Şriftin ölçüsü :

Saytın rəngi :

Xurşidbanu Natəvanın 190 illik yubileyinə həsr olunmuş konfrans keçirilmişdir

26 aprel 2022 | 11:51

     23 aprel 2022-ci il tarixdə Cəbrayıl rayon İcra Hakimiyyətinin və rayon Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə 8 saylı tam orta məktəbdə Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Xurşidbanu Natəvanın 190 illik yubileyinə həsr olunmuş konfrans keçirilmişdir. Konfransda elm, təhsil işçiləri, şair və publisistlər, rayonun ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri iştirak etmişlər.
    Respublikamızın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanan konfrans “Xurşidbanu Natəvanın həyatı”, “Xurşidbanu Natəvan yaradıcılığında dərin səmimiyyət və incə lirizm”,    “Xeyriyyəçi - Xurşidbanu Natəvan”, “Xurşidbanu Natəvanın əsərlərinin bədii xüsusiyyətləri” və   “Qarabağ Xanlığı” mövzuları ilə davam etdirilmişdir.
   Sonda 8 saylı tam orta məktəbin şagirdlərinin ifasında İlyas Əfəndiyevin “Xurşidbanu Natəvan” əsərindən hazırlanmış parçalar konfrans iştirakçıları tərəfindən alqışlarla qarşılanmışdır.

Keçidlər