Şriftin ölçüsü :

Saytın rəngi :

“Uşaqlar bizim gələcəyimizdir” adlı tədbir keçirilib

01 iyun 2023 | 18:17

    01 iyun 2023-cü il tarixdə Cəbrayıl rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 1 saylı qəsəbədə fəaliyyət göstərən klubda “1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr olunmuş “Uşaqlar bizim gələcəyimizdir” adlı tədbir keçirilib. Tədbirdə rayonun ümumtəhsil və uşaq incəsənət məktəblərinin, məktəbəqədər təhsil müəssisələrinin müəllim və şagird kollektivləri, Vətən Müharibəsi şəhidlərinin övladları, valideynlər iştirak ediblər.
    Tədbir Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin uşaqlara ünvanlanmış təbrikinin videoçarx nümayişi ilə başlayıb.
    Cəbrayıl rayon İcra Hakimiyyəti başçısının müavini Fəridə İbayeva çıxış edərək “1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibəti ilə uşaqları təbrik edib, onlara göstərilən diqqət və qayğıdan danışıb. Qeyd edib ki, Azərbaycanda uşaq siyasətinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Müstəqil Azərbaycan dövlətinin qurucusu olan ulu öndər uşaqları sonsuz məhəbbətlə sevirdi, onlara böyük qayğı və diqqət göstərirdi. Azərbaycan körpələrinin sağlamlığı, onların yaxşı təhsil və təlim-tərbiyə alması, Vətən və xalq üçün gərəkli vətəndaş kimi böyüməsi Ümummilli Liderin daim diqqətində olmuşdur. Bu gün həmin kurs Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Respublikamızın hər yerində olduğu kimi rayonumuzda da bu sahəyə xüsusi diqqət yetirilir, uşaqlarımızın normal yaşaması, onların müdafiəsi, təhsili, sağlamlığı, əyləncəsini təşkil etmək üçün çoxsaylı tədbirlər həyata keçirilir.
    Tədbirdə uşaqların əl işlərindən ibarət sərgi nümayiş olunub, Böyük Mərcanlı kənd Uşaq İncəsənət məktəbinin və məktəbəqədər təhsil müəssisələrinin uşaqlarının hazırladıqları rəqs nömrələri və nəğmələr səsləndirilib.

Keçidlər