Əhmədova Sara Nadir qızı, 5 saylı tam orta məktəbdən Məmmədzadə Mahirə Bağır qızı, Hovuslu kənd tam orta məktəbdən Səfərli Eyvaz Məhəmmədəli oğlu, Əmirvarlı  kənd tam orta məktəbdən Həsənov Saleh Ələddin oğlu, Sirik kənd tam orta məktəbdən Kazımlı Vüqar Musa oğlu, İ.Quliyev adına Böyük Mərcanlı kənd tam orta məktəbdən Mehdiyev Elşad Sərvər oğlu 600-dən çox bal toplamışlar. Sevindirici haldır ki, Tatar kənd tam orta məktəbin məzunu Mirişli Rauf Akif oğlu 690 balla ali məktəbə qəbul olaraq Prezident təqaüdünə layiq görülmüşdür.
2014-cü il sentyabr ayının 13-də Rayon İcra hakimiyyəti xətti ilə yüksək bal toplayan məzunlarla görüş keçirilmiş, onlara topladıqları bala uyğun müvafiq pul mükafatı verilmişdir.
Cəbrayıl rayon İcra Hakimiyyəti Azərbaycan torpaqlarının 20 faizinin işğal altında olduğu indiki dövrdə ölkəmiz üçün çox zəruri olan gənclərdə hərbi vətənpərvərlik hissinin gücləndirilməsi, onlarda düşmənə barışmaz münasibətin formalaşdırılması, zabit kadrların hazırlanması məsələsini daim diqqət mərkəzində saxlayır, bu istiqamətdə vaxtaşırı məqsədyönlü tədbirlər həyata keçirir. Belə ki, orta ümumtəhsil məktəblərinin şagirdlərinin hərbi ixtisaslara yiyələnməsi üçün marağın artırılması və xüsusi təyinatlı təhsil müəssisələrində tədris prosesinə cəlb olunmalarına üstünlük verilməsi məqsədi ilə aidiyyəti təşkilatların nümayəndələrinin, ziyalıların, Qarabağ müharibəsi veteranlarının və döyüş yolu keçmiş ehtiyatda olan zabitlərin iştirakı ilə ümumtəhsil məktəblərində şagirdlərlə dəfələrlə geniş söhbətlər aparılmış, “Qarabağı tanıyaq - Cəbrayılı sevək” mövzusunda   xüsusi dərslər tədris edilmiş və bu hazırda da davam etdirilir. Elə bunun nəticəsidir ki, rayonun ümumtəhsil məktəbinin şagirdləri arasından 13 nəfər hərbi liseyə, 9 nəfər isə hərbi Akademiyalara  sənəd vermiş, onlardan 9 nəfəri hərbi təyinatlı lisey və ali məktəblərə qəbul olmuşlar.  Lakin baxmayaraq ki, keçən dərs ili ilə müqayisədə bu yüksək göstəricidir, amma bu nəticə də bizi qane etmir. Gələcəkdə bu istiqamətdə işlər daha da  gücləndiriləcəkdir.
2013-2014-cü tədris ilində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının tapşırığına uyğun olaraq Azərbaycan tarixinin ümumtəhsil məktəblərində daha səmərəli öyrənilməsi məqsədi ilə rayon rayon Təhsil şöbəsinin tabeliyində olan 18 şəhər və rayonda fəaliyyət göstərən 39 tam orta məktəbin 584 nəfər XI sinif şagirdləri “Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və memarıdır” və “Ümumulli lider Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial-iqtisadi inkişafının təminatçısıdır” mövzuları üzrə 2 akademik saat olmaqla fevral-may aylarında Heydər Əliyev Mərkəzlərində dərslərdə iştirak etmiş və 2015-ci ildə də bu istiqamətli dərslər yüksək səviyyədə davam etdirilir.
Son illərdə səhiyyənin inkişafı ilə bağlı həyata keçirilən məqsədyönlü siyasət  bu sahənin keyfiyyət və kəmiyyət göstəriciləri ilə zənginləşməsinə səbəb olmuş, tibb sektoru yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Səhiyyə ilə bağlı mühüm dövlət proqramlarının hazırlanaraq həyata keçirilməsi, əhalinin sağlamlığının daha  etibarlı şəkildə qorunması, onların  ən yüksək səviyyədə tibbi xidmətlə təmin olunması bu istiqamətdə gerçəkləşən siyasətin  prioritetləridir. Təkcə onu qeyd etmək kifayətdir ki, ölkəmizdə səhiyyə sisteminin yenidən qurulması əhalinin sağlamlığının daha yaxşı qorunması, bu sahədə yeni texnologiyaların tətbiqini və yeni kadr potensialının hazırlanmasını özündə əks etdirən Dövlət Proqramları tibbi xidmətin yaxşılaşdırılmasına yönəlmişdir.     
Respublikamızın hər yerində olduğu kimi Cəbrayıl rayonunda da səhiyyənin inkişafı, əhalinin sağlamlığının qorunması, tibbi xidmətin səviyyəsinin yüksəldilməsi üçün müəyyən işlər görülmüşdür. Azərbaycan Respublikası  Prezidenti cənab İlham Əliyevin verdiyi tapşırığa uyğun olaraq  2014-cü ilin fevral və may aylarında “Əhalinin ümumi profilaktik tibbi müayinələr”dən keçməsi işi müvəffəqiyyətlə başa çatdırılmışdır. Əhalinin sağlamlığına xidmət edən bu vacib aksiyanın yüksək səviyyədə, mütəşəkkilliklə həyata keçirilməsi məqsədi ilə rayonun əsas xidmət sahəsi olan Biləsuvar rayonu ərazisində salınmış 11 qəsəbəyə xidmət edən 50 çarpayılıq sahə xəstəxanası və 4 həkim məntəqəsi lazımi avadanlıq və digər vasitələrlə tam təchiz olunaraq onların istifadəsinə verilmişdir.
Respublikanın 53 şəhər və rayonunda məskunlaşmış rayon əhalisi də bu aksiyadan kənarda qalmamış, rayon əhalisinin demək olar ki, tam əksəriyyəti tibbi müayinədən keçmişdir. Onlardan 4497 nəfər ambulator, 501 nəfər  stasionar müalicəyə qəbul olunmuş, 347 nəfər isə Bakı şəhərinə müalicəyə göndərilmişdir. Bu il fevral ayının 2-dən etibarən isə rayon əhalisinin təkrar tibbi müayinədən keçirilməsinə başlanmış və bu kompaniya mütəşəkkil qaydada davam edir.
Ümumilikdə il ərzində səhiyyə müəssisələrimiz tərəfindən 76466 nəfər ambulator qəbul edilmiş, çağırışa əsasən 10218 dəfə evlərə həkim göndərilmişdir. İllik  çarpayı günü 6284 gün təşkil etmişdir ki, bu da çarpayı planının  62.8  faiz yerinə yetirilməsi deməkdir. İl daxilində Bakı şəhərinin müxtəlif klinikalarına  müayinə və müalicə üçün 511 xəstə göndərilmişdir. Hazırda 2284 nəfər dispanser qeydiyyatındadır. Qeydiyyatda olan xəstələrə il ərzində 97581 manat vəsait xərclənmişdir ki, bunun da 81371 manatı  849 nəfər imtiyazlı xəstələrə xüsusi reseptlər əsasında verilmişdir.
RİAİS-ə daxil edilmiş məlumatdan da görünür ki, əhalinin xəstələnməsi 2013-cü  ildə 6501 nəfərə qarşı, 2014-cü ildə 5337 nəfər olmuş və ya 1164 nəfər azalmışdır. Məlumdur ki, əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinə bilavasitə təsir edən vacib və əsas faktorlardan biri tibb müəssisələrinin kadr təminatı və tibb işçilərinin peşəkarlıq səviyyəsidir. Lakin  səhiyyə müəssisələrimizdə ixtisaslı həkim kadrların çatışmaması davam edir. Belə ki, hazırda Mərkəzi Rayon Xəstəxanasında 12 həkim və 2 orta tibb işçisi, 2 mama,  Gigiyena və Epidemiologiya Mərkəzində isə 3 həkim, 4 orta tibb işçisi ştatı vakantdır.  .
Rayonda fəaliyyət göstərən 1 Mədəniyyət evi, 1 Tarix-diyarşünaslıq muzeyi, 1 Mərkəzi rayon kitabxanası, 24 kənd kitabxana filialı, 17 kənd klubu və 3 musiqi məktəbində çalışan 290 mədəniyyət işçisi tərəfindən məcburi köçkün həyatı yaşayan əhalimizə mədəni xidmət göstərir. 
Ölkəmizin qədim və zəngin maddi-mədəniyyət abidələrinin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi mühüm əhəmiyyət kəsb edir. Bu istiqamətdə tarix-diyarşünaslıq muzeylərinin fəaliyyəti xüsusi məna daşıyır. Cəbrayılın tarixi, onun maddi-mədəniyyət abidələrini, milli-mənəvi dəyərlərini qoruyan, yaşadan və о vaxtlar respublikamızda öz fəaliyyəti ilə yaxşı tanınan bir mədəniyyət müəssisəsi - Cəbrayıl rayon tarix-diyarşünaslıq muzeyi var idi. 1988-ci ildən başlayan erməni riyakarlığı, erməni məkri öz işini gördü. Mədəniyyət Nazirliyinin müvafiq sərəncamına əsasən muzeyin ən qiymətli eksponatları sərgiyə aparılmaq məqsədilə rayon mərkəzindən çıxarılaraq Arazboyu kəndlərdə gizlin şəkildə yerləşdirildi. Muzeydə təxminən 17 minə qədər eksponat var. Bunlar xalça və xalça məmulatları, qızıl və gümüş qadın bəzəkləri, kişi və qadın gümüş kəmərləri, müxtəlif etnoqrafik və arxeoloji materiallar, rayonun tarixi və mədəniyyəti ilə bağlı müxtəlif fotolar, sənədlər və digər əşyalardır. Rayonun işğalından sonra 1993-cü ilin dekabr ayından muzeyimiz İstiqlal muzeyinin fondunda yerləşdirilib. Bu gün Cəbrayıl muzeyi yaşayır, işləyir, rayonun köçkünük və didərginlik həyatına dair materiallar toplayır.
Fəaliyyət göstərən Mərkəzi Kitabxana Sisteminin 11 kitabxana filialı Biləsuvar rayonu ərazisində yeni tikilmiş müasir tipli klub binalarında, xüsusi otaqlarda yerləşdirilmiş, digər 6 klub və 13 kitabxana filialı  respublikanın müxtəlif bölgələrində, 7 kitabxana filialı isə əhalimizin daha sıx məskunlaşdığı yaşayış məntəqələrində, şəxsi evlərdə və uyğunlaşdırılmış binalarda fəaliyyət göstərir. Ötən hesabat ilində Saatlı rayonunun Əlisoltanlı və Hacıqabul rayonunun Atbulaq kəndi ərazisində məcburi köçkün ailələri üçün hər cür şəraiti olan yeni qəsəbə salınmış və bu qəsəbənin hər birində 147 yerlik klub tikilib istifadəyə verilərək rayon Mədəniyyət və Turizm şöbəsinin balansına verilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının rəhbərliyi ilə ölkəmizdə milli mədəniyyətin inkişafı, maddi və mənəvi dəyərlərimizin, adət-ənənələrimizin qorunması və daha da zənginləşdirilməsi istiqamətində ardıcıl işlər görülür. İl ərzində rayonun ayrı-ayrı kompakt yaşayış məntəqələrində fəaliyyət göstərən klub müəssisələri tərəfindən rayon əhalisinə xidmət göstərilmiş, bütün dövlət və dini bayramlarla əlaqədar mədəni kütləvi tədbirlər, eləcə də xalqımızın qan yaddaşını möhkəmləndirmək məqsədi ilə uzaq və yaxın keçmişdə baş vermiş faciələrimizlə bağlı anım mərasimləri keçirilmişdir. Belə ki, 31 dekabr “Dünya Azərbaycanlılarının həmrəylik günü”, “Yeni il”, 02 fevral “Gənclər Günü”, 08 mart “Beynəlxalq qadınlar Günü”, 20 mart “Novruz bayramı”, 09 may alman faşizmi üzərində “Qələbə Günü”, 10 may “Hüydər Əliyevin anadan olmasının 91-ci ildönümü, 15 may “Beynəlxalq ailə günü” və “Kitab bayramı”, eləcə də  20 Yanvar “Milli Hüzn Günü”, 26 fevral “Xocalı faciəsi günü”, 31 mart “Azərbaycanlıların Soyqırımı günü” kimi anım tədbirləri keçirilmişdir. Ümumilikdə ötən hesabat ilində təbliğat xarakterli keçirilmiş 310-a yaxın tədbirdə 22500 rayon sakini iştirak etmişdir.
Bu gün Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Bir sözlə, ölkəmizdə gənc nəsil dövlət qayğısı ilə əhatə olunub. Gənclərin asudə vaxtının və istirahətinin səmərəli təşkili məqsədilə respublikanın bütün bölgələrində olduğu kimi Cəbrayıl rayonunda da şəraitə uyğun olaraq bəzi məqsədyönlü işlər aparılmışdır.
Azərbaycan Respublikasının  Prezidenti Cənab İlham Əliyevin idmanın kütləviliyinin artırılması, uşaq, yeniyetmə və gənclərin fiziki sağlamlıqlarının möhkəmləndirilməsi barədə tapşırıqlarına uyğun olaraq qəsəbələrdə sadə də olsa idman meydançaları təşkil edilmiş, yeniyetmə və gənclərin əsas idman növləri ilə mütəşəkkil qaydada  məşğul olmaları üçün müəyyən klub və bölmələr yaradılmışdır. Ümumilikdə 4 klub və 74 bölmədə  cəmi 1229 nəfər idmanla məşğul olur və onlarla 72 məşqçi müəllim çalışır.
Fevral ayında “Cəsurlar” və “Şahin” hərbi idman və turizm oyunlarının məktəbdaxili və rayon birincilikləri keçirilmişdir. “Cəsurlar” hərbi idman və turizm oyunlarının rayon birinciliyində 20 komanda iştirak etmiş 1-ci yerə V.İsmayılov adına Çərəkən kənd tam orta məktəbinin, “Şahin” hərbi idman oyunlarının rayon birinciliyində isə 16 komanda iştirak etmiş, birinci yerə İ.Quliyev adına Böyük Mərcanlı kənd tam orta məktəbinin komandası layiq görülmüşdür.
Rayon Gənclər və İdman İdarəsi 2014-cü ilin aprel ayında yeniyetmə və gənclərin iştirakı ilə “Respublikamızın iqtisadi inkişafında gənclərin rolu” mövzusunda, dəyirmi masa, aprel ayında Tərtər şəhərində keçirilmiş  “Xəmsə” VII milli-intellektual oyununun zona mərhələsində  qalib gəlmiş 5 nəfər gəncin iştirakı təmin edilmişdir.
Gənclər arasında narkomaniyanın profilaktikası məqsədi ilə Biləsuvar rayonu ərazisində Cəbrayıllılar üçün inşa edilmiş qəsəbələrdə yaşayan gənclər arasında “Narkomaniya bir bəladır” mövzusunda rəsm müsabiqəsi, fevral ayında rayon məktəbliləri arasında “Azərbaycan doğma vətənim” mövzusunda inşa yazı müsabiqəsi, mart ayında “Hünər” vətənpərvərlik mahnıları festivalı, yeniyetmə və gənclərin zərərli vərdişlərdən çəkindirilməsi və cinayətkarlığın profilaktikası ilə əlaqədar rayon Polis şöbəsi ilə birlikdə dəyirmi masa keçirilmişdir. Tədbirdə qəsəbələrdən olan gənclər iştirak etmiş və öz münasibətlərini bildirmişdir. Həmçinin bu ilin dekabr ayında ənənəvi olaraq Azərbaycanın Milli Qəhrəmanlarının döyüşlərdə göstərdikləri fədakarlıqları ilə bağlı diskussiya keçirilmiş və diskussiyada rayon gəncləri iştirak etmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin din sahəsində həyata keçirdiyi düşünülmüş siyasət sayəsində ölkəmizdə etnik-mədəni müxtəlifliyə yol verilməmiş, multikultural, tolerant mühitin qorunması və təşviqi dövlət siyasətinin başlıca istiqamətlərindən birinə çevrilmişdir. Dövlət-din münasibətləri ölkəmizdə zəngin-tarixi ənənəyə əsaslanır və beynəlxalq hüquqi normalarla tənzimlənir. “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanunu yüksək səviyyədə icra olunur, dini durum aidiyyəti qurumlar tərəfindən ciddi nəzarətdə saxlanılır. Bunun nəticəsidir ki, əksər dünya ölkələrində böyük dağıntı və kütləvi ölüm halları ilə nəticələnən hadisələr Azərbaycanda baş vermir. Bu gün Azərbaycan mövcud olan tolerant mühitə, sakitlik və stabilliyə görə hətta inkişaf etmiş bəzi dünya ölkələrinə nümunə kimi təqdim olunur. Cənab Prezidentin müvafiq sərəncamı ilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə 2,5 milyon manat ayırması məhz Azərbaycanda tolerantlıq mühitinin güclənməsinə dəyərli töhfədir.
Rayonda dini durum həmişə diqqətdə saxlanılmış, bununla bağlı Şurada və rayon müşavirələrində vaxtaşırı müzakirələr və tədbirlər keçirilmişdir. 2014-cü ilin iş planına əsasən sentyabr ayında keçirilmiş şura iclasında rayonda dini durumun vəziyyəti, əhali arasında qeyri-ənənəvi dini təriqətlərə, xüsusən də vəhhabilik cərəyanına xidmət edən dindarlarla aparılan iş müzakirə edilmişdir. İclasda dindarlarla yanaşı rayonun ziyalıları, ağsaqqal və gəncləri də iştirak etmiş, rayon əhalisi arasında İslam dininə zidd olan cərəyanların, təriqət və məzhəblərin yayılmasının qarşısının alınması üçün mütəşəkkil qaydada iş aparılması qərara alınaraq aidiyyəti qurumlara tapşırıqlar verilmişdir. Görülən profilaktiki tədbirlərin, aparılan təbliğat və izahat işlərinin sayəsində rayonda dini durum sabit saxlanmış, dini zəmində 2014-cü ildə heç bir xoşagəlməz hal baş verməmişdir.
Onu da qeyd edim ki, Qafqaz Müsəlmanları İdarəsinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yas mərasimlərində israfçılıq hallarının qarşısının alınması ilə bağlı təşəbbüsünə rayonumuzun ictimaiyyəti də qoşulmuşdur. Bu məqsədlə 2014-cü ilin avqust ayında Bakı şəhərində və əhalimizin kompakt məskunlaşdığı Biləsuvar rayonu ərazisindəki qəsəbədə rayon ziyalılarının, ağsaqqalların və dindarların iştirakı ilə geniş tərkibdə müşavirə keçirilmiş və sentyabr  ayının 1-dən başlayaraq yas mərasimlərinin İslam dininin buyurduğu qaydalara uyğun keçirilməsi qərara alınmışdı. Həmin vaxtdan bəri rayon əhalisindən vəfat edənlərin yas mərasimində qəbul olunmuş qaydanın tətbiqinə başlandı və bu günə kimi bu proses davam etməkdədir.
2015-ci ilin yanvar ayının 10-dan etibarən rayon üzrə mövcud olan 23 ərazi nümayəndəliyində hesabat yığıncaqlarının keçirilməsinə başlanılmış və ayın 24-də yekunlaşmışdır. “Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamə”yə əsasən keçirilən bu yığıncaqlarda rayonun məsul vəzifəli şəxsləri, Şura üzvləri iştirak etmiş, əhalimizi müvəqqəti məskunlaşdıqları ərazidə vətəndaşlarımızı narahat edən problemlər birbaşa onların özlərindən öyrənilmişdir. Yığıncaqlardan 3-də İcra hakimiyyətinin başçısı və Milli Məclisə rayondan seçilmiş deputat, qalanlarında isə Şura üzvləri və digər məsul nümayəndələr iştirak etmişdir. Hesabat yığıncaqlarından əvvəl hər bir nümayəndə əhalinin kompakt məskunlaşdığı ərazilərdə səyyar görüşlər keçirmiş, il ərzində Respublikanın, eləcə də rayonun ictimai-siyasi həyatında baş vermiş yeniliklər, nümayəndəlik üzrə görülən işlər barədə hesabat xarakterli məlumatlar çatdırmış, qaldırılan məsələləri ümumiləşdirərək hesabat məruzəsinə daxil etmişdir. Sonra isə yığıncaqların gedişi, vətəndaşların irəli sürdüyü təkliflər barədə İcra hakimiyyətinin müvafiq Şöbəsinə məlumat təqdim edilmişdir. Məlumata görə 23 ərazi nümayəndəliyi üzrə yığıncaqlarda 2 minə yaxın rayon sakini iştirak etmiş, 128 nəfər çıxış edərək nümayəndələrin bir illik fəaliyyətinə münasibət bildirmiş, 45-dən çox təklif səsləndirilmişdir. Həmin təkliflər ümumiləşdirilərək Şura iclasında müzakirə edilmiş və icrası məqsədi ilə tədbirlər planı təsdiq olunmuşdur.  İndi ən ümdə vəzifəmiz 2015-ci il ərzində həmin təkliflərin icrası ilə yaxından məşğul olmaqdır.
Rayonda ictimai-siyasi sabitliyin qorunması diqqətdə saxlanılmış, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi istiqamətində profilaktiki tədbirlər həyata keçirilmişdir. Hüquq-Mühafizə orqanları ilə yaradılmış sıx əlaqə, səmərəli və işgüzar fəaliyyət sayəsində bilavasitə xidmət ərazimiz olan Biləsuvar rayonu ərazisindəki köçkün qəsəbələrində, eləcə də digər məskunlaşma ərazilərində vətəndaşlarımız tərəfindən ciddi təhlükə yaradacaq hadisə törədilməmişdir. Ölkəmizdə olduğu kimi rayonda da hazırda sağlam və  stabil ictimai-siyasi vəziyyət var, rayon rəhbərliyi ilə əhalimiz arasında birlik mövcuddur.
Son illər Respublikamızda dövlət qulluğunu dünya standartları səviyyəsinə qaldırmaq, dövlət qulluğu kadrları ilə işi yeni strateji formada qurmaq üçün çox iş görülmüşdür. Bu strategiya kadrların hazırlığının planlaşdırılmasından tutmuş onların işə qəbulu, qulluq pillələrində irəliləməsi, onlar  barəsində vahid informasiya bazasının yaradılmasınadək çox müxtəlif məsələləri əhatə edir. Bu məsələdə təbiidir ki, dövlət qulluqçularının peşəkarlığının artırılmasına xüsusi diqqət yetirilir.
Dövlət qulluğunda peşəkarlığın yüksəldilməsinin əsas şərtlərindən biri də savadlı kadrların seçilməsidir. Bu gün yerli icra hakimiyyətlərinin fəaliyyətində müasir informasiya və kommunikasiya texnologiyalarının tətbiqini yalnız yüksək biliyə və bacarığa malik peşəkar kadrlarla həyata keçirmək mümkündür. Bu baxımdan rayon icra hakimiyyətinin aparatına və nümayəndəliklərə ali təhsilli, yeni düşüncəli kadrların seçilib yerləşdirilməsi vacib vəzifələrdən biri kimi qarşıda durur.
2014-cü ildə rayonda kadrlarla iş, savadlı və bacarıqlı gənclərin dövlət idarəetmə orqanlarında məsul vəzifələrə irəli çəkilməsi məqsədi ilə onların hazırlanması kimi vacib məsələlər diqqətdə saxlanmışdır. Hazırda Rayon İcra Hakimiyyətinin aparatında çalışan 41 nəfər işçidən 8-i və ya 20 faizi qadın, 10-u və ya 25 faizi isə gənclərdir. Son dörd ildə gənclərin aparata götürülməsi nəticəsində işçilərin orta yaş həddi azalaraq 44.3 yaş təşkil etmişdir.
Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 27 iyul tarixli 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının dövlət orqanlarında dövlət qulluğunun rəhbər vəzifələrinin tutulması üçün ehtiyat kadrların formalaşdırılması Qaydaları"na uyğun olaraq RİHB aparatının məsul vəzifələrinin hər birinə 2 nəfər ehtiyat kadr olmaqla siyahı tərtib edilmişdir. Siyahı hər il yenilənir və daha layiqli şəxslərin siyahıya daxil edilməsi təmin edilir.
2014-cü ilin yekununda “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 30–1-ci maddəsinə əsasən icra hakimiyyətinin aparatında və ərazi nümayəndəliklərində inzibati vəzifələrin dördüncü – yeddinci təsnifatlarına uyğun olan inzibati vəzifə tutan dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi aparılmışdır. Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsinin məqsədi onun təqvim ili ərzində vəzifəsinin öhdəsindən gəlməsini, tutduğu vəzifəyə dair tələbləri yerinə yetirməsini qiymətləndirməkdən və dövlət qulluqçusunun gələcək inkişafını müəyyən etməkdən ibarətdir. Qiymətləndirmə zamanı işçinin mənfi və müsbət keyfiyyətləri özlərinə bildirilmiş,  gələcəkdə hansı istiqamət üzrə yenidən hazırlıq keçməsinə ehtiyac olduğu müəyyənləşdirilmişdir.
2014-cü il ərzində Rayon İcra hakimiyyəti başçısı aparatına 796 vətəndaş müraciəti daxil olmuşdur. Bunlardan 76 ədədi Prezident Administrasiyasından, 3-ü Milli Məclisdən, 222-si Nazirlər Kabinetindən, 39-u digər Respublika təşkilatlarından olmaqla ümumilikdə 340 ədədi yuxarı təşkilatlardan, 456 ədədi isə birbaşa vətəndaşlardan daxil olmuşdur. İcra Hakimiyyəti və digər rayon təşkilatları tərəfindən vətəndaşları narahat edən məsələlərin həllinə diqqətin daha da artırılmasının nəticəsidir ki, yuxarı təşkilatlardan daxil olmuş müraciətlərin sayı ötən illə müqayisədə azalmışdır.
Daxil olmuş müraciətlərdən 413-ü maddi yardım və əhalinin sosial müdafiəsi, 210-u mənzil, 26-sı işlə təmin olunma və əmək məsələləri, 37-si kənd təsərrüfatı, 30-u ailə və məişət məsələləri, 23-ü sahibkarlığın inkişafı, 20-si RİH-in fəaliyyəti haqqında, 13-ü təhsil, 11-i səhiyyə, 5-i hüquq məsələləri, 3-ü H.Əliyevin adının əbədiləşdirilməsi, 2-si nəqliyyat, 2-si elektrik enerjisi və istilik təchizatı, 1-i su təchizatı ilə bağlı olmuşdur. Göründüyü kimi ümumi müraciətlərin böyük hissəsini birdəfəlik maddi yardımın göstərilməsi və mənzil şəraitinin yaxşılaşdırılmasına dair müraciətlər təşkil edir ki, bu da rayon ərazisinin bütünlüklə işğal altında olması və rayon əhalisinin köçkün şəraitində yaşaması ilə əlaqədardır. Maddi yardım göstərilməsi ilə bağlı bütün müraciətlər araşdırılmış və köməyə ehtiyacı olan bütün müraciət müəlliflərinə lazımi köməklik göstərilmişdir. Mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı müraciət edənlərin bir çoxu yeni mənzillərlə təmin edilmiş, digərlərinə isə köçürülmə prosesinin Dövlət Proqramına uyğun olaraq mərhələli şəkildə Dövlətqaçqınkom tərəfindən həyata keçirilməsi barədə müvafiq izahatlar verilmişdir. Digər mövzularda olan müraciətlərlə bağlı da müvafiq tədbirlərin görülməsi təmin olunmuşdur.
Eyni zamanda Rayon İcra hakimiyyətinə vətəndaşların müraciətlərinin elektron qaydada qəbulu İcra hakimiyyətinin elektron poçt ünvanı (mail@cabrail-ih.gov.az), eləcə də rayon İcra hakimiyyətinin internet saytında olan “Elektron müraciət” bölməsi vasitəsilə həyata keçirilmişdir. Həmin bölmələr vasitəsilə daxil olmuş müraciətlər müvafiq qaydada araşdırıldıqdan sonra rəsmi qaydada cavablandırılmışdır. Bütün hallarda elektron qeydiyyatla daxil olmuş müraciətlərə elektron cavabların verilməsi təmin edilmişdir.
Bu sahədə işləri daha da təkmilləşdirmək və operativliyi təmin etmək məqsədi ilə Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi mütəxəssislərin iştirakı ilə yerli icra orqanları üçün vətəndaşların müraciətləri ilə işin elektron formada təşkilini nəzərdə tutan və veb texnologiyasına əsaslanan vahid informasiya sistemi işlənib hazırlamış və 2015-ci ilin birinci rübündə bu sistemin tətbiqi nəzərdə tutulur.
Təsdiq edilmiş qəbul cədvəlinə uyğun olaraq il ərzində RİH başçısı tərəfindən aparatda 684 nəfər qəbul edilmişdir. Onlar tərəfindən edilmiş müraciətlərin 322-si birdəfəlik maddi yardım göstərilməsi, 70-i kənd təsərrüfatı məsələləri, 65-i işlə təmin olunma, 47-si mənzillə təmin olunma, 38-i əhalinin məşğulluğu və ÜSY verilməsi, 9-u pensiya, 6-sı bank-kredit, 6-sı miqrasiya, 5-i sahibkarlıq, 4-ü yemək xərci verilməsi, 4-ü əmək haqqı məsələləri, 4-ü qonşu münaqişəsi, 3-ü polis-məhkəmə orqanları ilə bağlı, 3-ü təhsil, 2-si elektrik enerjisi verilməsi, 1-i səhiyyə, 1-i ayrı təsərrüfat kimi qeyd olunma, 1-i yol, 78-i şəxsi qəbul, 15-i isə digər məsələlərlə bağlı olmuşdur.
Respublika rəhbərliyinin tövsiyələrinə uyğun olaraq vətəndaşların problemlərinin daha yaxından öyrənilməsi və bilavasitə yerlərdə müvafiq tədbirlərin görülməsi məqsədi ilə səyyar qəbulların keçirilməsi diqqət mərkəzində saxlanılmışdır. 2014-cü il ərzində rayon əhalisinin sıx məskunlaşdığı bölgələrdə - Bakı şəhərinin ayrı-ayrı rayonlarında və Rayon qərargahında 65, Sumqayıt şəhərində 6, Sabirabad, Abşeron rayonlarında və Biləsuvar rayonu ərazisindəki qəsəbələrdə 2,  Şabran, Kürdəmir, Şəmkir, Gəncə, Mingəçevir, Yevlax, Şəki, Qax, Zaqatala, İsmayıllı, Şamaxı, Qobustan rayonlarının hər birində 1 dəfə olmaqla ümumilikdə 89 səyyar görüş-qəbul keçirilmiş, görüşlərdə 3000 nəfərdən çox rayon sakini iştirak etmiş və onlar tərəfindən 439 təklif səsləndirilmişdir. Səsləndirilmiş təkliflərdən 240-ı və ya 55 faizi müsbət həll edilmiş, 199-u barədə isə müvafiq tədbirlər görülmüşdür.
Vətəndaşlardan daxil olmuş təkliflərin 3-ü qəbul barədə, 11-i gənc ailələrin ailə təsərrüfatından ayrılması, 7-si ölkədaxili qeydiyyat məsələləri, 3-ü torpaq, 23-ü təhsil, 2-si səhiyyə, 112-si mənzil, 1-i məcburi köçkünlərin müvəqəti məskunlaşdıqları ictimai binaların təmiri, 3-ü sosial obyektlərin təmiri, 1-i sosial obyektlərin təhcizatı, 21-i işlə təmin olunma, 4-ü elektrik enerjisi təhcizatı, 4-ü içməli su təhcizatı, 3-ü qaz və istilik təhcizatı, 4-ü suvarma suyu təhcizatı, 6-sı yemək xərci müavinəti, 11-i məcburi köçkünlük statusu, 179-u birdəfəlik maddi yardım göstərilməsi, 1-i məhkəmə orqanlarının fəaliyyəti, 8-i yol və nəqliyyat məsələləri, 3-ü sahibkarlıq və kredit ayrılması məsələləri, 3-ü məişət məsələləri, 1-i hərbi qeydiyyat və hərbi xidmət barədə, 1-i müharibə veteranı adı verilməsi, 1-i Ünvanlı sosial yardım, 2-si pensiya, 1-i plastik kart məsələsi, 20-si isə digər cari məsələlərlə bağlı olmuşdur.
Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamənin tələblərinə uyğun olaraq Cəbrayıl Rayon İcra hakimiyyətinin başçısı yanında Şuranın 2014-cü il ərzində 29 iclasının keçirilməsi nəzərdə tutulmuş və ümumilikdə 31 Şura iclasında 38 məsələ müzakirə edilmişdir.
Müzakirə edilən məsələlərdən 4-ü ilin və rübün sosial-iqtisadi inkişafının yekunları, 1-i nümayəndəliklərdə keçirilmiş hesabat yığıncaqları, 1-i “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın və “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə bağlı görülən işlər barədə, 3-ü səhiyyə məsələləri, 1-i yeniyetmələrin hüquqlarının müdafiəsi istiqamətində həyata keçirilən tədbirlər barədə, 2-si kənd təsərrüfatı məsələləri, 1-i rayon əhalisinə edilən humanitar yardımlar və əlaqədar təşkilatlar tərəfindən onlara göstərilən sosial xidmətlərin vəziyyəti haqında, 1-i işçilərin iş səriştəsinin və peşəkarlığının artırılması və ehtiyat kadr potensialının yaradılması istiqamətində görülən işlər barədə, 3-ü Rayon İcra Hakimiyyətlərində aparılmış yoxlamanın
nəticələri barədə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri cənab R.Mehdiyevin məktublarının icrası haqqında, 1-i rayonun Daş Veysəlli kənd sakini Həsənov Raqub Rafiq oğlunun ərizəsinin yoxlanma nəticəsi barədə, 1-i rayonun ümumtəhsil məktəblərinin XI sinif şagirdlərinin Ulu öndər Heydər Əliyevin irsinin öyrənilməsi ilə əlaqədar tədrisə cəlb olunması vəziyyətinə dair, 1-i rayon Təhsil şöbəsinin müdiri V.Həsənovanın hesabatı, 1-i sənədlərin saxlanması, qorunması və müəyyən olunmuş müddətlərdə Dövlət Arxivinə təhvil verilməsi, 1-i əhalinin asudə vaxtının səmərəli keçirməsi üçün rayonun mədəniyyət müəssisələri tərəfindən göstərilən mədəni xidmətin vəziyyəti haqqında, 1-i rayonda uşaqların övladlığa və qəyyumluğa götürülməsi məsələləri ilə bağlı aidiyyəti dövlət orqanları ilə birlikdə görülən işlər barədə, 1-i hərbi qeydiyyata alınmalı olan vətəndaşların qeydiyyatdan keçirilməsi işinin təşkili sahəsində aidiyyəti rayon təşkilatları ilə birgə görülən işlər barədə, 1-i Rayon icra hakimiyyəti tərəfindən görülən işlər barədə rayon əhalisini məlumatlandırmaq məqsədi ilə internet saytında informasiyaların yerləşdirilməsi və məlumatların vaxtaşırı yeniləşdirilməsi istiqamətində görülən işlər barədə, 1-i narkotik vasitələrin və psixotrop maddələrin qeyri-qanuni dövriyyəsinin qarşısının alınması məqsədi ilə həyata keçirilən tədbirlər barədə, 1-i rayonda dini durumun vəziyyəti və bu sahədə aparılan iş barədə, 1-i abadlıq və təmizlik işlərinin aparılması istiqamətində qəsəbədə fəaliyyət göstərən Mənzil - kommunal istismarı sahəsinin və yaşıllaşdırma idarəsinin gördüyü işlər barədə, 1-i qəsəbələrdəki mənzillərin təmiri, 1-i Biləsuvar rayonu ərazisində salınmış qəsəbələrdə məskunlaşmış aztəminatlı ailələrə Ünvanlı Sosial Yardımların verilməsi sahəsində rayon Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən aparılan işlər barədə, 1-i vətəndaşların qəbulu, onların ərizə, təklif və şikayətlərinə baxılması, 1-i RİHB tərəfindən keçirilən səyyar görüş-qəbullarda rayon sakinlərinin irəli sürdüyü təkliflərin icrası vəziyyəti haqqında, 1-i qəsəbələrdə əhali tərəfindən istehlak edilən mal və məhsulların keyfiyyətinə və qiymətinə nəzarət edilməsi, saxta məhsulların istehsalı və satışının qarşısının alınması istiqamətində aparılan profilaktiki tədbirlər barədə, 1-i əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi sahəsində Rayon Suvarma Sistemləri idarəsi tərəfindən görülmüş işlərin vəziyyəti, 1-i Biləsuvar rayonu ərazisində salınmış qəsəbələrdə mənzillərin, dövlətə məxsus idarə və müəssisələrin, sosial-mədəni təyinatlı obyektlərin qış mövsümünə hazırlığı ilə bağlı, 1-i Şuranın İş planınının təsdiq edilməsi, 2-si isə Şuranın tərkibində dəyişiklik edilməsi barədə olmuşdur.
2014-cü il ərzində Cəbrayıl Rayon İcra hakimiyyətində keçiriləcək müşavirələrin perspektiv İş planına uyğun olaraq 8 müşavirə keçirilmişdir. Müşavirələrdə Azərbaycan Respublikası Seçki Məcəlləsinin 46.4-cü, 46.5-ci, 46.15-ci maddələrinə uyğun olaraq rayon üzrə vahid seçici siyahısının hazırlanması və dəqiqləşdirilməsi ilə əlaqədar inzibati ərazi dairələri üzrə nümayəndəlik işçilərinin qarşısında qoyulmuş vəzifələrin icrası vəziyyəti, mal-qara arasında aparılan süni mayalama tədbirlərinin vəziyyəti, inzibati ərazi dairələri üzrə nümayəndəliklərdə kargüzarlıq işlərinin aparılması və sənədlərlə işin təşkili vəziyyəti, mal-qara və quşlar arasında epizodik vəziyyətə nəzarətin həyata keçirilməsi sahəsində rayon Baytarlıq idarəsi tərəfindən görülmüş işlər, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il tarixli Qərarı ilə təsdiq edilmiş “2011-2015-ci illər üçün yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair Tədbirlər Proqramı”nın icrası ilə əlaqədar GEM tərəfindən görülən işlər,  rayonda mövcud olan kənd təsərrüfatı texnikalarına nəzarətin həyata keçirilməsi sahəsində Rayon Dövlət Texniki Nəzarət Müfəttişliyi tərəfindən aparılan işlər, Biləsuvar rayonu ərazisindəki qəsəbələrdə sahibkarlıq üçün ayrılmış torpaq sahəsində təyinatı üzrə nəzərdə tutulmuş obyektlərin arxitekturaya uyğun tikilməsi və fəaliyyəti, Neftçala Rayon İcra Hakimiyyətində və dövlət hakimiyyəti orqanlarının yerli qurumlarında aparılmış yoxlamanın nəticələri barədə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri cənab R.Mehdiyevin 21 oktyabr 2014-cü il tarixli 2/902 saylı məktubunun icrası haqqında məsələlər müzakirə olunmuşdur.
Keçirilmiş Şura iclaslarında və  rayon müşavirələrində müzakirəyə çıxarılmış bütün məsələlər əhatəli təhlil edilmiş və icraya yönələn müvafiq qərarlar qəbul edilmişdir.
Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarını əmin edirəm ki, dövlətə daim sədaqətləri ilə seçilən Cəbrayıllılar Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və möhtərəm Prezidentimizin rəhbərliyi ilə uğurla davam etdirilən daxili və xarici siyasəti həmişə müdafiə edəcək, onun ətrafında sıx birləşməklə torpaqlarımızın işğaldan azad edilməsi, müstəqil Azərbaycanımızın ilbəil inkişaf etdirilməsi istiqamətində apardığı siyasətə daim dəstək olacaqdır.


Hörmətlə,

        Cəbrayıl Rayon İcra hakimiyyətinin                              
                                                    başçısı:                                                Mahmud Quliyev

Keçidlər