Şriftin ölçüsü :

Saytın rəngi :

Yeniyetmələr arasında şahmat üzrə Cəbrayıl rayon birinciliyi keçirilib

14 iyul 2026 | 17:55

    14 iyul 2026-cı il tarixdə Rayon İcra Hakimiyyətinin, Gənclər və İdman sektorunun və Təhsil sektorunun birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “20 İyul – Beynəlxalq Şahmat Günü”nə həsr olunmuş yeniyetmələr arasında şahmat üzrə rayon birinciliyi keçirilib.
    Beynəlxalq şahmat qaydalarına əsasən İsveçrə sistemi üzrə iştirakçıların sayına uyğun təşkil olunan yarışda 16 yeniyetmə şahmatçı mübarizə aparıb. Birincilik rayonda şahmat idman növünün inkişaf etdirilməsi, yeniyetmə və gənclərin asudə vaxtının səmərəli təşkili olunması, həmçinin perspektivli şahmatçıların üzə çıxarılması məqsədi daşıyıb. Gərgin və maraqlı yarışda Elvin Mehdiyev daha yaxşı oyun nümayiş etdirərək birinci, Faiq Mehdiyev ikinci, Murad Sədiyev isə üçüncü yerə layiq görülüblər. Qaliblər Şərqi Zəngəzur Regional Gənclər və İdman İdarəsinin dipom və medalları, sponsor qismində iştrak edən “A-Sport” MMC-nin qiymətli hədiyyələri ilə təltif olunublar.
     Yeniyetmə şahmatçılarımızı təbirk edir və gələcək yarışlarda uğurlar arzulayırıq.

Keçidlər