Şriftin ölçüsü :

Saytın rəngi :

“Vətənim Azərbaycandır” adlı tədbir keçirilmişdir

21 may 2022 | 10:59

   20 may 2022-ci il tarixdə 2022-ci ilin “Şuşa İli” elan edilməsi ilə əlaqədar Bakı şəhəri, Yasamal rayonu, Vaqif Mustafazadə adına 2 nömrəli incəsənət məktəbində Cəbrayıl şəhər Uşaq Musiqi məktəbinin təşkilatçılığı ilə “Vətənim Azərbaycandır” adlı tədbir keçirilmişdir.
   Tədbirdə Şəhid ailələri, qazilər, Milli Məclisin deputatı Ceyhun Məmmədov, Rayon İcra Hakimiyyəti başçısının müavini Fəridə İbayeva, Biləsuvar Regional Mədəniyyət idarəsinin rəisi Əlisoltan Sadıqov, Cəbrayıl şəhər Uşaq Musiqi məktəbinin kollektivi və qonaqlar iştirak etmişdir.
   Əvvəlcə xalqımızın azadlığı və müstəqilliyi yolunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir. Sonra 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı Sərəncam səsləndirilmiş, Şuşaya həsr olunmuş videoçarx izlənilmişdir.
    Tədbirdə çıxış edənlər ölkə Prezident Cənab İlham Əliyev tərəfindən aparılan məqsədyönlü siyasət nəticəsində ermənilərin iflasa uğrayan məkrli niyyətlərindən, həmçinin Şuşa şəhərinin tarixindən, mədəniyyətindən, coğrafiyasından və tanınmış şəxsiyyətlərindən bəhs etmişlər.
   Tədbirdə Cəbrayıl şəhər Uşaq Musiqi məktəbinin kollektivi, həmçinin məktəbin məzunları olmuş tanınmış incəsənət xadimləri Xəyyam Məmmədov və Aqşin Taryeloğlu rənarəng konsert proqramları ilə çıxış etmişlər.

 

Keçidlər