Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev irsi Azərbaycan xalqının milli sərvətidir” mövzusunda tədbir keçirilib
06 may 2026-cı il tarixdə akademik Mehdi Mehdizadə adına Cəbrayıl şəhər tam orta məktəbinin akt zalında Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının, Cəbrayıl Rayon İcra Hakimiyyətinin və YAP rayon təşkilatının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev irsi Azərbaycan xalqının milli sərvətidir” mövzusunda tədbir keçirilib.
Tədbirdə Cəbrayıl, Zəngilan, Qubadlı rayonları üzrə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev, Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, Milli Məclisin deputatı Ceyhun Məmmədov, YAP rayon təşkilatının sədri Arif Fərzəliyev, YAP Veteranlar Şurasının üzvü Əli Həsənov, AMEA-nın müxbir üzvü, professor, məşhur 91-lərdən Novruz Quliyev, şəhid ailələri, qazilər, rayon Ağsaqqallar Şurasının üzvləri, partiya fəalları iştirak ediblər.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilməsi ilə başlanan tədbirdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Ulu Öndər Heydər Əliyevə həsr olunmuş videoxronika nümayiş etdirilib.
Çıxış edənlər Ümummilli Lider Heydər Əliyevin zəngin siyasi irsindən geniş söhbət açıblar. Bildirilib ki, Azərbaycanın dövlətçilik tarixində Heydər Əliyev irsi müstəsna yer tutur, bu gün əldə etdiyimiz uğurlar onun müəyyən etdiyi strateji kursun məntiqi davamıdır. Heydər Əliyev siyasi kursunun varisi Azərbaycan respublikasının Prezidenti cənab İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində ölkəmizin ərazi bütövlüyü və mütləq suverenliyinin təmin olunması xalqımızın milli qürurunun bariz təcəssümü və dövlətçilik tariximizin şanlı səhifəsi olmaqla, vaxtilə “Bütün işğal olunmuş torpaqlar Azərbaycan xalqının iradəsi, qəhrəman oğulların şücaəti ilə azad olunacaq”, - deyən Ulu Öndər Heydər Əliyevin əbədiyaşar ideyalarının təntənəsidir”






