Şriftin ölçüsü :

Saytın rəngi :

"Xalqa bağışlanan ömür" mövzusunda inşa müsabiqəsi keçirilib

12 may 2023 | 17:05

    11 may 2023-cü il tarixdə 14 nömrəli tam orta məktəbdə Cəbrayıl qəsəbələrində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin şagirdləri arasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş "Xalqa bağışlanan ömür" mövzusunda inşa müsabiqəsi keçirilib. “Heydər Əliyev İli” çərçivəsində keçirilən müsabiqədə rayonun ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri iştirak ediblər.
    Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Tədbirdə çıxış edənlər Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən, gənc nəslə və təhsilin inkişafına göstərdiyi diqqət və qayğıdan danışıb, müsabiqə iştirakçılarına uğurlar arzulayıblar.
    İnşa müsabiqəsində V.İsmayılov adına Çərəkən kənd tam orta məktəbin X sinif şagirdi Məmmədova Aydan Seymur qızı birinci, İ.Tahirov adına Mehdili kənd tam orta məktəbin X sinif şagirdi Həşimova Ləman Niyaməddin qızı isə ikinci yeri tutub.
    Qalibləri təbrik edir və uğurlar arzulayırıq!

 

Keçidlər