Xalq şairi Mirvarid Dilbazinin anadan olmasının 110 illiyi ilə əlaqədar tədbir keçirilmişdir
Bu il Əməkdar Mədəniyyət İşçisi, “Şərəf nişanı”, “Qırmızı əmək bayrağı”, “İstiqlal” ordenləri ilə təltif olunmuş müasir Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, ilk qadın Xalq şairi Mirvarid Dilbazinin anadan olmasının 110 illiyi tamam olur. Bu münasibətlə 19 avqust 2022-ci il tarixdə Cəbrayıl rayon Mərkəzi Kitabxanasında tədbir keçirilmişdir.
Tədbirdə çıxış edənlər görkəmli şairin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verərək diqqətə çatdırmışlar ki, poeziyaya bağlı ömrünü ədəbiyyatımızın daha da zənginləşməsinə həsr edən Mirvarid Dilbazi özündən sonra çox zəngin irs qoyub. Onun şeirləri milli-mənəvi dəyərlərimizin mayasından qidalanmış, müəllifə böyük şərəf gətirmiş, el məhəbbəti qazandırmışdır.
Sonda rayonun X.Rüstəmov adına Yuxarı Mərcanlı kənd tam orta məktəbinin şagirdlərinin ifasında böyük şairin şeirləri səsləndirilmişdir.