Vətən müharibəsi şəhidi İsmayılzadə Sevindik Ramil oğlunun şəhadətə yüksəlməsinin beşinci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib
21 oktyabr 2025-ci il tarixdə Cəbrayıl rayonun Soltanlı kəndindən olan Vətən müharibəsi şəhidi İsmayılzadə Sevindik Ramil oğlunun şəhadətə yüksəlməsindən beş il ötür. Bu münasibətlə 3 saylı Cəbrayıl qəsəbəsi ərazisində salınmış "Şəhidlər Xiyabanı"nda şəhidimizin əziz xatirəsinə anım tədbiri keçirilib. Tədbirdə Cəbrayıl RİH-i başçısının müavinləri Tapdıq Nəsirov, Fəridə xanım İbayeva, YAP rayon təşkilatının sədr müavini Məhəmməd Əliyev, aparatın məsul əməkdaşları, YAP fəalları, Şəhid Ailələri, Əlilləri və Müharibə Veteranlarının Müdafiəsi İctimai Birliyinin Rayon Şöbəsinin nümayəndələri, ailə üzvləri, şəhid ailələri, dövlət qurumlarının təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları şəhidimizin məzarı önünə gül dəstələri düzüb, ruhuna dualar oxuyaraq əziz xatirəsini dərin hörmət və ehtiramla yad ediblər.
Allah rəhmət eləsin.






