Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş şahmat yarışı keçirilib

04 may 2023 | 12:55

    Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə Cəbrayıl rayon Uşaq - Gənclər İdman - Şahmat məktəbinin təşkilatçılığı ilə 26 aprel – 04 may 2023-cü il tarixində rayonun ümumtəhsil məktəblərinin şagirdləri arasında şahmat yarışı keçirilib.
    8-16 yaşlı 72 şagirddən ibarət 30 qrup üzrə keçirilən yarışda Ə.Veysəlov adına Sirik kənd tam orta məktəbin şagirdi Musalı Sahib Sahil oğlu, İ.Quliyev adına B.Mərcanlı kənd tam orta məktəbin şagirdi Məmmədli Xəyal Elçin oğlu 1 - ci, 8 saylı tam orta məktəbin şagirdi Fərəcov Bəlliş Musa oğlu, Ə.Veysəlov adına Sirik kənd tam orta məktəbin şagirdi Fətəliyev Fəxrim Amil oğlu 2 - ci, 10 saylı tam orta məktəbin şagirdi Muradlı Gülhüseyn Anar oğlu, H.Fətəliyev adına Şahvəlli kənd tam orta məktəbin şagirdləri Hüseynli Aqşin Vahid oğlu və    Misirzadə Nadir Xəyyam oğlu 3 - cü yerə layiq görülüblər. Qaliblər Cəbrayıl rayon Uşaq - Gənclər İdman - Şahmat məktəbinin Fəxri Fərmanı, kubok və medallar ilə təltif ediliblər.
    Qalibləri təbrik edir və uğurlar arzulayırıq!

 

Keçidlər