Yaş barama tədarükünə başlanılıb
Kənd təsərrüfatının inkişaf etdirilən sahələrindən biri də baramaçılıqdır. "Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında ölkə Prezidenti İlham Əliyevin 27 noyabr 2017-ci il tarixli Sərəncamı da bu sahənin inkişafına yönəldilib. Sözügedən Sərəncamdan irəli gələn vəzifələrin icrası sayəsində ənənəvi və ixracyönümlü sahələrdən olan baramaçılığın inkişafı istiqamətində mühüm addımlar atılır.
Respublikamızın hər yerində olduğu kimi, Cəbrayıl rayonunda da baramaçılığın keçmiş şöhrətinin qaytarılması istiqamətində mühüm işlər görülür. İpəkçiliyin müasir infrastrukturu yaradılır.
Bu il artıq altıncı ildir ki, Cəbrayıl rayonunda ipəkqurdu bəslənilir. Cari ilin barama mövsümü üçün kümçülər tərəfindən 5.2 ton yaş baramanın istehsalı nəzərdə tutulub. 29 may 2023-cü il tarixdən artıq yaş barama tədarükünə başlanılıb. 20 kümçü tərəfindən “AZƏRİPƏK” MMC-yə 1399.5 kq yaş barama təhvil verilib. Hazırda yaş barama tədarükü davam etdirilir.
Bərəkətli olsun!