Şriftin ölçüsü :

Saytın rəngi :

Yolçuzadə Nizami Vahid oğlu

20 iyun 2022 | 16:36

  Kapitan Yolçuzadə Nizami Vahid oğlu 10 aprel 1990-cı ildə Cəbrayıl rayonunun  Böyük Mərcanlı kəndində  anadan olub. Orta təhsilini Cəbrayıl rayonunun  8 nömrəli tam orta məktəbində alan  Nizami oxuduğu müddətdə  savadı,   yüksək vətənpərvərliyi ilə müəllim və şagirdlərin sevimlisinə çevrilmişdi. Vətənə  olan bu sevgi onu 2007 -ci ildə  Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə gətirmişdir. Ali hərbi məktəbi  uğurla bitirdikdən sonra təyinatı üzrə  zabit olaraq  Milli Ordu sıralarına qatılmış, xidməti dövründə xarakterində yer alan yüksək vətənpərvərlik hissini öz əsgərlərinə aşılamış və bütün şəxsi heyətin rəğbətini qazanmışdır. Nümunəvi xidmətlərinə görə Müdafiə Nazirliyiinin 23.05.2016-cı il tarixli 095t nömrəli əmri ilə " "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi",  20.06.2019-cu il tarixli 079t nömrəli əmri ilə "100 illik yubiley" medalları və   26.06.2019 –cu il tarixli 0153 nömrəli   əmri ilə  "Qüsursuz xidmətə göre III dereceli medalı" ilə  təltif olunmuşdur. Kapitan rütbəsinə qədər yüksələn Yolçuzadə Nizami Tabor komandirinin müavini vəzifəsində çalışırdı. Yolçuzadə Nizami Vahid oğlu 18.06.2022-ci ildə Naxçıvan Muxtar Respublikası ərazisində xidməti vəzifəsini həyata keçirən zaman həlak olmuşdur. Ailəli idi, iki azyaşlı övladı var.

    Allah rəhmət etsin!

 

Keçidlər