Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş idmanın "Atletika" növü üzrə yarış keçirilib

20 aprel 2023 | 10:23

    19 aprel 2023-cü il tarixdə İ. Tahirov adına Mehdili kənd tam orta məktəbində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibəti ilə Cəbrayıl qəsəbələrində fəaliyyət göstərən rayonun ümumtəhsil məktəblərinin VIII-X  sinif şagirdləri arasında idmanın "Atletika" növü üzrə yarış keçirilib. Yarışda rayonun 14 nömrəli tam orta məktəbinin komandası 1-ci, V.İsmayılov adına Çərəkən kənd tam orta məktəbin komandası 2-ci, 9 nömrəli tam orta məktəbin komandası isə 3-cü yerə layiq görülüblər. Qalib komandaları təbrik edir və uğurlar arzulayırıq.

Keçidlər