Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib

26 fevral 2023 | 11:59

Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı faciəsindən 31 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş sovet ordusunun Xankəndində yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum edərək, bir gecənin içində şəhəri yerlə-yeksan etmişdir. Bu qanlı aksiya zamanı dinc əhaliyə amansızlıqla divan tutulmuş, 613 nəfər qətlə yetirilmiş, meyidlər təhqir olunmuş, 1275 nəfər isə girov götürüldü. Onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. Qətlə yetirilənlərin  106 qadın, 63 uşaq, 70 qoca və ahıl idi. Hərbi təcavüz nəticəsində 25 azyaşlı uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirməklə 8 ailə tamamilə məhv edilmişdir. Bu ümummilli hüzn günündə Respublikamızın hər yerində Xocalı faciəsinin günahsız qurbanlarının xatirəsi ehtiramla yad edilir. Bu gün Cəbrayıl rayon sakinləri də Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar 4 saylı qəsəbədə salınmış “Şəhidlər” Abidə Kompleksinində müstəqilliyimiz və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin xatirəsini yad edərək abidələri önünə gül-çiçək dəstələri qoymuşlar. Azərbaycan xalqı heç bir vaxt Xocalı faciəsini unutmayacaq.

Keçidlər