Şriftin ölçüsü :

Saytın rəngi :

Tarixi

Cəbrayıl rayonunun adı rayonun mərkəzi olan Cəbrayıl kəndinin adından götürülmüşdür. Cəbrayıl kəndinin əsasını qoymuş Cəbrayıl ata VIII əsrdə yaşamış Sultan Əhməd adlı bir hökmdarın yaxın adamlarından biri olmuş və Ziyarət dağından Araz çayına qədər ərazilər Cəbrayıl ataya və onun övladlarına məxsus olub. Bu müqəddəs şəxs hələ öz sağlığında böyük hörmət sahibi olub, vəfat edərkən öz mülkünün axar-baxarlı bir yerində - Alpaşa dağının üstündə dəfn edilmişdir. Cəbrayıl kəndinin şimalında "Cəbrayıl ata" adı ilə məşhur olan bu məqbərənin uzunluğu 4,5 metr, eni 2,4 metr, hündürlüyü 1,8 metrdir ki, oradakı məzar və qədim yaşayış yerlərinin izləri indiyə qədər qalır. Cəbrayıl atanın Mirzəcan, Yarəhməd, şahvələd, Bünyad, Qurban, Xubyar, Hasan və b. adlı oğlanları olduğu mənbələrdə göstərilir. Sonralar onun adından Cəbrayıllı tayfası formalaşmışdır. Orta əsrlərdən bəhs edən mənbələrdə məşhur şahsevən, Cavanşir, Əfşar və b. tayfalarla yanaşı, Cəbrayıllı tayfasının da adı çəkilir. Rus imperiyası işğaldan sonra vergi yığmaq məqsədilə siyahı tərtib edərkən (1823-cü il) Cəbrayıllı tayfasında 17 tirə, 443 ev, 2200 nəfərdən ibarət əhalini qeydə almışdır. XIX əsrin ikinci yarısında və XX əsrin 50-ci illərində Cəbrayıl kəndinə Qıraxdın da deyilmişdir. Bu da 1831-ci ildə Daşkəsən kəndində "Karantin" (qırx gün deməkdir) idarəsinin yaranması və 1848-ci ildə həmin idarənin Cəbrayıl kəndinə köçməsi ilə əlaqədardır. Yerli əhalinin dili dönmədiyindən "Qraxdın" kimi tələffüz etmişlər. Cəbrayıl ərazisi Midiyi (e.ə. VII-IV əsrlər), Əhmənilər imperiyasının (e.ə. IV-III əsrlər), Albaniya (e.ə. IV-III əsrlər) dövlətlərinin tərkibində olmuşdur. Albanların dövründə Cəbrayıl ərazisi Pazkank, Əhristan və Dizak adlanan mahalın tərkibində olub. 971-1086-cı illərdə Cəbrayıl Şəddadilərin, 1250-ci illərdən monqolların, 1387-ci ildən Teymurilərin, 1412-ci ildən Qaraqoyunluların, 1478-ci ildən Ağqoyunluların və nəhayət, 1501-ci ildən Səfəvilərin tərkibində olmuşdur. 1841-ci ildə Cəbrayıl ərazisi Mərkəzi ġamaxı Ģəhəri olan Xəzər vilayətinin, 1846-cı ildə isə Şuşa qəzasının tabeliyinə verilmişdir. 1873-cü ildə Cəbrayıl və ona qonşu olan ərazilər Şuşa qəzasının tabeliyindən çıxarılıb Yelizavetpol (Gəncə) quberniyasının tərkibində müstəqil Cəbrayıl qəzası təşkil edildi. Bu dövrdə Cəbrayıl qəzasının ərazisi 66,3 min kv.km, əhalisi 66360 nəfər olmuşdur. Qəza indiki Füzuli, Xocavənd, Qubadlı, Zəngilan rayonlarının ərazilərini əhatə edirdi.

 

Qəzanı qubernator tərəfindən təyin edilən rəis idarə edirdi, əhalinin 42,4%-i yarımköçəri həyat sürürdü. Cəbrayılda baramaçılıq, xalçaçılıq (ayrıca Cəbrayıl xalça məktəbi var), xüsusi "Qasımuşağı", "Kürd", "Qaraqoyunlu", "Bəhmənli" adlı xovlu, zili, çuval, çul, məfrəc, heybə, xurcun, vərni, asmalıq, palaz, kilim, cecim kimi xovsuz xalçaları ilə məşhur olmuşdur. Daşkəsən kəndində uzun illər fəaliyyət göstərən ipək emalı fabriki inqilabdan sonra Xankəndinə köçürülmüşdür. Qəzada 5 ipək fabriki olub. XVIII əsrin axırlarında Cəbrayılda həftəbazarı yaranmışdı. 1840-cı ildən bazarlarda rus pulları işləməyə başlayır. 1876-cı ildə, avqust ayının 5-də Cəbrayılda bir sinifli rus məktəbi açıldı. Və nəhayət, 1930-cu il avqustun 8-də mərkəzi Cəbrayıl kəndi olmaqla, Cəbrayıl rayonu təşkil edildi. Rayonun ərazisi indiki hüdudları daxilində sahəsi 1050 kv.km, əhalisi 24300 nəfər olmuşdur. Cəbrayıl rayonunun ərazisi maddi və mədəni abidələrlə zəngindir. Bunlardan Dağ-Tumas kəndi yaxınlığında yerləşən "Divlər Sarayı" mağarası, Qalacıq kəndindəki "Məscid Təpəsi", "Canqulu" və "Qumtəpə" kurqanları, Tatar kəndi yaxınlığındakı Qızılqaya dağındakı Sigeon tikintisi, ġıxlar kəndi yaxınlığında "ġəhərcik qalıqlar", "Qışlaq yerləri", Diri dağındakı Mazannənə, Mərmər nənə məqbərələri kimi arxeoloji, Doğtumas kəndindəki "Başıkəsik Gümbəz", Sirik kəndindəki "Qala", Diri dağındakı "Qız qalası", Xudafərin körpüləri, Çələbilər kəndindəki Məscid kompleksi, rayon mərkəzindəki "Sultan Məcid hamamı", şıxlar kəndindəki "Dairəvi Türbə", Xubyarlı kəndindəki "Dairəvi" 8 guşəli türbələr və məqbərələr, türk qəbiristanlığındakı türbə və məqbərələrin hər biri nəsildən-nəsilə ötürülmüş canlı tarixdir. Rayonun ərazisində çoxlu yazılı abidələr vardır ki, bunlardan da Ağoğlandakı Orxan yazılı abidəsi xüsusilə qiymətlidir. Rayonun ərazisi sement istehsalı üçün qiymətli xammal ilə, mərmər və başqa tikinti materialları ehtiyatları, dəmir filizi, hətta neft yataqlarının olduğu da məlumdur. Əhali işğaldan əvvəl əsasən üzümçülük, heyvandarlıq, taxılçılıq, baramaçılıqla məşğul idi. Son illər 60 min tondan yuxarı üzüm istehsal olunurdu. Rayonda tikiş, xalça, cihazqayırma sexləri və müxtəlif sənaye obyektləri fəaliyyət göstərirdi. Cəbrayıl aşıqların ulu babası sayılan Aşıq Qurbaninin, Aşıq Pərinin, Muğrum Kərimin, Aşıq Humayın, Aşıq Abdullanın və b. bu kimi el sənətkarlarının vətənidir. Elm, mədəniyyət bu torpaqda həmişə inkişaf edib. İşğaldan əvvəl rayonda 510 çarpayılıq xəstəxana birləşmələri, 72 məktəb, 3 musiqi məktəbi, 12 mədəniyyət evi, 32 klub, 10 mədəni çadır və avtoklub, 78 kitabxana və s. fəaliyyət göstərirdi. Rayon tarix-diyarşünaslıq muzeyində 20 mindən yuxarı eksponat vardı. Rayonun tibb müəssisələrində 92 həkim, 432 orta ixtisaslı tibb iĢçisi, 301 texniki işçi çalışırdı. Yetişməkdə olan nəslin təlim-tərbiyəsi ilə 1600 nəfərdən çox müəllim məşğul olurdu.

 

Tarixi və memarlıq abidələri

Cəbrayıl rayonu tarixi memarlıq və dini abidələrlə zəngindir. Tarixi memarlıq abidələrinə Cəbrayıl şəhərindəki Sultan Məcid hamanını, Xudyarlı kəndindəki Dairəvi və səkkizguşəli turbələri (XIX əsr), Şıxlar kəndində Dairəvi turbəni (XIV əsr), Xudafərin korpulərini (erkən orta əsrlər), Diri Dağındakı Qız qalasını, Dağtumas kəndindəki Başıkəsik kumbəzi, Gordubaba dağındakı məzarı, dini abidələrə «Hacı Qaraman», «Cəbrayıl ata», «Dul-dul», «Mazannənə» ziyarətgahlarını misal gostərmək olar.

 

Rayon ərazisində qədim arxeoloji abidələr də movcuddur. Dağtumas kəndi yaxınlığındakı «Divlər sarayı», Mahmudlu kəndi yaxınlığındakı «Canqulu» və «Qumtəpə» kurqanları, Tatar kəndi yaxınlığındakı Siklop tikililərini, Cəbrayıl şəhəri yaxınlığındakı «Ağoğlan»ı, Dağtumas kəndi yaxınlığındakı «Tumas ata»nı misal gostərmək olar.

 

Rayonun dini abidələri haqqında məlumat

1. Hacı Qaraman ziyarətgahı.- Cələbilərin (Cələbi - Cələbi sozu dini və dunyəvi termin olub hakimiyyətlərin, şahzadələrin ləqəbi kimi işlənib, Allahı sevən, yazıcı, şair, bilici mənalarını verir). XIII əsrin birinci yarısında - Monqol yuruşləri dovrundə Kicik Asiyadan (əsasən Turkiyə ərazilərindən) məşhur Qaraman ayfasının (Qaraqoyunlu hokmdarı Qara Yusifin sərkərdəsi Qaraman, Qarabağ hakimi Əmir Yaəhməd, I Şah Abbasın Şamaxıya hakim təyin etdiyi Zulfuqar Xan da Qaraman tayfasından idilər) tərkibində Azərbaycana gəlmələri tarixdən məlumdur. Cələbilərin adlı-sanlı başcılarından olan Hacı Qaraman XIII-XIV əsrlərdə Cəbrayıl ərazisinə gəlmiş, əvvəlcə Niftalılar və Nusus kəndləri arasındakı yerdə ozunə məskən salmış, sonralar Cələbilər kəndinə kocmuşdur. Ona gorə də Hacı Qaramanın dəfn edildiyi məzar sonralar «Ocaq» kimi muqəddəsləşdirilmişdir. Cələbilər kəndindəki məscid isə Məhəmməd ibn Hacı Qaraman Əhmədli tərəfindən Hicri 1088-ci ildə (Miladi 1678) inşa edilmişdir. Hacı Qaramanın adı məşhur oğuz turk tayfasından olan Qaraman tayfasının adından goturulmuşdur. Cəbrayılda Əli Cələbi adı ilə məşhur olan bu şəxs Cəbrayıl rayonunun dağlar qoynunda yerləşən Sirik kəndində 1928-ci ildə anadan olmuşdur. Omrunun sonunadək həmin kənddə xalqa ağsaqqallıq etmiş, təməli qoyulan xeyirxah işlərin duacısı, huzuruna pənah gətirənlərin yardımcısı olmuşdur.

 

2. Cəbrayıl ata ziyarətgahı - Cəbrayıl kəndinin şimalında Ata adlı məqbərə (uzunluğu 4,5 m, eni 2,4 m, hundurluyu 1,8 m). Cəbrayıl ata umumi qəbiristanlıqda deyil, o dovrun adətinə uyğun olaraq ona məxsus torpaqların tam yuxarı başında, Alpaşa dağının hundur və tamaşalı bir yerində ayrıca dəfn edilmişdir. Rayon əhalisi tərəfindən ziyarətgah kimi qəbul edilir.

 

3. Qara daş ziyarətgahı - Cəbrayıl mərkəzində olan «Qara daş» səmadan gələn daş olduğu ucun əhali tərəfindən ziyarətgah kimi qəbul edilir.

 

4. Ağoğlan, Qurbantəpə ziyarətgahları - Cəbrayıl rayonunun yaxınlığında Ağoğlan abidəsi butpərəstlik dovrundən qalma abidədir. Mənbələrdə gostərilir ki, qeyri-bərabər doyuşdə oldurulən gozəl bir oğlan dəfn edilmişdir. İslam dini meydana gəldikdən sonra Ağoğlan abidəsi musəlman ziyarətgahına cevrilmişdir. Ağoğlan kimi sonralardan pirə cevrilmiş yerlərdə Cəbrayıl rayonu ərazisində cox rast gəlinir. Məsələn, Cəbrayıl rayonunun Cənubunda Qurban təpə adlanan pir Qafqaz Albaniyası əhalisinin hələ Gunəşə, Aya sitayiş etdikləri ilk tunc dovrunun sonlarının nişanəsidir. Yerli əhali təzə il gəlsin və məhsul bol olsun deyə bu təpədə qurbanlar kəsir, bişirdiyi xorəyin suyundan gundoğan tərəfə səpir, sonra xorəyi yeyir və Gunəşə sitayiş etməklə kutləvi şadlıq edirdilər. Sonralar bu kohnə inam saxlanıldı, hətta XIX əsrin ortalarından başlayaraq Cəbrayıl qəzasının başqa yerlərindən kocub gedən Hacılı tayfasının bir hissəsi bu pirin yaxınlığında məskunlaşdı, onların saldıqları kənd Qurbantəpə kəndi adlandırıldı.

 

5. Məzannənə, Mərmərnənə ziyartəgahı - professor M. Seyidovun verdiyi məlumata gorə nənə qədim turkdilli tayfalarda Allahın anasının adı olmuşdur. Professor Z. İ. Yampolski Məzannənə abidəsi barədə gostərir ki, o sinfi cəmiyyətə kecid dovrunə qadınların ictimai istehsalda birinci dərəcəli rol oynadığı Madərşahlıq zamanının yadigarıdır və sonralar İslam dininə uyğunlaşdırılaraq «Ocaq» hesab edilmişdir. Həmin abidənin yaxınlığında indiyə qədər nişanələri qalan kohnə yaşayış məskəni Mazanənə kəndi adlanmışdır. Bu kəndin ətrafında qədim qəbiristanlıqda Əziz ibn Seyid Əl-məhəmməd sozləri olan qəbrin sinə daşında və başqa qəbirlərin ustundə yazılan hicri 750, 760 və 809-cu illər təsdiq edir ki, bu yerlərin ən qədim sakinləri azərbaycanlılar olmuşlar. Yerli əhali Hasanlı kəndi yaxınlığındakı Mərmərnənə abidəsində dəfn olunan qadını Mazannənənin anası hesab edir.

 

6. Tumas ata abidəsi - Cəbrayıl rayonunun Dağtumas kəndi yaxınlığındakı dağda olan Tumas - ata abidəsi də butpərəstlik dovrunun yadigarıdır. Dağtumas kəndinin sakinləri Tumas-atanı oz əcdadları hesab edir və muqəddəs ocaq kimi sitayiş edirlər.

 


Cəbrayıl rayonu ərazisindəki memarlıq abidələrinin siyahısı

1. 11 tağlı Xudafərin körpüsü – XI-XII əsrlər ( Cəbrayıl rayonu)

2. 15 tağlı Xudafərin körpüsü – XIII əsrlər ( Cəbrayıl rayonu)

3. Niftalı kurqanları – tunc dövrü ( Xudyarlı kəndi)

4. Ağoğlan nekropoli – ilk orta əsrlər (Cəbrayıl şəhəri)

5. Karxulu kurqanları və yaşayış yeri – tunc dövrü – (Karxulu kəndi)

6. Canqulu kurqanı – tunc dövrü (Mahmudlu kəndi)

7. Qus təpə kurqanı - tunc dövrü (Mahmudlu kəndi)

8. İmanqazan təpələri- tunc dövrü (Şıxlar kəndi)

9. Şıxlar mağarası – daş dövrü (Şıxlar kəndi)

10. Şıxlı kurqanları- son tunc dövrü (Şıxlı kəndi)

11. İmanqazantəpə kurqanları - son tunc dövrü (Şıxlı kəndi)

12. Qaladağ qalaçası və yaşayış yeri – ilk orta əsrlər (Qalaçıq kəndi)

13. Məscidtəpə kurqanı - tunc dövrü (Qalaçıq kəndi)

14. Naftalı kurqanları- son tunc və ilk dəmir dövrü (Naftahlar kəndi)

15. Qışlaq kurqanları və yaşayış yeri- son tunc və ilk dəmir dövrü (Qışlaq kəndi)

16. Hovuzlu kurqanları - son tunc və ilk dəmir dövrü (Hovuzlu kəndi)

17. Cinlitəpə yaşayış yeri - ilk dəmir dövrü (Hovuzlu kəndi)

18. Torağay təpə yaşayış yeri - ilk tunc dövrü ( Şəkərbəyli kəndi)

19. Divlər sarayı - daş dövrü (Cavahirlər kəndi)

20. Şultan Allahverdi hamamı – XIX əsr (Cəbrayıl şəhəri)

21. Dairəvi türbə - XVII əsr (Xubyarlı kəndi)

22. Səkkizguşəli türbə - XVII əsr (Xubyarlı kəndi)

23. Dairəvi türbə - XIV əsr (Şıxlar kəndi)

24. Qala qülləsi - (Sirik kəndi)

25. Qız qalası – XII əsr (Diridağ dağı)

26. Sərdabə - XIII-XIV əsr (Dağ Tunas kəndi)

27. Məscid – (Çələbilər kəndi)

28. Məscid - XIX əsr (Papi kəndi)

29. Məscid - (Daşkəsən kəndi)

30. Məscid – XIX əsr (Məzrə kəndi)

31. Məscid – XIX əsr (Süleymanlı kəndi)

32. Köhnə qəbristanlıq - orta əsrlər (Cəbrayıl şəhəri)

33. Köhnə qəbristanlıq - XVII-XVIII əsr (Karxulu kəndi)

34. Köhnə qəbristanlıq - orta əsrlər (Sirik kəndi)

35. Köhnə qəbristanlıq və yaşayış yeri – orta əsrlər (Diridağ dağı)

36. Mağara- orta əsrlər ( Dağ Tumas kəndi)

37. Şəhərcik kəndinin xarabalıqları- orta əsrlər (Şıxlar kəndi)

38. Dulusxana yaşayış yeri- ora əsrlər (Şıxlar kəndi)

39. Hasanlı yaşayış yeri – orta əsrlər (Hasanlı düzü)

40. Köhnə qəbristanlıq - orta əsrlər (Şıxlar kəndi)

41. Daş qoç fiquru - (Şıxlar kəndi)
 

Keçidlər