Şriftin ölçüsü :

Saytın rəngi :

“Vida yeri Lələtəpə” sənədli filminin təqdimat mərasimi keçirilib

29 iyun 2026 | 11:12

    25 iyun 2026-cı il tarixdə Sumqayıt şəhəri N.Nərimanov adına Mədəniyyət Mərkəzində Cəbrayıl rayonunun Soltanlı kəndindən olan şəhid Məmmədov İlqar Əsgər oğlunun şərəfli döyüş yoluna və əziz xatirəsinə həsr olunmuş “Vida yeri Lələtəpə” sənədli filminin təqdimat mərasimi keçirilib.
    Təqdimat mərasimində Rayon İcra Hakimiyyəti başçısının müavini Fəridə İbayeva, İcra Hakimiyyətinin məsul əməkdaşları, Filmin rejissoru, “Vətən Media” Yaradıcılıq Qrupunun rəbəri Teymur Quliyev, Filmin sifarişçisi, BQSDİB-nin sədri, “Vətən Media” Yaradıcılıq Qrupunun təşkilatçısı, MVQSDİB Şərqi Zəngəzur əraziləri üzrə sədri Səkinə Həmidova, media işçiləri, ziyalılar, şəhid ailələri, qazilər, şəhidin ailə üzvləri və ictimaiyyət nümayəndələri iştrak ediblər.
    Sənədli filmdə Vətən uğrunda canından keçmiş qəhrəman şəhidimiz Məmmədov İlqar Əsgər oğlunun həyat və döyüş yolu, göstərdiyi qəhrəmanlıqlar, doğmalarının və döyüş yoldaşlarının xatirələri öz əksini tapıb.

Keçidlər